Böyük Britaniyada qiymət artımı 30 illik rekordu yenilədi

posted in: Xəbər | 0
birbank biznes

2021-ci ilin dekabr ayında Böyük Britaniyada inflyasiya 5,4 faizə kimi yüksəlib.

2021-ci ilin dekabr ayında Böyük Britaniyada inflyasiya gözlənilmədən demək olar ki, 30 illik maksimuma yüksəlib. Ölkənin Milli Statistika İdarəsindən daxil olan məlumatda belə deyilir.

İdarədən verdiyi məlumata görə, Böyük Britaniyada istehlak qiymətləri illik səviyyədə 5,4 faiz artıb – bu, 1992-ci ildən bəri ən yüksək səviyyədir. İqtisadçılar bu göstəricinin 5,2 faiz təşkil edəcəyini gözləyirdilər. “Bloomberg” qeyd edib ki, dördüncü rübdə inflyasiya orta hesabla 4,9 faiz təşkil edib. Bu da İngiltərə Bankının 4,3 faizlik proqnozundan yüksəkdir.

Gündəlik tələbat mallarının və xidmətlərin qiymətləri rekord vurub və əməkhaqqıdan daha sürətlə yüksəlib. Ərzaq məhsulları, içkilər, mebel, geyim, hotellərdə yerləşmə və restoranlara gedişlər kəskin şəkildə bahalaşıb. Elektrik enerjisinə görə ödənişlər 18,8 faiz, qaza görə isə 28,1 faiz artmışdır. Bu da 2009-cu ildən bəri ən böyük artımdır. Bundan başqa, ərzaq qiymətləri 2008-ci ilin iyulundan etibarən ən sürətli templərlə artıb.

Böyük Britaniya Mərkəzi Bankı siyasətin sərtləşdirilməsi imkanını nəzərdən keçirir və ardıcıl olaraq ikinci dəfə fevralın 3-də keçiriləcək iclasda faiz dərəcəsini artıra bilər. Mütəxəssislər ölkədə yaşayış qiymətlərinin daha da artacağını proqnozlaşdırırlar ki, bu da yalnız enerji qiymətlərində əlavə sıçrayışla daha da kəskinləşəcək. Aprel ayında inflyasiya pik həddinə çata bilər ki, qiymət artımı 6,5 faizə yaxınlaşmaq təhlükəsi yaradır, – “Bloomberg” agentliyinin eksperti Den Hanson belə bir proqnoz verib.


Print Friendly, PDF & Email