Əmək müqaviləsinə tərəflərin razılığı ilə xitam verilməsi

posted in: Xəbər | 0

Praktikada az rast gəlinən, amma çoxlarını maraqlandıran məsələlərdən biri əmək müqaviləsinə tərəflərin razılığı ilə xitam verilməsidir.

Sərbəst auditor Altay Cəfərov bu məsələ ilə bağlı aşağıdakı sualların ortaya çıxdığını vurğulayır:

– Tərəflərin qarşılıqlı razılığı dedikdə nə başa düşülür?

– Xitamla bağlı qarşılıqlı razılıqlar ilkin əmək müqaviləsinə mütləq daxil edilməlidirmi?

– Bununla bağlı əmək müqaviləsində dəyişiklik edilməlidirmi?

Bu sualların cavabını Əmək Məcəlləsində axtarmaq lazım gəlir. Məcəllənin 75-ci maddəsində yazılıb:

Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:

a) tərəflərin qarşılıqlı razılığı;

b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə;

c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;

ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;

d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

Burada ən çox maraq və sual doğuran 75.2(a) bəndidir.

Sual: İşəgötürən və işçi öz aralarında razılaşmaqla əmək müqaviləsini müddətindən asılı olmayaraq ləğv edə bilərmi?

Müqavilədə əvvəldən nəzərdə tutulub-tutulmamasından aslı olmayaraq, tərəflər əlavə razılaşma imzalalaqla Əmək Məcəlləsinin 75.2.(a) maddəsinə əsasən müqaviləyə xitam verə bilərlər.

Sual: Bu hal Məcəllənin 75.1.-ci maddəsinə zidd deyilmi?

75.1.-ci maddə Məcəllədə nəzərdə tutulan hallardan başqa digər halların olmasına aiddir. Əmək müqaviləsi bağlananda müqavilədə əlavə xitam hallarını nəzərdə tutmaq olar. Bu məqam ilkin müqavilədə nəzərdə tutulmadıqda isə müqaviləyə əlavələr etmək olar. Buna Əmək Məcəlləsinin 46-cı maddsinin tələblərinə əsasən yol verilir:

Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir.

Burada aydın qeyd olunub ki, əmək müqaviləsi bağlanılır, bildiriş sisteminə daxil olunur və qüvvəyə minir. Lakin bu o demək deyildir ki, müqavilə ilkin variantda olduğu kimi qalmalıdır. Tərəflərin razılaşmasına əsasən istənilən vaxt əmək müqaviləsinin istənilən maddəsinə dəyişiklik, əlavə etmək olar. Odur ki, istənilən halda tərəflərin razılığına əsasən müqaviləyə xitam verilməsi 75.1-ci maddə ilə ziddiyyət təşkil etmir.

Sual: Xitam razılaşmasında əlavə təminatlar nəzərdə tutula bilərmi?

Adətən, praktikada işçilərin işdən azad olunması ya işçinin, ya da işəgötürənin təşəbbüsü ilə olur ki, bunun icra mexanizmi üçün vaxt prosedurları mövcuddur. Amma müqaviləyə hər iki tərəfin razılığı ilə xitam verildiklə işçiyə əlavə təminatlar verilə bilər. Bu isə bu işçi ilə işəgötürən arasındakı razılaşmadan asılıdır.

Mənbə: vergiler.az


Bax:


Bəzi baş mühasiblər üçün sertifikatın əldə edilməsi müddəti uzadılıb

posted in: Xəbər | 0

2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıAzərbaycanda mərkəzləşdirilmiş xərclərdən və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddətləri 1 il uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı əmri ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarına dəyişiklik edilib.

Belə ki, mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddəti 2021-ci il 30 dekabrdan 2022-ci il 30 dekabradək, yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddətləri isə 2022-ci il 30 dekabrdan 2023-cü il 30 dekabra qədər uzadılıb.

Qeyd edək ki, aşağıda göstərilən hüquqi şəxslərin baş mühasiblərinin sertifikatının əldə edilməsi müddətləri isə dəyişməyib:

– illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri – 2021-ci il 30 dekabradək;

– iri sahibkarlıq subyektlərinin baş mühasibləri – 2022-ci il 30 dekabradək;

– paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri – 2022-ci il 30 dekabradək;

– qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri – 2022-ci il 30 dekabradək.


“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, irivə ortasahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, irivə ortasahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddət-lərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, No 10, maddə 2178; 2021, No 4, maddə 406) 1-ci hissəsində və 5.1-ci bəndində “2021-ci il” sözləri “2022-ci il” sözləri ilə, 2-4-cü hissələrində və 5.2-ci bəndində “2022-ci il” sözləri “2023-cü il” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,10 dekabr 2021-ci il

Mənbə: report.az / nk.gov.az


İqtisadiyyatı öyrənmək üçün lazım olan 12 əsas anlayış (III hissə)

posted in: Xəbər | 0

12 əsas iqtisadi anlayış (III hissə)

II hissəyə nəzər yetirin

  • İqtisadiyyatın alternativliyi

Hər hansı bir fəaliyyət növü ilə məşğul olduğunuz zaman, bir qayda olaraq, onu ən yaxşı alternativ variantlarla müqayisə edirsiniz. Məsələn, cümə axşamı axşam layihə üzərində əziyyət çəkdiyiniz zaman, əlbəttə ki, bir neçə dəfə düşünürsünüz: “Və başqa bir şeylə məşğul olmağın vaxtı deyil ki”. Alternativ variant (bu halda dostlarla əyləncə gecəsi) böyük çəkiyə malikdir və beləliklə bu variant sizin layihənizdən qat-qat cəlbedicidir. Alternativ fəaliyyətə keçid “alternativ dəyərlə” – sizin qurban verdiklərinizin dəyəri ilə ifadə olunur.

Məsələn, gecə klubuna gediş, bu tədbirə sərf olunan vəsaitin məbləğinə və kluba getmək əvəzinə işə getdikdə insanın ala biləcəyi vəsaitin miqdarına bərabər olan alternativ dəyərə malikdir. Əgər kluba girişin dəyəri 5 manat təşkil edirsə, klubda yemək (nahar) 15 manat, içkilər 10 manat dəyərindədir, belədə kluba gediş 30 manata başa gələcək. Əgər kluba getməsəniz, qənaət 30 manat təşkil edəcək. Lakin istənilən halda nəsə yemək lazım gələcək,  ona görə də evdə şam etmək lazım gələcək (tutaq ki, bu sizə 5 manata başa gələcək). Ümumi qənaət 25 manat təşkil edəcək.

  • Üstünlüklərin müqayisəsi 

Tutaq ki, siz internet-texnologiyaları sahəsində işləyirsiniz və günlərin birində müştərilərdən biri sizdən onun üçün veb-sayt düzəldə biləcəyinizi soruşdu. Bu veb saytla siz məşğul olmalısınız və ya bu işi dostunuza vermək daha sərfəlidir? Ağıllı bir şəxs saytın yaradılması üçün nə qədər vaxt tələb olunacağını hesablamalı və həmin müddət ərzində daha sərfəli bir layihənin işə salınmasında çalışmaqla, daha çox pul qazana biləcəyini müəyyən etməlidir. Sonra bütün müsbət və mənfi tərəfləri hesabladıqdan sonra sifarişi ya özündə saxlayacaq və ya ola bilsin ki, həmin saytı daha effektiv hazırlaya biləcək dostuna verəcək.

Əgər dostunuz saytın daha səmərəli olmasına razı oldusa, belə bir vəziyyətdə müxtəlif şərtlərə görə siz bu fürsəti əldən vermiş olursunuz. Bu, üstünlüklərin müqayisəsi nəzəriyyəsi adlanır. Dostunuz burada üstünlüyə malikdir, amma sizin bu işlə məşğul olmağınızın heç bir mənası yoxdur. Xalqlar, müəssisələr və insanlar yalnız əllərindən gələn işləri etməli, qalanlarını isə başqalarına verməlidirlər.


İqtisadiyyatı öyrənmək üçün lazım olan 12 əsas anlayış (II hissə)

posted in: Xəbər | 0

12 əsas iqtisadi anlayış (II hissə)

I hissəyə nəzər yetirin

  • Faiz dərəcələri

Kiməsə borc verdiyiniz zaman (yəni, kreditləşdirdikdə) sizin geri ödəniş və əlavə gəlir gözləmək hüququnuz vardır. Bu gəlir faiz adlanır. Faiz dərəcəsi tam olaraq nə qədər gəlir götürdüyünüzü təyin edəcək ölçüdür. Qısamüddətli faiz dərəcəsi adətən Mərkəzi Bank tərəfindən müəyyən edilir. Uzunmüddətli faiz dərəcəsi bazar tərəfindən müəyyən edilir və inflyasiya səviyyəsindən və iqtisadiyyatın uzunmüddətli perspektivlərindən asılıdır. Mərkəzi bankların qısamüddətli faiz dərəcələrini idarə etmək üçün istifadə etdikləri mexanizmlər adlanır. Yüksək faiz dərəcələri investorlar üçün, aşağı faiz dərəcələri isə son istehlakçı üçün faydalıdır. Məsələn, inkişaf etmiş AB ölkələrində ipoteka krediti illik 3%-dən çox olmayacaq, çünki inkişaf etmiş Avropa ölkələrində orta faiz dərəcəsi 2%-dən çox deyil.

  • Faiz dərəcələri, inflyasiya və iqtisadi böyümə bir-biri ilə necə əlaqəlidir?

Faiz dərəcələri və iqtisadiyyatın artımı arasında əks asılılıq, faiz dərəcəsi və inflyasiya səviyyəsi arasında isə birbaşa asılılıq var. Beləliklə, siz faiz dərəcəsini artırdığınız zaman inflyasiya bir qayda olaraq artır. Biri yaxşı, digəri isə pis xəbərdir. Ona görə də faiz dərəcəsinin elan olunması zamanı cəmiyyətdə müəyyən gərginlik hökm sürür. ABŞ-da qısamüddətli faiz dərəcələri Federal Ehtiyat Sistemi (FES) tərəfindən müəyyən edilir və bu, ölkədə əsas iqtisadi xəbərdir.

  • Vergi-büdcə xidməti

Hökumət ölkənin büdcə xərclərini tənzimləməklə iqtisadiyyata az və ya daha çox dərəcədə təsir göstərə bilər. Büdcə xərclərinin tənzimlənməsinin bir forması vergi siyasətidir. Əgər hökumət daha çox xərcləyirsə, bu, tələbatın artmasına, deməli, həm də qiymətlərin artmasına gətirib çıxara bilər. Qiymətlərin yüksəlişi isə öz növbəsində inflyasiya artımına gətirib çıxarır. Beləliklə, hökumətlər aşağı artım və aşağı inflyasiya dövrlərində daha çox məsrəf etməyə, yüksək artım və yüksək inflyasiya dövrlərində isə xərcləri azaltmağa çalışırlar.

  • İqtisadiyyatın dövriliyi

Bazar iqtisadiyyatı 7 il ətrafında dövriliklə yüksəliş və tənəzzül tendensiyasına malikdir. Dövrün əvvəlində sürətli bir böyümə, daha sonra zirvəyə çarma, ardından tənəzzülə (mənfi böyümə  və ya işsizliyin artması dövrü) aparan bir kiçilmə və nəhayət yenidən bir yüksəliş dövrü.


III hissəyə nəzər yetirin


1 769 770 771 772 773 774 775 2. 686