Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 1

Sual: Təsisçi dəyişikliyi zamanı vergi öhdəlikləri yarana bilərmi? MMC-nin əsas vəsaitinin olub-olmamasının bu vergi öhdəliyinə təsiri varmı?

Cavab: Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir.

İştirak payları digər şəxslərə təqdim etdiyi (satdığı) halda alqı-satqı müqaviləsinin bağlandığı tarixə aktivlərin xalis dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı müsbət fərqdən, habelə iştirak payları aktivlərin xalis dəyərindən yuxarı qiymətə təqdim edildikdə onların satış qiyməti ilə nominal dəyəri arasındakı fərqdən rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir. Bu zaman qeyd edilən təsis payı digər şəxsə təqdim edildikdə, həmin hüquqi şəxsin balansında olan aktiv və passivlər də nəzərə alınmalıdır.

Rezident hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən həmin rezident hüquqi şəxsdəki təsis paylarının (iştirak paylarının) rezident şəxslərə təqdim edilməsindən əldə olunan gəliri Azərbaycan mənbəyindən gəlirlərə aid edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir. Qeyd edilən gəlirin ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda isə qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir (mənfəət) vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bununla belə, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.1-ci, 99.3.8-ci, 101.2-ci, 104.1-ci, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

Azərbaycandakı sosial fondlar mənfəət vergisindən azad oluna bilər

posted in: Xəbər | 0

Torpaq vergisi, Torpaq vergisinin ödənilməsi, Torpaq vergisinin tutulması, Torpaq vergisinin hesablanması,Azərbaycanda korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi təklif olunur.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olan və yaralanan şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb.

Bu məqsədlə 2021-ci ilin 1 yanvar tarixindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.

Mənbə: apa.az


Biznes psixologiyasının təşəkkülü və inkişaf tarixi (I hissə)

posted in: Xəbər | 0

Biznes psixologiyasının inkişafının birinci mərhələsi XVIII əsrdən XX əsrin 30-cu illərinə qədərki dövrü əhatə edir. İkinci mərhələ XX əsrin 40-50-ci illərinə təsadüf edir və üçüncü mərhələ XX əsrin 80-ci illərinin əvvəli və müasir dövrü əhatə edir.

Birinci mərhələnin inkişafı iqtisadiyyatda psixoloji amilin əhəmiyyətini ifadə edən A. Smit, A. Marşall, C. Keynes, M. Veber və başqalarının əsərlərindən ibarətdir. Otto Lipmann 1923-cü ildə nəşr etdirdiyi kitabında işçinin psixologiyası ilə alıcının psixologiyasını, reklam psixologiyası ilə satış psixologiyasını fərqləndirirdi və bu sahələri ümumi və differensial psixologiya (fərdi fərqlilik psixologiyası) ilə əlaqələndirirdi. Almaniyada Hüqo Müynsterberqin əmək psixologiyası və təşkilati psixologiya sahəsində tədqiqatları ortaya çıxmışdı. O, mikroiqtisadi problemlər, əməyin monotonluğu, təşkili, reklamın qavranılması psixologiyasını öyrənmişdi.

İkinci mərhələ XX əsrin 40-50-ci illərinə təsadüf edir. Araşdırmalar ABŞ və Fransada alimlər G. Katon, P. Reyno, P. Albu tərəfindən aparılırdı. Belə ki, məsələn, G. Katon istehlakçıların iqtisadi stimullara reaksiyalarının ölçülməsini dörd ayda bir dəfə həyata keçirmişdi. O, iqtisadi davranışı impulsiv və adi davranışa ayırmışdı və gözləntilərdən asılı olan “həqiqi”, faktiki qərar anlayışını tətbiq etmişdi. Gözləmə hissi bu və ya digər modallığa və istehlak, investisiya sahəsində növbəti qərarların dərəcəsinə necə təsir göstərir? Amerikalı tədqiqatçı rolu kütlələrin və insan qruplarının psixoloji vəziyyətini xarakterizə etmək və iqtisadiyyatda hərəkətləri qabaqcadan görmək, konyukturanı dəyişdirmək qabiliyyətində ifadə olunan xüsusilə “istehlakçı hissləri indeksi” ilə yeni göstəricilər tətbiq etmişdi.

II hissəyə nəzər yetirin


Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək

posted in: Xəbər | 0

vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVergi Məcəlləsinə təklif olunmuş mühüm dəyişikliklərdən biri beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsinin əlavə dəyər vergisinə (ƏDV) sıfır dərəcə ilə cəlb edilməsidir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mövcud qanunvericilikdə beynəlxalq və tranzit yük-sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edildiyi halda, həmin fəaliyyətə bağlı yardımçı nəqliyyat xidmətləri olan beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 18% dərəcə ilə cəlb edilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat ekspedisiya xidmətlərini təşviq etmək, digər tranzit ölkələr də analoji fəaliyyətlə məşğul olan xarici müəssisələrə rəqabətdə yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərən şəxslərin dayanıqlılığını təmin etmək məqsədilə beynəlxalq və tranzit yük və sərnişin daşınması ilə bilavasitə bağlı olan ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

Mənbə: report.az


1 778 779 780 781 782 783 784 2. 686