ƏDV geri al sistemi üzrə faizlərin dəyişdirilməsi müzakirə edilir

posted in: Xəbər | 0
birbank biznes

“Əlavə dəyər vergisini (ƏDV) geri al sistemi üzrə faizlərin dəyişdirilməsi məsələsi müzakirə edilir”.

Bunu açıqlamsında Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, aksizli malların satışı zamanı ƏDV-ni geri alınmamasına aydınlıq gətirərkən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

“Ümumilikdə bu məsələlər müzakirə olunur və təkmilləşdirmələr yenə də aparılacaq”, – S. Ələkbərov bildirib.

Onun sözlərinə görə, hər bir addım real həyatdan irəli gəlinərək atılır: “Bəzi məhsullar var, onların ƏDV-sinin geriyə qaytarılması o qədər də önəmli deyil. Yəni əhalinin sosial təbəqəsinə, ümumi təbəqəyə bunun aidiyyəti yoxdur. Amma biri indi “Bentley” markalı avtomobil gətirirsə, sabah təyyarə alıb gətirəcəksə, onun ƏDV-sinin qaytarılması sual doğurur. Ona görə də bunlar təbii suallardı və təkimlləşmələr yəqin ki gedəcək. Amma daha çox təkmilləşmə ondan ibarətdir ki, əhalimiz, xüsusilə nisbətən daha aşağı əməkhaqqı alan insanlar bundan daha çox yararlansınlar. Yəni varlılar deyil, bu sistemdən orta və kasıb təbəqə istifadə etsin”.

Qeyd edək ki, nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15 %-i, nağd ödənişlər üzrə 10 %-i qaytarılır.

Mənbə: report.az


Print Friendly, PDF & Email