Mobil telefonlar və mPOS xidməti

posted in: Xəbər | 0

Son günlər mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi məsələsi müzakirə mövzularından birinə çevrilib. Bank mütəxəssisi Bəxtiyar Məmmədov mövzu ilə bağlı şərh verib.

“Cəmiyyətin inkişafı boyunca müxtəlif ödəniş üsulları mövcud olmuşdur. Hər bir ödəniş üsulu tədricən inkişaf etmiş, yeni ödəniş üsulları meydana gəlmişdir. Cəmiyyət barter üsulundan cari elektron ödənişlərədək uzun bir inkişaf yolu keçmişdir. Son dövrlərdə aktuallaşan məsələlərdən biri də mobil qurğular vasitəsilə ödənişlərin qəbul edilməsidir.

Yəqin ki, bir çoxumuz gündəlik həyatda marketlərdə və yaxud digər hər hansı alışlarımızda ödəniş kartlarımızı POS terminala yaxınlaşdırmaqla ödənişlər etmişik. Bu kifayət qədər rahatdır, əlavə nağd vəsait sayımı və sair narahatlıqlardan həm alıcını həm də satıcını azad edir. Amma məsələyə bir qədər fərqli aspektdən baxsaq görərik ki, bu infrastrukturun qurulması üçün satıcı hər hansı bankdan POS terminal əldə etməli (bəzi hallarda bu ödənişli, yaxud müəyyən depozit yatırmaq şərti ilə verilir), daha sonra bu POS terminalı istifadəyə verməlidir. Elə hallar da vardır ki, orada bu tip yanaşma özünü doğrultmur. Məsələn, taksilərdə POS terminalların quraşdırılması bank və taksi xidməti göstərən şəxs üçün sərfəli deyil. Çünki çox sayda taksidə ödənişsiz POS terminal quraşdırmaq xərci banka sərfəli deyildir, həmçinin taksi xidməti göstərən tərəf üçün hər taksiyə POS terminal almaq sərfəli həll deyildir. Bu tip çətinliyin aradan qaldırılması üçün müxtəlif həllər vardır ki, onlardan biri də mobil POS terminal yaxud qısa desək mPOS xidmətinin təşkilidir.

mPOS xidməti əslində mobil telefonlara əlavə qurğu qoşmaq və proqram təminatı yazmaqla onların POS terminal kimi istifadə olunmasını ehtiva edir. Lakin NFC texnologiyasından istifadə edildiyi hallarda heç bir əlavə qurğuya ehtiyac olmur, mobil telefon və ya planşet POS terminal kimi istifadə edilə bilir. Bu tip qurğunun tətbiqinin əsas üstünlüyü kompaktlıq, aşağı qiymət və internet şəbəkəsinin olduğu istənilən yerdə ödənişlərin qəbul edilə bilməsidir. mPOS xidmətini əldə edən satıcı müxtəlif qeydiyyat prosedurlarını keçdikdən sonra öz mobil telefonunu POS terminal kimi müştərilərinin istifadəsinə təqdim edə bilər.

Dünyada mPOS xidməti

Juniper Research tərəfindən aparılmış hesablamalarla müəyyən edilmişdir ki, 2019-ci ildə dünyada mPOS vasitəsilə aparılmış ödənişlərin həcmi 850 milyrad ABŞ dolları həcmində olmuşdur. Həmçinin 2024-cü ildə bu ödənişlərin həcminin 1.9 trilyon dollara çatacağı ehtimal edilir. Hal-hazırda Avropa, Amerika və digər qitələrin inkişaf etmiş ölkələrində mPOS xidməti kifayət qədər populyarlıq qazanmışdır.

Azərbaycanda mPOS xidməti

Hal hazırda ölkəmizdə mPOS xidməti təqdim olunmamışdır. Bu məsələ ilə bağlı bəzi banklar tərəfindən bir neçə dəfə cəhdlər olsa da, proses müxtəlif səbəblərdən (bəzən səmərəlilik, təhlükəsizlik riskləri, müxtəlif sertifikasiyalar, hüquqi risklər və sair) ləngimə baş vermişdir. Lakin dövlət tərəfindən nağdsız ödənişlərin inkişafının təşviqi, qanunvericilik və normativ aktlara mütəmadi olaraq düzəliş və əlavələrin edilməsi yaxın vaxtlarda bu xidmətin ölkəmizdə də uğurla tətbiq ediləcəyini deməyə imkan verir.

Hesab edirəm ki, mPOS xidmətinin təşkili ilə POS terminalların daha sərfəli formada əldə edilməsi nağdsız ödənişlərin daha da inkişafına, “kölgə iqtisadiyyatı”nın həcminin daha da azalmasına doğru atılmış növbəti addım olacaqdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanlarında işləmək istəyən namizədlərin nəzərinə!

posted in: Xəbər | 0

Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

Vergi xidməti tərəfindən qeydiyyata alınmış namizədlər noyabrın 7-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.

https://eservices.dim.gov.az/ELIMT/VergiTest



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi sanksiyası gəlirləri dövlət və ictimai əhəmiyyətli işlərə xərclənəcək

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Azərbaycanda vergi orqanlarının tətbiq etdiyi maliyyə sanksiyalarından gəlirlərin istifadə ediləcəyi istiqamətlərin sayı artırılıb.

Bu barədə Prezident İlham Əliyev təsdiq etdiyi Vergi Məcəlləsində dəyişikliklərdə əksini tapıb.

Məcəllənin “Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar” adlı 22-1.1.-ci maddəsinə edilən əlavə görə, Vergi sanksiyası gəlirləri dövlət və ictimai əhəmiyyətli işlərə xərclənə bilər.

Dəyişikliyə əsasən, həmin vəsaitlər yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə ayrıla bilərdi.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin tətbiqinə baxılır”

posted in: Xəbər | 0

“Son on ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti iş adamları üçün biznes mühiti və investisiya cəlbediciliyinin təmin edilməsinə çalışır: “Ölkədə ÜDM-in 85%-indən çoxu özəl sektorun payına düşür. Azərbaycan iqtisadi fəallığın təşviqi, əlverişli biznes mühitinin yaradılması üçün stimullaşdırma mexanizmlərindən geniş istifadə edən ölkədir.

Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf strategiyası hazırlanır. Eyni zamanda, biz gələcəkdə işğaldan azad edilmiş ərazilərə vergi güzəştlərin tətbiqi məsələsinə baxırıq”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 810 811 812 813 814 815 816 2. 691