Pandemiyadan ən çox zərər çəkən iqtisadiyyatlar məlum olub (I hissə)

posted in: Xəbər | 0

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi, COVİD-19 pandemiyasına görə milli iqtisadiyyatların itkilərinin qiymətləndirilməsi ilə bağlı bir hesabat yayımlayıb. Orada analitiklər pandemiyanın dünyanın əksər ölkələrinə uzunmüddətli davam edəcək mənfi nəticələr verəcəyini proqnozlaşdırıblar. Lakin onların bəzilərinin böhrandan minimum zərərlə çıxa biləcəyini vurğulayıblar.

“Pandemiyadan sonra bərpa və çapıqların izinin itməsi” templəri milli iqtisadiyyatın strukturundan, əmtəə və əmək bazarlarının pandemik şok effektlərinə uyğunlaşma qabiliyyətindən, həmçinin ölkələrdə anti-kovid dövlət siyasətinin keyfiyyətindən və kütləvi peyvəndləmə sürətindən asılı olacaq – “Moody’s” qeyd edib.

Agentliyin analitikləri ölkələri “Moody’s”in 2020-2023-cü illərdə real ÜDM-nin səviyyəsinə və eyni il üçün ÜDM-nin cari proqnozuna görə pandemiyaya qədərki proqnozundan asılı olaraq üç qrupa bölüblər.

Ən az zərər çəkmiş iqtisadiyyatların, proqnozlaşdırılan ÜDM-nin böhrandan əvvəlki proqnozundan yalnız 2% (və ya daha az) aşağı olan ölkələr olacağı bildirilib.

Orta ziyanlı iqtisadiyyatlar – bunlar proqnozlaşdırılan ÜDM-nin böhran öncəsi səviyyənin 2-8%-ə çatmadığı ölkələr hesab olunur. Ən çox zərər çəkmiş iqtisadiyyatlar isə ÜDM-nin pandemiyaya qədərki trayektoriyasından 8 faizi ötüb keçən ölkələr olacağı bəyan edilib.

Ən ciddi itkiləri formalaşmaqda olan və “sərhəd” (frontier) iqtisadiyyatları olan ölkələr – xüsusilə gəlirləri turizm kimi ayrı-ayrı sektorlardan çox asılı olan ölkələr hiss edəcəklər. Risk zonasına pandemiya və bərpanı lazımi səviyyədə dəstəkləyə bilməyən zəif institutlar da nəzərə alınmadan yüksək borc yükü olan dövlətlər daxildir. “Moody’s” ən çox zərər çəkmiş ölkələr kateqoriyasına Şri-Lanka,  Surinam, Laos, Hindistan, Tunis, Perunu aid edir.

“Moody’s”in sözlərinə görə, ölkələrin yalnız kiçik bir qrupu ciddi iqtisadi sarsıntılardan qaça bilər. 2023-cü il üçün onların real ÜDM-si pandemiyaya qədərki dövrdəki proqnozdan yalnız bir az aşağı və ya hətta bir qədər yuxarı ola bilər. Söhbət, əsasən, ABŞ, Qərbi Avropa ölkələrinin əksəriyyəti, həmçinin Çin də daxil olmaqla, inkişaf etmiş iqtisadiyyatlardan gedir.

ABŞ və avrozonada əhalinin peyvəndlənməsi yüksək mərhələdədir və böyük maliyyə stimulları iqtisadiyyatın daha sürətli bərpa olunmasına kömək edir. Çin, Cənubi Koreya və ya Sinqapur kimi ölkələrdə səhiyyə böhranına hakimiyyətin cavabı olduqca effektiv idi: orada, lap əvvəldən tibb müəssisələrinə xəstələnmə sayının artımının öhdəsindən gəlməsinə imkan verən ciddi karantin məhdudiyyətləri tətbiq edilmişdi.


II hissəyə nəzər yetirin


“McDonald’s” kişilərlə qadınların maaşını bərabərləşdirəcək

posted in: Xəbər | 0

“McDonald’s” 2022-ci ilə qədər eyni vəzifələrdə çalışan kişi və qadınların maaşları arasındakı fərqi aradan qaldırmaq niyyətini açıqlayıb. Şirkət bütün dünya üzrə “McDonald’s”da çalışan qadınların kişilərdən bir qədər az qazanc əldə etmələri barədə məlumat aldıqdan sonra, bərabər maaş tətbiq etmək üçün əlavə investisiya yatırmaq barədə qərar qəbul edib, “Fox” belə yazıb.

2021-ci ildə fast-food restoranlar şəbəkəsində əməyin ödənilməsinin təhlili göstərib ki, bərabər şəraitdə oxşar iş zamanı qadınlar kişilərin aldığı əmək haqqından cüzi şəkildə az maaş alırlar. Bütün dünya üzrə “McDonald’s” şəbəkəsinin əməkdaşlarının 54 faizinin qadınlar təşkil etdiyini nəzərə alan şirkət, əməkdaşların bərabər gəlirlər əldə etməsinin təmin olunmasında maraqlıdır.

Qlobal biznes xidmətləri üzrə vitse-prezident Debbi Ballardın sözlərinə görə, “McDonald’s” öz inkişaf strategiyasına təkcə əməyin gender bərabərsizliyinin azaldılmasını deyil, həm də əməkdaşlar üçün təlim və inkişaf proqramlarının yaradılmasını və beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunmasını da daxil edib.

ABŞ-ın əmək statistikaları Bürosunun məlumatına görə, orta hesabla Amerikada qadınlar korporasiya əməkdaşlarının yarıdan çoxunu təşkil edirlər və eyni təhsilli ağ kişilərlə müqayisədə bir dollar üçün 82 sent qazanırlar. Yəni, onların maaşı 1 dollara görə 18 sent dəyərində az qiymətləndirilir. Eyni zamanda qaradərili və latın amerikalı qadınların əməkhaqqısı ağdərili əməkdaşlarla müqayisdə daha aşağıdır.

 


Dünyanın ən bahalı brendi məlum olub

posted in: Xəbər | 0

Dünyanın ən bahalı 100 brendinin reytinqində birinci yeri “Apple” korporasiyası tutub, reytinqi isə “Interbrand” şirkəti tərtib edib.

İl ərzində “Apple” şirkətinin dəyəri 26 faiz (408,3 milyard dollara kimi) yüksəlib. İkinci və üçüncü yerlər müvafiq olaraq, “Amazon” (24 faiz yüksəliş, 249,3 milyard dollara kimi) və “Microsoft” (27 faiz yüksəliş, 210,2 milyard dollara kimi) şirkətlərinə nəsib olub. Beşliyə həmçinin “Google” və “Samsung” şirkətləri də düşüblər.

Reytinqdən olan 100 brendin ümumi dəyəri il ərzində 15 faiz, 2,3 trilyon dollara qədər yüksəlib. Eyni zamanda, ilk üç yer reytinqə daxil olan bütün şirkətlərin dəyərinin 33 faizini təşkil edir. İl ərzində brend dəyəri orta hesabla on faiz artıb.

Ən əhəmiyyətli artım texnoloji şirkətlər tərəfindən göstərilmişdir (yüksəliş 26 faiz). Ən sürətlə inkişaf edən brend “Tesla” olub, şirkət 40-cı yerdən 14-cü yerə yüksəlib. Ən pis dinamikanı fotoaparat istehsalçısı “Canon” (mənfi 14 faiz) və “Zara” geyim şəbəkəsi (mənfi 9 faiz) göstərib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

posted in: Xəbər | 0

Ani Ödənişlər Sistemi,Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 807 808 809 810 811 812 813 2. 691