Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (III hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır → II hissəyə nəzər yetirin

Sonra iqtisadi resursların yerdəyişmə prosesi daha kompleksli oldu: kapital, sahibkarlıq qabiliyyətləri və texnologiyası orta səviyyədə inkişaf etmiş ölkələr tərəfindən idxal edilməklə yanaşı ixrac edilməyə başlandı və zəif inkişaf etmiş ölkələr də işçi qüvvəsinin ixracatında fəal iştirak etdilər. Nəticədə istehsal amillərinin beynəlxalq hərəkəti qarşılıqlı olur.

Dünya iqtisadiyyatı XIX-XX əsrlərdə təşəkkül tapandan sonra xeyli dəyişikliklərə məruz qalmışdır. Müasir dünya iqtisadiyyatının təkamül prosesində bir neçə mərhələni ayırırlar:
  • XIX əsrin sonu – Birinci dünya müharibəsinə qədər. Bu, dünya iqtisadiyyatının açıqlığının gücləndirilməsi mərhələsidir. Dünya ticarətinin xammal istiqaməti üstünlük təşkil edirdi. Lakin ixracın payı daim yüksəlirdi;
  • Birinci və ikinci dünya müharibələri arasındakı dövr. Bu, qeyri-sabitlik və dünya iqtisadiyyatının inkişafını müşayiət edən böhranlarla səciyyələnirdi. Milli təsərrüfatların avtarkiyası (iqtisadi qapalı təsərrüfat) və proteksionizm, həmçinin ixracın rolunun azalması meyli güclənib;
  • XX əsrin 1950-70-ci illəri. Mərhələ inteqrasiya qruplarının (Aİ, AİB) yaranması ilə səciyyələnir, transmilliləşmə prosesi gedir, texnologiyaların, sahibkarlıq qabiliyyətlərinin və kapitalın fəal yerdəyişməsi prosesi gedir, ssuda kapitalının dünya bazarı bərpa edilib. Dünya təsərrüfatında sosialist və inkişaf etməkdə olan dövlətlər xüsusi rol oynamağa iddia etməyə başladılar.
  • İnkişaf etmiş ölkələr 1980-90-cı illər postsənayeləşdirmə dövrünə keçir, inkişaf etməkdə olan bir çox ölkələr iqtisadi geriliyi aradan qaldırır (Çin və yeni sənaye ölkələri), keçmiş sosialist ölkələri bazar iqtisadiyyatına keçirlər.
  • XX əsrin sonu – XXI əsrin əvvəli – dünya təsərrüfatının formalaşmasının müasir mərhələsi. Onu coğrafi məkanın mənimsənilməsinin artmış dərəcəsi, beynəlxalq məhsuldar qüvvələrin formalaşdırılması, iqtisadi qarşılıqlı fəaliyyətin və qarşılıqlı asılılığın güclənməsi fərqləndirir. Dünya təsərrüfatının yeni inkişaf mərhələsinə daxil olması ölkələr arasında təsərrüfat sahəsində əməkdaşlığın fəallaşması ilə müşayiət olunur → IV hissəyə nəzər yetirin


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sisteminə 4 bank qoşulub

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminə (AÖS) daha 4 bank qoşulub.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Məlumata görə, bunlar “Bank Avrasiya”, “Muğan Bank”, “PAŞA Bank” və “Premium Bank” ASC-lərdir. Həmin banklar müştərilərinin ödəniş kartlarına bağlı olan bank hesablarından AÖS-də istifadəni təmin edib. Beləliklə, onların müştəriləri üçün də ödəniş kartlarına bağlı olan bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafədən qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə imkanlar yaradılıb.

Hazırda 20 bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı hallarda müddətli əmək müqaviləsi uzadılmış hesab olunur?

posted in: Xəbər | 0

İşçi ilə işəgötürən arasında əmək müqaviləsi müddətli və ya müddət göstərilmədən bağlanılır. İqtisadçı ekspert Anar Bayramov müddətli əmək müqaviləsi barədə bəzi məqamlara aydınlıq gətirib:

Əmək Məcəlləsinin 73-cü (“Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası”) maddəsinin birinci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Maddə ilə bağlı diqqət yetiriləsi dörd əsas məqamı nəzərdən keçirək.

Birincisi – Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Misal: Dövlət və ya özəl sektorda fəaliyyət göstərən işəgötürənlər hər dəfə 1 illik müddətli əmək müqaviləsi bağlayır, bəzən fasiləsiz cəmi müddət 5 ili ötsə də, proses hər il eyni qaydada təkrar edilir. Fərdi əmək mübahisələri ilə bağlı məhkəmə sənədlərini təhlil edərkən məlum olur ki, bir çox hallarda işəgötürənlər 5 il müddət məsələsinə diqqət yetirmirlər. Bu səbəbdən də 5 ildən artıq davam edən müddətli əmək müqavilələrinə xitam verilməsi qanunvericiliyə ziddir.

İkincisi – müddətli əmək müqaviləsi bitdikdə, əmək müqaviləsinə xitam verilməlidir.

Misal: İşəgötürən işçi ilə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 1 may 2021-ci il tarixdə 5 aylıq müddətli əmək müqaviləsi imzalayıb. Əmək müqaviləsinin tələblərinə əsasən, 30 sentyabr 2021-ci il tarixi işçinin son iş günü hesab olunur. Artıq işəgötürən işçi ilə son haqq-hesabı 30 sentyabr 2021-cu il tarixdə həyata keçirməli və müvafiq əmr imzalamalıdır.

Üçüncüsü – müddətli əmək müqaviləsi bitdikdən sonra, 1 həftə ərzində işəgötürən və işçi həmin əmək müqaviləsinin müddətinin artırılıb-artırılmaması barədə qərarlarını bildirməlidirlər.

Misal 1: Müddətli əmək müqaviləsi ilə çalışan işçinin son iş günü 30 mart 2021-ci ilə təsadüf edir. İşəgötürən 12 aprel 2021-ci il tarixdə işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmr imzalayır. Müqavilənin bitməsi tarixindən 11 gün keçdiyi üçün, bu cür xitam düzgün hesab oluna bilməz. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həmin işçinin əmək müqaviləsi 1 aprel 2021-ci il tarixdən öncəki əmək müqaviləsinin müddəti qədər uzadılmış hesab ediləcək. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi müddətli əmək müqaviləsinin vaxtının bitməsi qeyd oluna bilməz.

Misal 2: 6 aylıq müddətli əmək müqaviləsi ilə çalışan işçinin son iş günü 26 fevral 2021-ci il tarixdə başa çatır. Mümkündür ki, işçi işəgötürənə bildirsin ki, o, əmək müqaviləsinin müddətinin uzadılmasını istəmir. Çünki Əmək Məcəlləsinin 73-cü maddəsində “tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə” ifadəsindən istifadə edilib. Əgər işçi müddətin artırılmaması ilə bağlı müqavilə müddəti bitəndən bir həftə ərzində işəgötürənə müraciət etməyibsə, bu halda əmək müqaviləsi öncəki müddət qədər artırılmış hesab edilir. İşçi 10 mart 2021-ci il tarixdən əmək müqaviləsinə xitamla bağlı müraciət etdikdə, işəgötürənin hüququ var ki, işçinin bir ay işləməsini tələb etsin. Çünki işçinin müddətli əmək müqaviləsi ilə bağlı müraciət müddəti keçdiyindən, 1 aprel 2021-ci ildən işəgötürənlə yeni 6 aylıq müqaviləsi aktiv olur.

Dördüncüsü – müddətli əmək müqaviləsinin bitməsi halında sosial kateqoriyaya aid işçilər üzrə güzəştlər nəzərə alınmır.

Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasının qadağan edildiyi işçilər və hallar qeyd olunub. Misal üçün, işəgötürən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin və ya öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinə xitam verə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsi müddətli əmək müqaviəsi ilə çalışanlara şamil olunmur.

Misal: İşəgötürən 1 may 2021-ci il tarixdə işçi ilə 6 aylıq müddətli əmək müqaviləsi imzalayıb. İşçi müqavilənin bitməsinə bir ay qalmış hamilə olması haqqında sənədi təqdim edib. İşçinin hamilə olmasına baxmayaraq, işəgötürən qərar verə bilər ki, 31 oktyabr 2021-ci il tarixdən işçinin əmək müqaviləsinə xitam verilsin. Nəzərə almaq lazımdır ki, işəgötürən hamilə qadının sosial və ya əmək məzuniyyətində olmadığı hallarda onun müddətli əmək müqaviləsinə xitam verə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən yaxşı və ən pis pensiya sistemləri məlum olub

posted in: Xəbər | 0

İslandiyada dünyanın ən yaxşı pensiya sistemi mövcuddur. Ölkə Mercer CFA İnstitutunun qlobal pensiya indeksində birinci yeri tutub.

Niderland və Danimarka müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərar tutublar. Tədqiqatda qeyd olunur ki, əməkhaqqı artımının yavaşlaması, tarixən aşağı faiz dərəcələri və aktivləri, bir çox siniflərin aşağı gəlirliliyi pensiya sistemlərinə əlavə maliyyə təzyiqi yaradır.

Dünyada ən pis pensiya sistemləri olan ölkələrin adı da məlum olub. Belə ki, 43 ölkədə arasında Tailand sonuncu yeri tutub, onun ardınca Argentina və Filippin gəlir ki, onların pensiya sistemlərində “ciddi çatışmazlıqlar mövcuddur və ya aradan qaldırılmalı olan boşluqlar” çoxdur.

Müvafiq olaraq 9-cu və 28-ci yerləri tutan Böyük Britaniya və Çin, pensiya islahatları nəticəsində ötən illə müqayisədə ən yaxşı göstəricilərə nail ola biliblər. Mercer CFA İnstitutundan bildiriblər ki, 19-cu yeri tutan ABŞ minimum pensiya məbləğini artırsaydı, reytinqdə daha yüksək yer ala bilərdi.

Ötən il Niderland bu indeksdə birinci yeri tutmuşdu. O vaxt mütəxəssislər pensiya sistemlərinin autsayderlər kimi Argentina və Tailandın adını çəkmişdilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 808 809 810 811 812 813 814 2. 691