Read More9
Read More9

İşçinin məlumatlandırılması ilə əlaqədar işəgötürənin öhdəlikləri hansılardır?

posted in: Xəbər | 0

İşçi hüquqları mövzusunda daha bir faydalı yazımızı bu dəfə işəgötürənin öhdəliklərindən biri ilə davam etdiririk. Bu yazımızda işəgötürənin işçini tanış etdirmək öhdəliyindən irəli gələrək hansı hallarda bu vəzifələrinin olmasını qeyd edəcəyik.

İşəgötürən…

– İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.

– iş vaxtının rejimi işçinin əməl etməli olduğu mühüm şərtlərdəndir. Buna əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar müvafiq hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

–  İşçi məzuniyyətə çıxarkən neçə gün, nə vaxt bitəcəyi, işə çıxma vaxtı əks etdirilmiş əmri görmək hüququna malikdir. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

– İşçiyə aldığı əmək haqqının necə formalaşdığı həmişə maraqlı olur. Buma əsasən müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

– “Sənə intizam tənbehi verirəm” – deməklə işçi barəsində tədbir görülə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti işçiyə təqdim olunmalıdır.

– İşəgötürən ona ziyan vurulduğunu bildirən araşdırma apardıqda belə işçi hüququnu gözləməlidir. Belə ki, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

– Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, qanunvericiliklə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədi ilə səlahiyyətli orqan təhlükəli iş və iş yerlərinin, müvafiq tədbirlərin icrası üzrə qaydaları müəyyən edir. Qayda və siyahılar kütləvi tirajlarla nəşr etdirilməli və iqtisadiyyatın bütün sahələri üzrə işəgötürənlərin, həmkarlar ittifaqları təşkilatlarının istifadəsinə verilməlidir. İşəgötürənlər bütün imkanları və məqbul üsulları ilə işçilərin həmin siyahılarla istənilən vaxt tanış olması və istifadəsi üçün zəruri tədbirlər görməyə borcludurlar.


Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Bax: İcbari sığorta növləri üzrə bunları bilmək faydalıdır

Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 oktyabr 2021-ci il tarixinə 5,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,5 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2021-ci il tarixinə 4,6 milyard manat olub.

Bankın 1 oktyabr 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 662 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirlərin və xərclərin uçotu aparılmadıqda tətbiq olunan maliyyə sanksiyası

posted in: Xəbər | 0

Gəlirlərin və xərclərin uçotu aparılmadıqda tətbiq olunan maliyyə sanksiyası

gəlirlərin və xərclərin uçotu, maliyyə sanksiyası, Vergi bəyannaməsi, vergi ödəyicisi, fiziki şəxslərin öhdəlikləri, vergi tutulan dəyər, Malların emala verilməsi, Müddətlərin müəyyən edilməsi, mikrobiznes, Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı Anar Bayramovun sözlərinə görə, həmin maddənin əsas məqsədi vergi ödəyicisinin sənədi olmayan və satışı həyata keçirilən mallarına (iş xidmətlərinə) görə maliyyə sanksiyasının tətbiq edilməsidir.

Misal 1: Vergi orqanının keçirdiyi yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi 2019-cu ildə 30 000 manat mal təqdim edib. Amma 2019-cu ilin əvvəlində malların qalıq dəyəri 8.000 manat, dövr ərzində 4.000 manat və dövrün sonuna qalıq 1.200 manat olub. Uçot məlumatlarından göründüyü kimi, satışı həyata keçirilən 19200 manatlıq malın sənədi yoxdur.

8.000 manat + 4.000 manat – 1.200 manat = 10.800 manat
30.000 – 10.800 =19.200 manat.

Vergi orqanı 19.200 manatlıq mala görə vergi ödəyicisinə 1920 manat maliyyə sanksiyası tətbiq edir:

19200 x 10% = 1920 manat.

Misal 2: Vergi ödəyicisi mebel istehsalı ilə məşğul olur. Məlum olur ki, vergi ödəyicisi dövr ərzində 40.000 manatlıq mebel satışını həyata keçirsə də, istehsalda istifadə edilən taxta materiallarının uçotunu həyata keçirməyib. Vergi orqanı mədaxili rəsmiləşdirilməyən taxta materiallarının alış qiymətinə, alış qiymətini müəyyənləşdirmək mümkün olmadıqda topdansatış qiymətinə uyğun hesablama həyata keçirir və 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edir.

Misal 3: Vergi ödəyicisi meyvə şirəsinin istehsalı ilə məşğul olur. Vergi orqanı keçirdiyi səyyar vergi yoxlaması zamanı müəyyən edir ki, 2020-ci il tarixdə fəaliyyətə başlayan vergi ödəyicisi 1.000 ədəd 1 litrlik butulka və etiket alıb, 1.000 litr meyvə şirəsi istehsal edib, ancaq cəmi 200 ədəd 1 litrlik butulkada meyvə şirəsi təqdim etdiyini rəsmiləşdirib.

Yoxlama dövründə vergi ödəyicisində 350 ədəd butulka və etiket qalmasını nəzərə alan vergi orqanı gəlirin uçotunun aparılmamasına görə vergi ödəyicisinə uçotu aparılmayan gəlirin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edir.


Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari sığorta növləri üzrə bunları bilmək faydalıdır

posted in: Xəbər | 0

icbari sığorta növləriSon zamanlarda baş verən yanğın və digər təbii fəlakətlər zərərlərin kompensasiya edilməsi üçün sığorta müqaviləsinə marağın artmasına təkan verir. Son statistik göstəricilər isə bu artımın nəinki  həyat sığortası sahəsində, eyni zamanda qeyri-həyat sığortası növləri üzrə də davam etməsini bir daha sübut edir. Bu yazımızda icbari sığorta növləri üzrə xüsusi diqqət yetirilməli hallar barədə məlumat verəcəyik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, icbari qaydada tətbiq edilən sığorta növləri üzrə sığorta şirkəti (sığortaçı) nəzarət orqanından icazə alıbsa, həmin növ üzrə sığorta etdirmək istəyən şəxslə sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Bəzən sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlar icbari qaydada mülki məsuliyyəti üzrə sığortalamaqdan imtina edilməsi halları barədə məlumat versələr də, nəzərə almalıdırlar ki, sığortaçının həmin sığorta növü üzrə icazəsi varsa, sığortalamaqdan imtina etməsi qanun pozuntusudur.

– Həmçinin hansısa sığortaçı tərəfindən mütləq icbari növ üzrə onunla sığorta müqaviləsi bağlamağa təkid edilməsi qanun pozuntusudur. Belə ki, şəxs icbari və könüllü növü üzrə istədiyi sığortaçı ilə sığorta müqaviləsi bağlamaqda sərbəstdir.

– İcbari növlər üzrə sığorta müqaviləsi müqavilədə xüsusilə göstərilməsi halları istisna olmaqla, 1 il müddətinə bağlanılır. Onu da qeyd edək ki, bu növ müqavilələr üzrə müddət bitdikdən sonra yeni icbari müqavilə bağlanması mütləqdir.

– Qəzalı vəziyyətdə və ya istismara yararsız olan əmlakın icbari sığortaya cəlb edilməsi yolverilməzdir.

– Şəxsin gəlir itkisi, qanunazidd mənafeyi, cərimələnməsi, mərc, oyun və lotereyalarda iştirakı ilə bağlı mənafeyi sığortalana bilməz.

– Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqluyyat vasitəsini idarə edən şəxsin özü və ailə üzvlərindən başqa digər şəxslərin əmlak və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlaka qanunla göstərilən hallar nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Daşınar əşyaya dəyən zərərlər bu növ üzrə ödənmir.

– Şəxs əmlakını könüllü qaydada tam və ya qismən də olsa sığortalamış olsa da, yenə də icbari növlər üzrə müqavilə bağlamaq öhdəliyi daşıyır. Daha çox ipoteka götürən şəxslərin qarşılaşdığı növlərdən olan əmlak sığortası üzrə aşağıdakıları qeyd etmək zəruridir:

— yaşayış evi və mənzillərin icbari qaydada sığortalanması ilə bağlı hazırda mexanizm mövcud olmadığı üçün ipoteka götürən şəxslər ipoteka üzrə səlahiyyətli qurumun tələbi üzrə könüllü qaydada sığorta müqaviləsi bağlayır. Qeyd etmək lazımdır ki, icbari növ üzrə Bakı şəhərində yerləşən yaşayış evi və mənzillər üçün 25 min manat nəzərdə tutulduğunu bilərək, gələcəkdə mexanizmin mövcudluğundan sonra icbari təminatı çıxmaqla könüllü əmlak sığortası üzrə müqavilə bağlamaq məqsədəuyğun sayılır.

– Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə müddəti bitməsinə az qalmış “bizimlə müqavilə bağlasanız endirim qazanacaqsınız” – deyərək zəng vuran şəxslərlə bağlı bilmək zəruridir ki, bu növ də daxil bütün icbari növlər üzrə hər hansı endirim tətbiq edilməsi qanunsuzdur. Müştəriyə bildirilib, daha sonra endirimli qiymət olaraq təqdim edilən sığorta haqqı məbləği bu növ üzrə elektronlaşmış sistem üzərindən təqdim edilən məbləğdir. Daha dəqiq desək endirimi sistem verə bilər, şirkətlər deyil.

Yekunda isə qeyd edək ki, icbari növlər üzrə mənəvi zərərlə bağlı tələblər, hərbi əməliyyatlar zamanı dəyən zərərlər, qiymətli kağız, rəsm əsəri, ixtira və qiymətli daşlara dəyən zərərlər də ödənilmir.


Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 818 819 820 821 822 823 824 2. 692
error: Content is protected !!