Sığortaolunan respublikadan xaricdə əmək qabiliyyətini müvəqqəti itirdiyi halda ona müavinət necə ödənilir?

posted in: Xəbər | 0

Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə – profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.

Mənbə: e-qanun.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri ümidsiz borc kimi tanına bilərmi?

posted in: Xəbər | 0

Sual: Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri geri alına bilmədikləri üçün onlar ümidsiz borc kimi tanına bilərmi? Burada əsas məqam odur ki, bu vəsait vergi ödəyicisinin debitor borcu deyil, aktividir. O səbəbdən də, vergi orqanlarının həmin vəsaitləri ümidsiz borc kimi qəbul edib etməməsini qanunvericilik çərçivəsində izah etməyiniz xahiş olunur.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən sorğuda göstərilən halda vergi ödəyicisinin debitor borcu ilə əlaqədar olmayan bağlanmış banklarda olan və geri alına bilməyən aktivlərinin ümidsiz borc hesab edilərək gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı sahibkarlar cari vergi arayışı təqdim etməlidirlər?

posted in: Xəbər | 0

Hazırda rüblük hesabatların təqdim edilməsi davam edir. Eyni zamanda “Cari vergilərin hesablanması haqqında Arayış” da aktualdır. Vergi mütəxəssisi Dilqəm Göyüşov bununla bağlı bəzi diqqət çəkən məqamlara aydınlıq gətirib:

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər.

Burada diqqət olunası məqam maddənin əvvəlində qeyd olunan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən arayışın təqdim olunmasıdır. Bəs hüquqi şəxslər və fərdi sahibkarlar kimlərdir?

Fərdi sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

Mülki Məcəllənin 43.2-ci maddəsinə əsasən, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

O zaman, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyd olunan fəaliyyətlərlə məşğul olan) və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər “Cari vergilərin hesablanması haqqında Arayış”ı verməlidirlərmi?

Vergi Məcəlləsinin 151.1-ci maddəsində deyildiyi kimi, cari hesablamanı yalnız hüquqi şəxslər və fərdi sahibkarlar aparmalıdırlar. Göründüyü kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin “Cari vergilərin hesablanması haqqında Arayış”ı təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni, “Cari vergilərin hesablanması haqqında Arayış”ı bütün hüquqi şəxslər və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqdim etməlidirlər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

G20 ölkələri transmilli korporasiyaların vergi islahatını təsdiqləyib

posted in: Xəbər | 0

G20 ölkələri,G20 ölkələrinin maliyyə qurumlarının rəhbərləri Beynəlxalq Şirkətlər Qruplarının (BŞQ) vergitutmanın islahat planını razılaşdırıblar. Bu barədə G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin yekun iclasının nəticələrinə əsasən RF Maliyyə Nazirliyi məlumat yayıb.

“İslahat iki istiqamətdən ibarətdir – malların və xidmətlərin istehlakçılarının xeyrinə ən böyük BŞQ-nin mənfəətinin vergiyə cəlb edilməsi hüquqlarının yenidən bölüşdürülməsi (Pillar 1), həmçinin BŞQ-nin (Pillar 2) qlobal minimum gəlir vergitutma dərəcəsinin yaradılması. Güman edilir ki, yeni qaydalar iştirakçı dövlətlər tərəfindən artıq 2023-cü ildə tətbiq olunacaq”, – RF-nın Maliyyə Nazirliyinin saytında bu haqda xəbər verilib.

Həmçinin Rusiya Federasiyasının Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov da bu görüşdə dünya iqtisadiyyatının staqflyasiya ssenarisinin inkişaf riski olduğunu bəyan edib. O, “büdcə və pul-kredit siyasətinin normallaşdırılması trayektoriyasını” əsas götürən Rusiyadan nümunə götürməyə səsləyib.

Bundan əvvəl 136 ölkə iri şirkətlər üçün 15% həcmində minimum vergi dərəcəsi ilə qlobal sövdələşməni razılaşdırıblar. Razılaşma beynəlxalq korporasiyalar tərəfindən ödənişlərin ödənilməsindən yayınma ilə mübarizəyə yönəlib. Anlaşmanın dünya miqyasında hər il 150 milyard dollar toplayacağı gözlənilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 816 817 818 819 820 821 822 2. 691