Kimlərə minimum əməkhaqqı təyin edilə bilər?

posted in: Xəbər | 0

İşçiyə minimum əməkhaqqıdan aşağı əməkhaqqı vermək olarmı? Kimlərə minimum əməkhaqqı təyin edilə bilər? Tam iş günlərini işləməyən işçiyə minimum əməkhaqqıdan aşağı əməkhaqqı verilə bilərmi?

Bu və digər suallara aydınlıq gətirən sərbəst auditor Altay Cəfərov bildirib ki, Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən:

– Minimum əməkhaqqı – iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

– Minimum əməkhaqqı təyin ediləndə işəgötürən ilkin olaraq iqtisadi və sosial şəraiti nəzərə almalıdır. İqtisadi, sosial şərait dedikdə burada həm dövlətdə, həm cəmiyyətdə, həm işəgötürənin fəaliyyətində ümumi, həm də işəgötürənin özünün iqtisadi və sosial şəraiti nəzərə alınır.Yəni, bu çox ciddi bir yanaşmadır.

– Bundan sonra minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə müəyyənləşdirilmiş aylıq əməkhaqqının məbləğidir.

– İxtisaslı əməyə görə minimum əməkhaqqı müəyyənləşdirmək olmaz.

Məsələn, fəhlə vəzifəsi normalda ixtisassız peşə sayılır. Həmin vəzifəyə minimum əməkhaqqı təyin oluna bilər. Burada fəhlənin özünün təhsili nəzərə alınmır. Yəni, ola bilər ki, işçi fəhlə kimi çalışır, amma ali təhsillidir. Burada minimum əməkhaqqı təyin edəndə işçinin tutacağı vəzifənin ixtisaslı olub-olmasından söhbət gedir.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu 


İkinci addım kimi işçiyə minimum əməkhaqqının necə verilə biləcəyinə baxılmalıdır.

Əmək Məcəlləsinin 155-ci maddə 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Bildiyimiz kimi, hazırda dövlət tərəfindən müəyyənləşdirilmiş minimum əməkhaqqı 250 manatdır. Deməli, işçi mimimum əməkhaqqı almaq üçün aylıq iş vaxtı normasını işləməli,həmçinin, əmək funksiyalarını da yerinə yetirməlidir. Yəni, bu iki addım paralel yerinə yetirilməlidir.

Odur ki, aylıq əməkhaqqı minimum əməkhaqqı məbləğində müəyyənləşdirilmiş işçi bunu əldə etmək üçün aylıq tam iş normasını yerinə yetirməlidir. Əgər yerinə yetirməyibsə, onda faktiki nə işləmişsə ona uyğun olan əməkhaqqı alacaq.

Məcəllənin 155-ci maddəsinin 1-ci bəndində qeyd edilib ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin 5-ci bəndində isə göstərilib ki, əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əməkhaqqının məbləğinə daxil edilmir.

Beləliklə,minimum əməkhaqqı ilə bağlı aşağıdakı nəticələrə gəlmək olar:

– İşəgötürən hər hansı bir vəzifəyə minimum əməkhaqqı məbləği (250,00 manat) təyin edəndə iqtisadi və sosial şəraiti nəzərə almalıdır.

– Minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə müəyyənləşdirilmiş aylıq əməkhaqqının məbləğidir.

– İqtisadi, sosial şərait nəzərə alınmaqla, ixtisassız əməyə görə işçi üçün müəyyənləşdirilmiş mimimum əməkhaqqı almaq üçün işçi aylıq iş vaxtı normasını işləməli, həmçinin əmək funksiyalarını yerinə yetirməlidir.

– Əks halda, işçiyə minimum əməkhaqqıdan aşağıda əməkhaqqı verilə bilər. Daha doğrusu, faktiki işlədiyi əməkhaqqını alacaq.

Misal 1: Tutaq ki, “AA” MMC-nin işçisinə verən fəhlə vəzifəsi üçün minimum əməkhaqqı təyin edilib. Cəmiyyətdə iş rejimi 5 günlükdür. İşçi sentyabr ayında üzrlü səbəbdən 5 iş günü işə gəlməyıb. Onda işçinin sentyabr ayı üçün əməkhaqqı belə hesablanır:

250 : 22 = 11,36 manat
22 – 5 = 17 gün
11,36 x 17 = 193,18 manat.

Yaxud, ödəniş sistemi saat hesabına olarsa, belə hesablanır:

250: 176 saat x 136 saat = 193,18 manat.

Yuxarıda qeyd etdiyimiz tələblər əsasında işəgötürən minimum əməkhaqqı təyin edə bilər və işçi həmin ayda hansı müddətə işləyibdirsə, ona uyğun da əməkhaqqı almalıdır. Az hesablanan halda vergi və digər orqanlardan bununla bağlı uyğunsuzluqlar daxil ola bilər və normal formada açıqlamalar verməklə və sübutedici sənədlər təqdim edilməklə bu aradan qaldırıla bilər.

Misal 2: “BB” MMC-nin fəaliyyətində dizayner və proqramçı vəzifələri var. Cəmiyyət bu vəzifələrə minimum əməkhaqqı təyin etmək istəyir.

Belə bir yanaşma tam səhvdir. Çünki bu vəzifələr ixtisaslı kardlar tərəfindən yerinə yetirilməlidir və bu vəzifələr ixtisaslı iş yerləri sayılır. Ona görə də bu vəzifələrə minimum əməkhaqqı təyin etmək düzgün olmazdı.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sadə qaydalara riayət etməklə özünüzü bank dələduzlarından qoruyun!

posted in: Xəbər | 0

Son illər ölkə bankları tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması istiqamətinə bir sıra işlər həyata keçirilir. Əhalinin nağdsız ödənişlərə keçməsi, fiziki olaraq pul əskinazlarından istifadə etməməsi üçün müxtəlif aksiyalar, kampaniyalar və maarifləndirmə tədbirləri təqdim edilir. Nağdsız ödənişə keçidin bir çox üstün xüsusiyyətləri var. Lakin əfsuslar olsun ki, kart sahibləri hesablarında olan vəsaitin təhlükəsizliyinə bəzən dırnaqarası baxırlar.

“Kiber cinayətkarlıq” termini son vaxtlar ölkənin gündəmini zəbt edərək, hamımızın diqqət mərkəzindədir. Xüsusən də son aylar ərzində müəmmalı nömrələrdən edilən zənglər, göndərilən SMS-lər bank müştərilərinin dələduzların qurbanına çevrilməsi ilə nəticələnir. Əsasən müasir texnologiyalardan uzaq olan insanlar konfedensial kart məlumatlarını dələduzlara bildirməklə, hesablarında olan vəsaitin ələ keçirilməsinə şərait yaradırlar.

Məlumat üçün qeyd edək ki, ölkə üzrə ödəniş kartlarının (məvacib, təqaüd, müavinət, kredit, debit, taksit və s.) böyük hissəsi Kapital Bank-a məxsusdur. Demək olar ki, elə bir ailə yoxdur ki, orada Kapital Bank-ın ödəniş kartına sahib olan şəxs olmasın. Ona görə də dələduzlar zəng etdikdə, ilk olaraq ailədə Kapital Bank-a məxsus kart sahibi olduğunu dəqiqləşdirirlər. Kapital Bank da neqativ halların qarşısının alınması istiqamətində məlumatlandırıcı tədbirləri təşviq edir. Təbii ki, gördüyümüz tədbirlərin hamısını sadalamaq mümkün olmasa da, deyə bilərik ki, dələduzluq hallarının aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik.

Lakin bu istiqamətdə müştərilərimizdən də gözləntilərimiz var: heç kiminlə, hətta ən yaxın tanışları, qohumları ilə belə kart məlumatlarını paylaşmasınlar. Kart məlumatları dedikdə ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə (PAN), PİN kod, kartın bitmə tarixi, kartın arxasında olan 3 rəqəmli kod (CVV2) və SMS ilə göndərilən birdəfəlik 3DSecure şifrəsi nəzərdə tutulur. Card-to-card köçürməsi üçün kartın üz tərəfinin fotosunu göndərməyə də ehtiyac yoxdur. Sizə pul göndərən şəxsə 16 rəqəmli PAN nömrəni yazmaq və ya Birbank-da kartın QR kodunu generasiya edib göndərmək kifayətdir.

Dələduzlar əksər hallarda özlərini bank nümayəndəsi kimi təqdim edir və konfedensial kart məlumatlarını tələb edirlər. Təqdim edilmədiyi təqdirdə kartın bloka salınacağını bildirirlər. Bu zaman heç də təşvişə düşməyə ehtiyac yoxdur. Heç bir halda bank nümayəndəsi yuxarıda qeyd olunan kart məlumatlarını müştəridən tələb etmir. Amma yenə də kart bloka düşərsə, buna görə də narahat olmaq lazım deyil. Birbank rəqəmsal bankı, 196 Məlumat Mərkəzi və ya filiala müraciət etməklə kartı asanlıqla blokdan çıxarmaq olur.

Ümumiyyətlə, dələduzluq əməliyyatları üzrə məsuliyyət Beynəlxalq ödəniş sistemlərini qaydaları ilə tənzimlənir. Kart vasitəsilə ödəniş əməliyyatlarında satıcı və alıcı iştirak edir. Satıcı qismində POS terminal və ya veb sayt ola bilər. Əməliyyatın aparılması şərtlərindən asılı olaraq ödəniş üzrə məsuliyyətin kimin üzərinə düşdüyü təyin edilir. Misal üçün, ödəniş zamanı sayt tərəfindən müştəridən 3DSecure şifrə istənilirsə və dələduz bu şifrəni düz daxil edərsə, artıq bütün məsuliyyət müştərinin üzərinə düşür.

Hamını maraqlandıran suallardan biri də olur ki, müştəri dələduzların qurbanına çevrilibsə, bu zaman nə etməli? Əgər belə bir hal baş verərsə, dərhal kartı bloklamaq, sonra isə banka müraciət etmək lazımdır. Bank əməkdaşı kartın sahibinə dələduzların əməliyyatı və silinmə platforması barədə məlumat təqdim edir. Sonra həmin məlumatlarla birgə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əgər əməliyyat veb saytlarda 3Dsecure şifrənin daxil olunması ilə baş veribsə, beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən vəsaitlərin geri qaytarılması mümkün olmur. Əksinə, əməliyyat 3DSecure yoxlanışını dəstəkləməyən saytda baş verərsə, əməliyyat üzrə məsuliyyət satıcının üzərinə keçir. Bu hallarda ödənişlərin geri qaytarılması baş tuta bilər. Qeyd edək ki, dələduzların qurbanlarına çevrilən bir sıra müştərilərin pullarını geri qaytarmaq mümkün olub.

Kapital Bank olaraq bir daha ödəniş kartlarının sahiblərinə müraciət edərək bildirmək istərdik ki, yuxarıda qeyd olunan sadə qaydalara riayət etsinlər. Kartlarının üzərində olan məlumatları, həmçinin SMS vasitəsilə göndərilən 3Dsecure şifrəni heç bir halda üçüncü tərəfə ötürməsinlər. Kart hesabında olan vəsait, sizin pul qabınızda olan vəsaitlə eynidir. Ona görə də cibinizdə olan pul kimi, kartınızın balansında olan pulların da təhlükəsizliyini təmin etmək mütləqdir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

posted in: Xəbər | 0

Ali və orta ixtisas təhsili müəssisələrində oxuyan işçilərin təhsil məzuniyyətləri barədə məlumat vermişdik → https://www.muhasibat.az/tehsil-mezuniyyetlerinin-muddetleri/.

Bu dəfə yaradıcılıq məzuniyyətləri və onların müddətləri haqqında danışacağıq.

Əmək Məcəlləsinin 122-ci maddəsinə əsasən, aşağıdakı hallarda doktorantlara və fəlsəfə doktorlarına yaradıcılıq məzuniyyətləri verilir:
  • İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
  • Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.
  • Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu 


Bundan əlavə, Əmək Məcəlləsinin 122-ci maddəsinin 3-cü hissəsinə əsasən, işləməklə yanaşı doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
b) dövlət imtahanlarını vermək üçün;
c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni nəsil kassa aparatlarının sayı açıqlanıb

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir.

Qurumdan verilən məlumata görə, indiyə qədər ölkə ərazisində 48 169 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 820 821 822 823 824 825 826 2. 692