Kənd təsərrüfatı təyinatlı torpaqların vergiyə cəlb olunması

posted in: Xəbər | 0

ƏDV, əmlak,Torpaq Məcəlləsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. İqtisadçı ekspert Radil Fətullayev kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin hesablanması qaydalarını izah edir:

Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə verginin hesablanması torpağın yerləşmə yerindən asılı olmayaraq, torpaq sahəsinin hər kvadratmetrinə görə torpaq vergisinin dərəcəsi 0,02 AZN-dir. Buradan belə çıxır ki, vergi hər 100 kvadratmetr (sot) üçün vergi məbləği 2 manat müəyyən edilib.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinat, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar müəyyənləşib.

Misal 1: “ABC” MMC-nin Kəngərli rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 1 hektar torpaq sahəsi vardır. Müəssisənin illik torpaq vergisini hesablayaq:

TV = (10000 m2:100 m2) x 2 = 200 manat

Misal 2: Şərur rayonunda fəaliyyət göstərən “Agro Vest” MMC-nin I keyfiyyət qrupuna aid 40 ha (hektar) əkin sahəsi vardır. Həmin torpağın 30 ha-da taxıl əkilmiş, 10 ha-da isə əkin aparılmamışdır. Müəssisənin illik torpaq vergisini aşağıdakı kimi olacaq:

Təyinatı üzrə istifadə olunan 30 ha torpağa görə: 30 x 53 x 0.06 = 95,4 manat
İstifadə olunmayan 10 ha torpağa görə: (100000 m2 : 100 m2) x 2 = 2000 manat
Cəmi: 2095,4 manat

Misal 3: “Green Agro” MMC-nin Culfa rayonu ərazisində II keyfiyyət qrupuna daxil olan 12 hektar əkin sahəsi, Şərur rayonun düzən ərazisində I keyfiyyət qrupuna daxil olan 11 hektar əkin sahəsi və Babək rayonunun dağ torpaqlarında III keyfiyyət qrupuna daxil olan 40 hektar otlaq sahəsi vardır. “Green Agro” MMC-nin ödəməli olduğu torpaq vergisinin məbləğini nə qədər olacaq?

12 ha x 40 x 0.06 manat = 28,8 manat;

11 ha x 53 x 0.06 manat = 34,98 manat;1 ha otlaq sahəsinin şərti balı 2,4 x 0,06 manat x 40 ha = 5,76 manat

Cəmi = 28,8 + 34,98 + 5,76 = 69,54 AZN

Qeyd edək ki, Babək rayonunun dağ torpağında 1 ha otlaq sahəsinin şərti balı 2,4 (I keyfiyyət qrupunun şərti balı 24-ün 1 : 10 hissəsi) təşkil etdiyindən, 1 ha otlaq sahəsinin şərti balı 2,4 x 0,06 manat x 40 ha şəklində hesablanıb.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə verginin hesablanması

Torpaq Məcəlləsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisini hesablamaq üçün həmin torpaq sahəsinin hər 100 kvadrat metrini aşağıdakı cədvəldə göstərilən dərəcələrə vurmaq lazımdır.

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

(hər 100 kvadrat metri (1 sotu) üçün)

10000 m²- dək olduqda 10000 m²- dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 10 20
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 8 16
Digər şəhərlər və rayon mərkəzləri 4 8
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 2 4

Misal 4: Müəssisənin Bakı və Sumqayıt şəhərlərində ticarət təyinatlı torpaqları var. Bakı şəhərində torpaq sahəsi – 3 000 kv.m., Sumqayıt şəhərində isə – 1 000 kv.m. Müəssisənin illik torpaq vergisini hesablayaq:

TV = 30 x 10 + 10 x 8 = 380 manat

Misal 5: Müəssisənin Bakı şəhərində 1000 m2 torpaq sahəsi, Gəncə şəhərində isə 200 m2 torpaq sahəsi vardır. Müəssisənin illik torpaq vergisini hesablayaq:

TV = 10 x 10 x + 2 x 8 = 116 manat

Torpaq vergisinin bəyannaməsi cari il üçün may ayının 15-ə qədər vergi orqanlarına təqdim edilməlidir. Torpaq vergisi bərabər hissələrlə avqust ayının 15-ə və noyabr ayının 15-ə qədər büdcəyə köçürülməlidir.

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə verginin hesablanması

Torpaq Məcəlləsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların hər 100 kvadrat metri (1 sotu) üçün müəyyən edilmiş torpaq vergisi dərəcələri aşağıdakı cədvəldə verilmişdir.

Yaşayış məntəqələri Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

(hər 100 kvadrat metri (1 sotu) üçün)

10000 m²- dək olduqda 10000 m²- dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 0,6 1,2
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 0,5 1,0
Digər şəhərlər və rayon mərkəzləri 0,3 0,6
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 0,1 0,2

Mənbə: vergiler.az


Bax:


Direktor və mühasib arasında anlaşılmazlıqlar nədən qaynaqlanır?

posted in: Məqalə, Xəbər | 0

Bütün bu problemlərin kökündə vahid razılaşdırılmış təsvirin və buna aparan yolda komanda işinin mövcud olmaması dayanır.

Konstuktiv əməkdaşlığa nail olmaq üçün rəhbərə lazımdır:

  • idarəetmə qərarlarının qəbulundan ötrü başlıca məlumat mənbəyi olaraq mühasibat uçotunun əhəmiyyətini etiraf etmək;
  • mühasibə həmfikir və şirkətin işinin son nəticəsindən məsul olan şəxs kimi baxmaq;
  • maliyyə uçotunun əsaslarını öyrənmək və maliyyəçilərin jarqonunu (ingiliscə “slang” – xüsusi sözlər və ya yeni mənalar toplusu) mənimsəmək;
Hər bir mühasibdən ötrü zəruridir:
  • etiraf etmək lazımdır ki, biznes üçün kommersiya komponenti əsasdır, mühasibin vəzifəsi isə peşəkar mühakimə əsasında həll yolları təklif etməkdir;
  • uçotu şirkətlərin fəaliyyəti əsasında, uçot siyasətini yazmaq yolu ilə və onun prinsiplərinə riayət etməklə qurmaq lazımdır;
  • peşəkar mühakiməni öyrənməli və öz həqiqi vəzifəsi ilə (şirkətin aktivlərinin artımını təmin etmək) razılaşmalı;
Yalnız etinasız şirkətlər bu problemə diqqət yetirməməyə “cəsarət” edə bilərlər. Digər şirkətlər üçün isə maliyyə itkilərindən yayınmaq və müəssisələrin resurslarını mühafizə etməkdən ötrü direktor və mühasib arasında anlaşmanın olması, həyati əhəmiyyət daşıyır.

Beləliklə, əgər şirkət rəhbəri mühasiblə düzgün ünsiyyət qurarsa və komanda işinə üstünlük verərsə, belədə o, şirkətdə işlərin hazırkı vəziyyəti barədə ən yüksək səviyyədə məlumatlılıq əldə edə biləcək.

O, dəqiq məlumatlara əsaslanaraq düzgün qərarlar qəbul edə biləcək. O zaman ən mühüm bölmələrdən biri olan mühasibatlıq şirkətə real gəlirlər gətirməyə başlayacaq, axı, pullar – onun sahəsinə aiddir!

Bu əsas məlumatları bilən baş mühasib isə şirkətin strategiyasının hazırlanmasında öz rolunu anlaya biləcək və həqiqətən də rəhbərinin etibarlı və qətiyyətli köməkçisi olacaq.


Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (IV hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır → III hissəyə nəzər yetirin

Dünya iqtisadiyyatının inkişaf göstəriciləri

Dünya təsərrüfatının iqtisadi vəziyyətinin təhlilini aparmaq üçün müasir dünya iqtisadiyyatının vəziyyətini və dinamikasını xarakterizə edən göstəricilər sistemindən istifadə olunur. Onlardan ən mühümü aşağıdakılardır:

1) Ölkənin bütövlükdə və adambaşına düşən milli sərvəti. Milli sərvət – ölkənin maliyyə öhdəliklərinin dəyəri ilə azaldılmış, toplanılmış resursların məcmusudur.

Dünya təcrübəsində istehsal aktivləri, qeyri-istehsal aktivləri (torpaq, ev və istifadə olunan təbii ehtiyatlar), əsas, qeyri-maddi aktivlər (intellektual mülkiyyət) və maliyyə aktivləri (pul, qızıl, qiymətli kağızlar və s.) kimi elementlər milli sərvətlərə daxil edilir.

2) Ümumi Daxili Məhsul (ÜDM) – bir il ərzində bu, ölkə ərazisində istehsal olunan son malların və xidmətlərin bazar dəyəri – dünya iqtisadiyyatının ən çox tətbiq olunan göstəricilərindən biridir. Adambaşına düşən ÜDM dünya iqtisadiyyatının ən mühüm göstəricisidir, adətən ABŞ dolları ilə hesablanır. ÜDM-nin artım tempi, həmçinin, ölkənin iqtisadi artımının ən mühüm göstəricisi kimi, daha çox, il ərzində orta hesabla qiymətləndirilir. 3-4% göstərici – ölkənin iqtisadi artımının normal tempidir. İllik 6-10% səviyyəsində göstərici ilə isə ÜDM-nin artım tempi yüksəkdir;

3) Ölkənin beynəlxalq iqtisadi münasibətlərdə iştirak göstəriciləri. Onlar müxtəlifdir. Onların arasında xarici ticarət kvotası kimi daha çox tətbiq olunan göstərici – ixrac və idxal məbləğinin ÜDM-ə faiz nisbəti göstərilir. Digər göstərici – adambaşına düşən xarici ticarət dövriyyəsidir ki, bu da sözügedən ölkənin vətəndaşına düşən ixracın orta dəyər həcmidir.

Müasir dünya iqtisadiyyatı

XXI əsrin əvvəllərində dünya təsərrüfatı yeni keyfiyyət əldə edir, qloballaşma ən mühüm forma və eyni zamanda təsərrüfat həyatının beynəlmiləlləşdirilməsinin yeni mərhələsi olur. BVF ekspertlərinin qənaətinə görə, bu fenomen mal, xidmət və dünya kapital axınlarının beynəlxalq sövdələşmələrinin həcmi və müxtəlifliyi, həmçinin texnologiyaların getdikcə daha sürətli və geniş yayılması nəticəsində bütün dünya ölkələrinin artan qarşılıqlı iqtisadi asılılığını təşkil edir. Beləliklə, qloballaşma, özlüyündə informasiya, kapital, mal, xidmətlərin hərəkəti üçün dövlət maneələrinin aradan qaldırılmasını və iqtisadi tənzimləmə üçün fövqəlmilli qurumların rolunun artmasını şərtləndirən dünya iqtisadi, maliyyə, informasiya və humanitar məkanına doğru bir hərəkət prosesidir → V hissəyə nəzər yetirin


Mülki-hüquqi müqavilə ilə çalışan vergi ödəyicisinin ödənişləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və bu sahədə xidmət göstərənlər gəlir vergisi ödəyiciləridir.

Qanunvericiliyin tələbini şərh edən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə gəlir vergisi tutulur. Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinə güzəşt tətbiq olunur.

Misal: 01.07.2021-ci il tarixində vergi orqanında (VÖEN olduğu halda)uçotda olan fiziki şəxslə büdcə təşkilatı arasında aylıq olaraq 1000 manat dəyərində mülki-hüquqi xidmət müqaviləsi bağlanılarsa, bu zaman fiziki şəxsin vergi və sosial tutulmaları belə hesablanacaq:

S/n Aylıq gəliri Gəlir vergisi MDSS 25% İşsizlikdən sığorta İcbari tibbi sığorta Cəm tutulmalar Karta gedən məbləğ
1 1000,00 46,37 62,50 0,00 10,00 118,87 881,13

 

Yuxarıda qeyd edilənlərə əsasən gəlir vergisi 46,37 manat olur:

1000 – 62,50 – 10 = 927, 50 manat

927,50 x 20% = 185,50 manat

185,50 x 75%=139,13 manat

185,50-139,12= 46,37 manat.

Bununla yanaşı Vergi Məcəlləsinin 108-ci maddəsində əldə olunan gəlirdən gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxıldıqdan sonra vergiyə cəlb olunması nəzərdə tutulub.

Eyni zamanda, əldə olunmuş aylıq gəlirdən məcburi dövlət sosial sığorta haqqı tutulur ki, buda “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 25%-i həcmində (250*25%) müəyyənləşib.

Bununla yanaşı göstərilmiş xidmətlərə görə əldə olunmuş aylıq gəlirdən icbari tibbi sığorta üzrə sığorta haqları tutulur ki, buda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-10.1.3-cü maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 4 faizi həcmində müəyyənləşdirilib.

Əlavə olaraq qeyd edək ki, Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bununla yanaşı, Vergi Məcəlləsinin 151.3-cü maddəsinə əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir. Əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi) metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Həmçinin, vergisi bəyannaməsi illikdir. İl bitdikdən sonra növbəti ayın 20-dək gəlir haqqında arayış isə rüblükdür. Məcburi dövlət sosial soğorta hesabatları üzrə vahid bəyannamə isə rüblükdür.

Mənbə: vergiler.az


Bax:


1 820 821 822 823 824 825 826 2. 704