Vaksinləşmənin ləng getməsi dünyanı trilyonlarla dollardan məhrum edəcək
Əhalinin vaksinasiya olunması tempindəki lənglik, dünya iqtisadiyyatında ciddi itkilərə gətirib çıxaracaq, “The Economist” nəşri belə proqnoz verib.
“The Economist Intelligence Unit” (EIU) tərəfindən aparılan bir araşdırma göstərib ki, əhalisinin 60 faizi 2022-ci ilin ortalarına qədər peyvənd vurulmayan ölkələr, 2022-2025-ci illərdə ÜDM-nin 2,3 trilyon dollarlıq hissəsini itirəcək. Bu məbləğin təxminən üçdə iki hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşəcək ki, bu da onların böhrandan sonrakı bərpasını daha da gecikdirəcək.
ÜDM payının qiymətləndirilməsinə görə ən böyük zərbəni Saxara səhrasından cənubda yerləşən Afrika ölkələri alacaq – ümumilikdə 2022-2025-ci illər üçün proqnozlaşdırılan səviyyədən üç faiz aşağı. Mütləq ifadədə peyvəndin aşağı templərinə görə Asiya daha çox zərərə düşəcək – regionun 1,7 trilyon dollar itirəcəyi proqnozlaşdırılır.
Tədqiqatda peyvənd kampaniyasının dünyada qeyri-bərabər irəlilədiyi qeyd olunub. Daha yüksək gəlir səviyyəsinə malik ölkələrdə avqust ayına qədər ən azı bir vaksin dozasını əhalinin təxminən 60 faizi əldə edib. Yoxsul ölkələrdə isə bu, cəmi 1 faiz təşkil edir. Proqramın icrasının ləngiməsi insanların narazılığına gətirib çıxarır, bu, digərlərindən ləng peyvəndlənmə gedən ölkələrdə sosial təlatümlər riskini artırır.
“Delta” – ştamının geniş yayılması da bir tərəfdən əlavə problemə çevrilib. Belə ki, hökumətlərin vaksinin sözügedən problemi səmərəli həll edə biləcəyinə olan ümidlərini şübhə altına salıb. Tədqiqatçılar qeyd etmişlər ki, siyasi liderlər koronavirusun yayılmasının məhdudlaşdırılması strategiyasını yenidən nəzərdən keçirməlidirlər ki, onu uzunmüddətli perspektivə uyğunlaşdırsınlar.
Yeni ştam və ləng peyvəndləmə tempi Asiyanın iqtisadiyyatına artıq zərbə vurub. Region şirkətlərinin sentyabr ayının yekunları üzrə mənfəəti, ehtimal ki, altı rüb ərzində ilk dəfə aşağı düşəcək, “Reuters” belə yazıb. Bölgənin cənub-şərqindəki fabriklərin məhsuldarlığı, 2020-ci ilin iyun ayından bu yana iyul ayında ən sürətli eniş göstərib.


Sual: Obyekt kodu almaq üçün bağlanılmış icarə müqaviləsi mütləq şəkildə notarial qaydada təsdiq olunmalıdır yoxsa obyekt sahibiylə birgə vergi idarəsinə yaxınlaşsaq notariusa ehtiyac qalmır?
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında baxılacaq qanun layihələri açıqlanıb. Millət vəkili Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən təqdim olunacaq qanun layihələrinin qısa izahını verib. Bildirib ki, “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Qaradağ sənaye parkı üçün nəzərdə tutulmuş gömrük və vergi güzəştlərinin (parkın rezidenti tərəfindən fəaliyyətin məqsədləri üçün idxal olunan bütün malların rüsum və ƏDV-dən azad olunması) daha 5 il – 2026-cı ilin may ayının 1-nə kimi uzadılması təklif olunur.
Qızılın bir troya unsiyası 1779 dollar, gümüşün unsiyası isə – 23,67 dollar təşkil edir. Rusiya hökuməti yanında Maliyyə universitetinin dünya iqtisadiyyatı və dünya maliyyəsi Departamentinin dosenti Valeriya Minçiçova bu qiymətin təşəkkülünü izah edən bir neçə səbəbi misal gətirir: “Qızıla planetdə daha az-az rast gəlinir (illik qızıl hasilatı 3 min tondur, gümüş istehsalı isə 20-22 min tondur)”. Qızıl çox vaxt stabillik olmayan regionlarda, məsələn, Yaxın Şərqdə və ya Afrikada hasil olunur. Bu da metal tədarükünü kəskin şəkildə azaldır, deməli, nəticədə qiyməti yüksəldir.