Millət vəkili Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqlayıb

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsi, fərdi sahibkar, maliyyə sanksiyası, sanksiya, Vergidən azad, Vergi Məcəlləsi 168, vergi məcəlləsi 102.2.5 maddəsi, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Elektron qaimə-faktura, Sadələşdirilmiş vergi, fiziki şəxs, xidmət haqqı, VÖEN, zərər, gəlir vergisi, Ezamiyyə norması, Vergi borcları, Vergi ödəyicisi, Vergi ödəyicisimalların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Milli Məclisin payız sessiyasının ilk plenar iclasında baxılacaq qanun layihələri açıqlanıb. Millət vəkili Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən təqdim olunacaq qanun layihələrinin qısa izahını verib. Bildirib ki, “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Qaradağ sənaye parkı üçün nəzərdə tutulmuş gömrük və vergi güzəştlərinin (parkın rezidenti tərəfindən fəaliyyətin məqsədləri üçün idxal olunan bütün malların rüsum və ƏDV-dən azad olunması) daha 5 il – 2026-cı ilin may ayının 1-nə kimi uzadılması təklif olunur.

“Gömrük Məcəlləsi”nə ediləcək digər dəyişiklik emal məhsuları ilə bağldır. T.Mirkişili bildirib ki, sahibkarlar daxildə emal edilən malların xüsusi gömrük rejimi ilə (müəyyən malların emal edildikdən sonra ixrac edilməsi məqsədilə ölkəyə gətirilməsi) idxal etdikləri zaman gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verməli idilər. Bu borc adətən idxal olunuan malların 1 il ərzində ixrac edilməməsi halında yaranır. Təklif olunan dəyişiklik belə bir təminatın məcburi olmamasını özündə ehtiva edir. Bu isə sahibkarları təminat vermək üçün bir çox xərclərdən azad edəcək, xarici hüquqi şəxslər üçün isə Azərbaycanda xidmət almaq və investisiya yatırmaq üçün daha əlverişli şərait yaradacaq.

Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasına ehtiyac vardır. Bunun üçün Vergi Məcəlləsində daha bir dəyişiklik edilməsi gözlənilir.

“Dövlət rüsumu haqqında” Qanuna ediləcək dəyişiklik isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alğı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email