Read More9
Read More9

Bəyannamə tərtibatı proqramının yeni təkmil versiyası hazırdır

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətindən bildirilib ki, yeni versiyada 7 rəqəmli fəaliyyət kodları əlavə edilib, aksiz bəyannaməsində ixracla bağlı və yalnız aksiz marakalarının hərəkəti ilə bağlı Əlavə 2-ni təqdim edəndə yaranan problemlər aradan qaldırılıb. Həmçinin bəyannamələrin ümumi məlumat hissələrində VÖEN-ə görə ödəyici tipinin avtomatik seçilməsi əlavə edilib.

Dünyanın ən çox kasıblaşan varlı şəxsi məlum olub

posted in: Xəbər | 0

“Bloomberg” agentliyi dünyanın ən kasıblaşan varlı adamının adını açıqlayıb. Bu şəxs, cari ildə şirkəti Çin hökumətinin repressiyalarının qurbanı olduqdan və həmin səbəbdən 27 miyard dollar itirdikdən sonra Çinin “Pinduoduo” texnologiya platformasının qurucusu Kolin Xuandır.

Bu, çin rəhbəri Si Szinpinin “çiçəklənən ümumi rifah” siyasəti yürütməyə və özəl sektorun şirkətlərinə təzyiq göstərməyə başladığı andan bəri çin milyarderləri üçün vəziyyətin necə dəyişdiyini göstərən ən parlaq nümunədir. Çin lideri ölkə əhalisinin rifahı səviyyəsində yaşanan qeyri-bərabəliyi bu yolla azaltmağa çalışır. “Bloomberg” agentliyinin indeksinə əsasən ən çox vəsait itirən 10 milyarderdən altısı Çindəndir.

“Pinduoduo” (PDD) səhmlərinin qiyməti bu il “Alibaba” və ya “Tencent”dən daha çox aşağı düşüb. “PDD”nin qiymətli kağızlarının dəyəri demək olar ki, 44 faiz ucuzlaşıb, halbuki eyni vaxt ərzində “Alibaba” – 33 faiz, “Tencent” isə 19 faiz ucuzlaşma yaşayıb.
“PDD”nin səhmlərinin 28 faizinə sahib olan  Kolin Xuan şirkəti 2015-ci ildə qurub və onu çox tezliklə elektron kommersiya nəhənginə çevirə bilmişdi. Şirkət zirvə nöqtəsinə yüksəldiyi zaman onun bazar qiyməti 178 milyard dollara çatmışdı, sonra isə təxminən 125 milyard dollara kimi düşmüşdü. Sərvəti təxminən 35 milyard dollar təşkil edən Xuan, ötən il baş direktor vəzifəsindən getmişdi, bu ilin mart ayında isə o, direktorlar şurası sədri vəzifəsini də tərk edib.

“Pinduoduo” şirkəti, “Si”nin “çiçəklənən ümumi rifah” proqramına uyğun gələn xeyriyyəçilik üçün cari və gələcək mənfəətinin bir hissəsini qurban verməyi vəd edən texnologiya nəhənglərinə aiddir. Avqust ayında “Pinduodu” bəyan etmişdi ki, gəlirinin 1,5 milyard dollarını ölkədə kənd təsərrüfatının inkişafına ayıracaq. 2020-ci ildə Xuan və “PDD” şirkətinin təsisçilər komandası 2020-ci ildə xeyriyyəçilik fonduna 2,4 milyard dollar ianə verib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Visa və MasterCard 3D Secure xidmətinə tariflər qoyublar

posted in: Xəbər | 1

Beynəlxalq ödəniş sistemləri (BÖS) əməliyyatın təsdiqlənməsi üçün sms və ya push – mesajlara gələn kodu daxil etməyi tələb edən onlayn ödənişlərdə bankların 3D Secure-avtorizasiya protokolu xidmətindən istifadə haqqı tətbiq edir. Müvafiq sənədləri (onlarla tanış oldum qeydi ilə) BÖS banklara göndərib.

Visa ödəniş sistemində komissiya oktyabrın 16-dan fəaliyyətə başlayacaq, 3D Secure 1.0.2 bütün əməliyyatlara paylanacaq və bir sorğu üçün 0,02 dollar (ayda minimum 500, maksimum 25 min dollar) təşkil edəcək. 3D Secure xidmətinin 2.1 versiyası üçün komissiya 2022 il oktyabrın 15-də fəaliyyətə başlayacaq. Bu zamana qədər komissiya yalnız ekvayerlər tərəfindən ödəniləcək və sonra kartların emitentləri onlara qatılacaq.

MasterCard 3D Secure-dan istifadə üçün komissiya 1 mart 2022-ci ildən fəaliyyətə başlayacaq, bu halda ayda həm ekvayerlərdən, həm də emitentlərdən fiksasiya olunmuş hissə – 1 min avro olacaq. Dəyişən hissə birdəfəlik  (ekvayerlər üçün 0,018%, maksimum 0,054 avro və emitentlər üçün 0,011%, maksimum 0,055 avro) və təkrar sorğular üçün (ekvayerlər üçün 0,006%, maksimal 0,018 avro və emitentlər üçün 0,0037%, maksimal 0,0185 avro) fərqli olacaq.

Beləliklə, iri bankların Visa kartları üzrə 3D Secure xidmətindən istifadəyə görə komissiyaya əlavə xərcləri ildə 300 min dollar təşkil edə bilər, MasterCard kartları üzrə isə bu, daha çox ola bilər.

MasterCard-da, izah ediblər ki, “hər hansı bir ödəniş müəyyən bir qiymətə malikdir” və şirkət “bütün tərəflər üçün təhlükəsiz və etibarlı nağdsız ödənişlər verən faydaları balanslaşdırmaq” istəyir. Vısa ödəniş sistemindən deyiblər ki, tədbir daha müasir EMV 3D Secure protokolunun istifadəsinə keçidi stimullaşdırmaq məqsədi daşıyır.

Ödəniş kartları bazarının müstəqil mütəxəssisi Dmitri Vişnyakovun sözlərinə görə, ödəniş kartlarının milli sistemi (ÖKMS) tərəfindən aparılan emalın inhisarlaşdırılması şəraitində operatorlar əlavə gəlir mənbələri axtarmağa məcbur olurlar.

“Maliyyə innovasiyaları” assosiasiyasının idarə heyətinin rəhbəri Roman Proxorov razılaşır ki, bu, əməliyyatların yoxlanılması sistemlərinin inkişaf etdirilməsi və saxlanılması üçün xeyli vəsait yatırılan ödəniş sistemlərinin həyata keçirdiyi bir yenilikdir.

Lakin Vişnyakov qeyd edir ki, tariflərin artması ümumilikdə ödənişlərin inkişafına və xidmətin tətbiq olunduğu internet ticarətində onların təhlükəsizliyinə mənfi təsir göstərəcəkdir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təmir xərcinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

vakansiya, Kiçik Mühasib, mühasib-operator, böyük mühasib, vakansiya, səmərəli gün, Vakansiya: Aparıcı mühasib, Mühasibatlıq üzrə təcrübəçi, mühasib keçmişdə, mühasib köməkçisi, vakansiya, mühasib operator, mühasib köməkçisi, vakansiya,Nəqliyyat vasitələrinin təmirinə çəkilmiş xərcin gəlirdən çıxılmasına vergi ödəyicilərinin yanaşmasında müəyyən fərqlərin olduğu müşahidə edilir. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Tutaq ki, “ZZ” MMC mülkiyyətində olan nəqliyyat vasitələrini vaxtaşırı rəsmi servis mərkəzində texniki baxışdan (yağın dəyişdirilməsi, yağ, hava, yanacaq filtrlərinin dəyişdirilməsi və s.) keçirir və digər cari təmir işlərini gördürür. Müəssəsinin bu xidmətdən istifadə etməsi üçün sevis mərkəzi ilə müqaviləsi vardır. Servis tərəfindən göstərilən xidmət elektron qaimə faktura və təhvil-təslim aktı ilə rəsmiləşdirilir və köçürmələr nağdsız qaydada bank vasitəsilə aparılır. Burada sual yaranır ki, nəqliyyat vasitəsinə çəkilmiş xərc gəlirdən çıxılırmı?

Təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ı ilə tənzimlənir. Qaydalara əsasən, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərtilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Buna əsasən, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağın, şinin dəyişdirilməsi və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla, Vergi Məcəlləsinin 115.1-ci maddəsinin müddəalarına uyğun olaraq, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Misal: Nəqliyyat vasitəsinin ilin əvvəlinə qalıq dəyəri 25.000 manat, il ərzində təmir xərci 1.750 manat olmuşdur. İlin sonu mənfəət vergisi bəyyannaməsinin xərc hissəsində təmir xərci nə qədər qeyd olunacaq?

25.000×5%=1.250 manat. Yerdə qalan məbləğ isə 1.750-1.250 manat = 500 manat qalıq dəyərinin üzrərinə gəlinərək növbəti ildə amortizasiya olunacaqdır.

25.000+500=25.500 manat

Misaldan da göründüyü kimi, ilin sonu mənfəət vergisi bəyannaməsinin xərc hissəsində təmir xərci 1.250 manat olacaqdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 832 833 834 835 836 837 838 2. 685
error: Content is protected !!