Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli 1401 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, No 10, maddə 2155; 2019, No 3, maddələr 528, 534, 544, 563, 566, 568, No 4, maddə 753, No 5, maddələr 935, 945, 971, No 7, maddə 1325, No 8, maddə 1475, No 10, maddə 1677, No 11, maddə 1878, No 12, maddələr 2091, 2095; 2020, No 3, maddə 344, No 4, maddə 479, No 5, maddə 643, No 6, maddə 784, No 8, maddə 1134, No 9, maddə 1222, No 10, maddə 1273, No 11, maddələr 1403, 1408, No 12 (V kitab), maddələr 1589, 1597; 2021, No 2, maddə 203, No 3, maddələr 278, 288, 293, 300, 302, No 4, maddələr 395, 399, 404, 416, 417, 418, No 6 (IV kitab), maddə 695; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 iyul tarixli 209 nömrəli, 17 iyul tarixli 212 nömrəli, 24 avqust tarixli 240 nömrəli, 28 avqust tarixli 247 nömrəli və13 sentyabr tarixli 264 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:

1.1.1. 1.4.2.2.1.0-cı yarımmaddədə “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə” sözləri “Məhkəməyə iddia ərizəsinin, digər ərizənin vəya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə” sözləri ilə əvəz edilsin;

1.1.2. 1.4.2.2.1.1-ci, 1.4.2.2.1.3-cü və 1.4.2.2.1.4-cü yarım-maddələr aşağıdakı redaksiyada verilsin:

1 4 2 2 1 1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə
1 4 2 2 1 3 Qiymətləndirilməyən iddia ərizəsinin,    məhkəmə əmri haqqında ərizənin,  xüsusi icraat  qaydasında  baxılan  iş üzrə ərizənin  və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə
1 4 2 2 1 4 Apellyasiya,  kassasiya və ya əlavə kassasiya  şikayətinin, qanuni   qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış  hallar  üzrə yenidən baxılması  üçün ərizənin verilməsinə görə

1.1.3. 1.4.2.2.1.2-ci yarımmaddədə “şəxslərin işəqoşulması barədə ərizələrə görə” sözləri “şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə” sözləri ilə əvəz edilsin;

1.1.4. aşağıdakı məzmunda 1.4.2.2.1.8-ci və1.4.2.2.1.9-cu yarımmaddələr əlavə edilsin:
1 4 2 2 1 8 İş   üzrə icraata xitam verilməsi,  iddianın  baxılma-mış saxlanılması və məhkəmə cərimələrinin  qoyulması, müvəqqəti  təminat  tədbirinin tətbiqi  və ya  bundan  imtina barədə qərardaddan  şikayət verilməsinə görə
1 4 2 2 1 9 Məhkəmə aktının  surətinin təkrar verilməsinə görə

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,15 oktyabr 2021-ci il

Mənbə: nk.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email