Əmək şəraiti ağır olan işlərdə əməkhaqqına artımlar müəyyən olunmalıdırmı?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əməkhaqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.
“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına Qərarında müvafiq əmək şəraiti ilə əlaqədar əməkhaqqına artımın (əmsalın) minimum miqdarı müəyyən edilmişdir.
Mənbə: sosial.gov.az
Bax:


İstənilən bir mühasibat firmasını açmaq üçün addım-addım təlimat.
Şübhəsiz ki, istənilən bir biznes sahəsi sahibkardan onu açmazdan əvvəl firma üçün bir iş planı hazırlamağı tələb edir.
Kapital Bank Təhsil nazirliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Bu il keçirilən “Təhsil avtobusu – Qayıdış” proqramı 14 sentyabr 2021-ci il tarixinədək davam edəcək və ümumilikdə 200-dək şagirdi əhatə edəcək.