Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

posted in: Vergi, Xəbər | 0

Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?


Sual: Təsisçiyə müəyyən zamanlarda kassadan pul verilirsə, bu dividend kimi nəzərdə tutula bilərmi? Bu məbləğdən həmin andaca dividend faizi büdcəyə ödənməlidirmi? Ümumiyyətlə dividenddən 10 faiz vergi nə vaxt ödənilir və hesabatı barədə məlumat verərdiz.

Cavab: Bildiririk ki, dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Göründüyü kimi dividend müəyyən zamanlarda deyil, müəssisə tərəfindən xalis mənfəət hesablandıqdan sonra (yəni ümumi gəlirdən xərclər çıxılıb, mənfəət vergisi ödənildikdən sonra) ödənilir. Rezident müəssisə tərəfindən dividend ödənilərkən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Ödənilmiş həmin divivdendlər “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan edilir.

Onu da qeyd edək ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnaməsində müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur.

Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.Bununla belə xatırladırıq ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən isə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla  müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər.

Bax: Vergi Məcəlləsinin 13.2.15-ci14-cü və 122.1-ci maddələri, Mülki Məcəllənin 90.1-ci və 106-3.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

Ünvanlı yardım, orta aylıq əmək haqqı, әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 % azalaraq 1 690,6 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, onlardan 908,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 782,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 %-i təhsil, 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 %-i maliyyə və sığorta fəaliyyəti, 13,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 % artaraq 724,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi qanunvericiliyinin pozulması hansı hallarda vergi ödəyicisinin məsuliyyətini istisna edir?

posted in: Xəbər | 0

Mühasibat uçotu, Mühasibin peşə etikası, baş mühasib, vakansiya, vergi kursları, təlim, Vergi Uçotu, Vergi qanunvericiliyi,Vergi qanunvericiliyinin pozulması bütün tərəflər – həm vergi orqanları, həm vergi ödəyiciləri üçün və ən əsası da dövlət maraqları üçün arzuolunmazdır. Ancaq hansısa səbəbdən bu cür halın yaranması heç də həmişə vergi ödəyicisinin məsuliyyəti ilə nəticələnmir: bunun üçün vergi ödəyicisinin öz səhvini vaxtında aradan qaldırması tələb olunur. Mövzunun təfərrüatlarını iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.

Vergi Məcəlləsinin 55.1.6-cı maddəsində göstərilir ki, vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat verdiyi zaman Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faizlərin ödənilməsini də həyata keçirir.

Məcəllənin 55.1.6-cı maddəsinə əsasən, vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir.

Misal 1: Vergi ödəyicisi ağır xəstəliyi səbəbindən bəyannaməni vaxtında təqdim edə bilməyib. Bu halda vergi orqanı Vergi Məcəlləsininin 58.1-ci maddəsində nəzərdə tutulan bəyannamənin təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasını tətbiq etmir.

Misal 2: Vergi ödəyicisi vergi orqanının rəsmi məktubuna əsaslanaraq, 2019-cu ildə əməkhaqqından gəlir vergisi hesablayarkən 4.000 manat vergini dövlət büdcəsinə ödəməyib. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq, verginin hesabatda göstərilən məbləğini verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 50 faiz həcmində, yəni 2000 manat (4000 x 50% = 2000 manat) maliyyə sanksiyası tətbiq edilməyəcək.

Amma Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə, vergi müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisinə vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanacaq.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığorta ödəmələrinin təsnifatı

posted in: Xəbər | 0

işsizlik, işsizlikdən sığorta, icbari tibbi sığorta haqqı, Həyatın yığım sığortası, Sosial sığorta haqqı, icbari sığorta, Yerli sığorta, sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,Sığorta ödənişləri məqsəd və təyinatına görə fərqli olduğuna görə onları bir sıra qruplara ayırmaq olar. Mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

Sığorta ödənişləri – şəxslərin gələcəkdə əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar baş verə biləcək risklərin bölüşdürülməsi və ötürülməsi məqsədilə ixtisaslaşmış sığorta təşkilatına (müəssisəsinə) edilən ödənişlərdir.

Sığorta ödənişlərinin təsnifatına gəldikdə, onları ilk növbədə məcburiliyinə görə fərqləndirmək olar: icbari (məcburi) və könüllü sığorta vardır. Əhatə dairəsinə və tətbiqi sisteminə görə sığortanı 3 növə (sistemə) ayırmaq olar:

– fərdi pullu sığorta;

– qarşılıqlı əməkdaşlıq (üzvlük) sığortası;

– sosial sığorta.

Fərdi pullu sığorta sistemi – sığorta şirkətinin sığorta haqqı qarşılığında bəlli müddət ərzində gözlənilən risklər üçün müəyyən olunan məbləği ödəməyi öhdəsinə götürən sığorta sistemidir. Buraya həm icbari, həm də könüllü sığorta növləri daxildir. Bu sistemdə sığorta olunan şəxs öz arzusuna görə peşəkar sığorta təşkilatı tərəfindən fərdi qaydada sığorta edilir və sığorta müqaviləsinə əsasən, həmin xidmətdən sığortaolunan fərdi qaydada istifadə edir.

Qarşılıqlı əməkdaşlıq (üzvlük) siğortası – sığortaolunanların sığorta şirkətində ortaq (tərəfdaş) olduqları, ödədikləri sığorta haqqının bir hissəsi ilə reallaşa bilən risklərin qarşılanmasına yönəldilmiş, digər hissəsinin isə investisiya qoyuluşuna çevrilərək mənfəət əldə etməyə yönəldilmiş sığorta növüdür. Bu gün tətbiq olunan İslam sığortası (Təkafül) bu sistemə əsaslanır. İslam sığortasında sığorta haqları yalnız dini tələblərə uyğun sahələrə yönləndirilir.

Sosial sığorta sistemi – vətəndaşların yaşa, xəstəliyə, təbii fəlakətlərə və s. görə risklərinin qarşısını almaq məqsədilə dövlət tərəfindən toplanan məcburi sosial sığorta haqqının yığılması vasitəsi ilə qurulan sığorta sistemidir. Qanunvericiliyə əsasən, bu cür sığorta sistemində həm sığortaedən təşkilatların, həm də sığortaolunanların gəlirlərindən müəyyən məbləğ Dövlət Sosial Müdafiə Fonduna köçürülərək pensiya yaşına çatanda sığortaolunana qaytarılır.

Sosial sığorta ödənişləri əhalinin sosial təminatı məqsədilə ölkədə aktiv fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin gəlirlərinin Sosial Müdafiə Fonduna ödənilən hissəsidir. Ölkəmizdə mövcud sosial sığorta ödənişi sistemi Azərbaycan Respublikası “Sosial sığorta haqqında qanunu (SSQ)” və digər uyğun normativ hüquqi aktlar vasitəsilə tənzimlənir.

Həmin qanunun 2-ci maddəsinə əsasən, sosial sığorta ödənişlərinin aşağıdakı iki forması vardır:

– məcburi (icbari) dövlət sığortası;

– könüllü (əlavə) sığorta.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 894 895 896 897 898 899 900 2. 705