İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri

posted in: Xəbər | 0

İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri

Sual: Yerli rezident özəl hüquqi şəxsin ambarında (skladında) keçirilmiş inventarlaşma nəticəsində bir ədəd satış üçün nəzərdə tutulmuş malın (məhsul) (onun qiyməti 550 manatdır, vaxtı ilə həmin mal ƏDV-nin əvəzləşdirilməsi ilə əldə olunmuşdur), sexində isə bir ədəd əsas vəsait və 3 (üç) ədəd tez köhnələn əşyaların (onlar özəlləşdirmə nəticəsində əldə olunmuşdurlar, yəni ƏDV-nin əvəzləşdirilməsi halı olmamışdır) əskik gəlmələri invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir. Həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasından (balansdan) silinmişdirlər.

Bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir? Xahiş edirəm cavbınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyici üçün hazırlayasınız.

Cavab: Bildiririk ki, aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğlərinin tənzimlənməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” (bundan sonra – Qaydalar) ilə müəyyən edilmişdir.

Belə ki, Qaydaların 18-ci bəndinə əsasən aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir. İnventarizasiya cədvəllərində inventarizasiya nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar (fərq) göstərilir.
Qaydaların 19.1.4-cü bəndinə əsasən aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır.

Eyni zamanda, əskik gəlmiş əmtəə-material ehtiyatları forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı olan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir.

Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 23-cü, 67-ci, 159-cu, 161-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli və 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarları.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“e-KOB evi” portalı haqqında Əsasnamə təsdiq edilib

posted in: Xəbər | 0

e-KOB evi, Auditorlar Palatası, işsizlikdən sığorta, Statistika Komitəsi, Əmək Məcəlləsi, Əmək Məcəlləsində dəyişiklik, DVX, cərimə, Nizamnamə, yoxlamalar, sahibkarlıq, Nağdsız hesablaşmalar, Lisenziyalar və icazələr“e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “e-KOB evi” portalının Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlər görmək, dövlət orqanları tərəfindən kiçik və orta biznes evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etmək, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görmək tapşırılıb.

Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsinin asanlaşdırılmasını və bu Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan xidmətlərin göstərilməsini təmin edir. Portalın fəaliyyəti “bir pəncərə” prinsipi əsasında müasir texnologiyalar tətbiq edilməklə təmin olunur. Portalda yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir. Portalın sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. Agentlik sahiblik hüququnu həyata keçirərkən bu Əsasnamə və digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada portalın yaradılmasını, idarə olunmasını və inkişafını təmin edir.

Portaldan istifadə etmək üçün istifadəçi elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və sair) ilə portalda qeydiyyatdan keçərək “Sahibkarın elektron kabineti”nə daxil olur. Portalda göstərilən xidmətlər üzrə ödənişlərin edilməsi elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank meşələrin bərpası üçün Türkiyəyə dəstək göstərdi

posted in: Xəbər | 1

Son günlər Türkiyənin bir sıra bölgələrində yayılan meşə yanğınları nəticəsində ölkənin təbiətinə ciddi zərər dəyib. Təbii fəlakətin  və onun nəticələrinin aradan qaldırılması üçün həm dövlətimiz, həm də Azərbaycanın müxtəlif qurumları qardaş ölkəyə əlindən gələn dəstəyi göstərməyə çalışırlar.

Bir müddət əvvəl Azərbaycan Banklar Assosiasiyası Türkiyədə baş vermiş yanğınlar səbəbindən məhv olan meşələrin bərpası məqsədilə xeyirxah təşəbbüsə start verdi. Ölkənin birinci bankı olan Kapital Bank bu təşəbbüsə qoşularaq qardaş ölkəyə öz dəstəyini göstərdi.

Belə ki, Kapital Bank yardım məqsədilə hər bir əməkdaşının adından 5 ədəd olmaqla, ümumilikdə Türkiyəyə 18970 ədəd ağac tingi bağışladı. Bankın atdığı bu addım bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı çətin anlarda da bütün dünyaya nümunədir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?

posted in: Xəbər | 0

Təsisçi tərəfindən verilmiş əsas vəsaitlər üçün hansı halda amortizasiya hesablana bilər?

Baş Mühasib vakansiya

Sual: Təsisçi gələcəkdə pulu ödənilmək şərti ilə müəssisəyə avtomobil alıb. Avtomobil müəssisənin balansına götürülə və amortizasiya hesablana bilərmi?

Cavab: Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır. Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır. Müvafiq qaydada icarə müqaviləsi və ya alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 895 896 897 898 899 900 901 2. 705