Avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya kassa mədaxil orderi verilə bilər?

posted in: Xəbər | 0

Nəqliyyat xidmətiSual: Fərdi sahibkar xaricdən nəqliyyat vasitəsi idxal edərək daxildə vətəndaşlara satışını həyata keçirmək istəyir. Nəqliyyat vasitəsini vətəndaşa satarkən kassa mədaxil orderindən istifadə edə bilərmi? Vergi ödəyicisi olmayan vətəndaşlara satdığından NKA yəni kassa aparatı ilə fəaliyyət göstərməlidir yoxsa kassa aparatı olmadan kassa mədaxil orderi ilə fəaliyyət göstərə bilər? Əgər kassa mədaxil orderi ilə satışa icazə verilirsə hansı fəaliyyət kodunu seçməlidir ki, vergilər kassa aparatı quraşdırılmasını tələb etməsinlər? Nəqliyyat vasitəsinin və yük maşınlarının idxalı və vətəndaşlara satışı ilə məşğul olarkən könüllü olaraq ƏDV ödəyicisi olmadan mikro sahibkar olan gəlir vergisi ödəyicisi ola bilərəmmi?

Cavab: Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən, avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 155-ci və 220-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas vəsaitlərin alışı zamanı nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi ödəyiciləri ticarət obyektlərindən əsas vəsaitlərin alışını həyata keçirərkən rəsmiləşdirmə ilə bağlı bəzi suallar meydana gəlir. Maraq doğuran suallara sərbəst auditor Altay Cəfərov konkret misalla aydınlıq gətirir.

Misal: Tutaq ki, “AA” MMC pərakəndə ticarət obyektindən 1000 manatlıq təmizləyici maşın alıb. Vəsait nağd ödənilib və ticarət okyekti tərəfindən elektron qaimə təqdim edilməyib, MMC-nin əlində yalnız kassa çeki var. Çekdə təmizləyici maşının adı göstərilib. Bundan əlavə, “AA” MMC digər ticarət obyektindən nağd ödənişlə 700 manatlıq kəsici maşın alıb və ticarət obyekti ona kassa çeki ilə yanaşı, elektron qaimə də göndərib.

Sual: Şirkət qeyd edilən əsas vəsaitləri nağd formada ala bilərmi?

Cavab: Həm Vergi Məcəlləsində, həm “Nağd hesablaşmalar haqqında” Qanunda, həm də digər normativ hüquqi aktlarda malların, əsas vəsaitlərin nağd formada alınması ilə bağlı məhdudiyyət yoxdur. Ancaq yaxşı olardı ki, əməliyyatlar limit daxilində aparılsın. Bizim misalımızda cəmi 1700 manatlıq nağd əməliyyat aparılıb: burada məbləğlə bağlı heç bir problem yoxdur.

Sual: “AA” MMC aldığı hər iki maşını istimara verərək əsas vəsait kimi uçota ala bilərmi? Hər iki halda amortizasiya xərcləri gəlirdən çıxılırmı?

Cavab: Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal dedikdə hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su nəzərdə tutulur.

13.2.17-ci maddədə isə göstərilib ki, əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Deməli, alınmış əsas vəsaitlər ilk olaraq ümumi mal kateqoriyasına aiddir. Sonradan həmin mal istismara verilərək amortizasiya hesablanarkən əsas vəsait kateqoriyasına aid edilir. Yəni hər iki halda alınmış mallar maddi əmlak, yaxud maddi aktiv sayılır.

Sualımızın cavabının növbəti addımı kimi kassa aparatı çekinin əsas vəsaitin alışı üçün rəsmi sənəd kimi qəbul edilməsinə baxmalıyıq.

Vergi Məcəlləsinin 109.1-ci maddəsi əsas vəsaitlərin alınması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol vermir. Məcəllənin 109.8-ci maddəsinə görə, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Buradan aydın olur ki, kassa çeki malların alınması ilə bağlı xərcləri təsdiq edən sənəd hesab edilmir.

Bəzi mühasiblər Vergi Məcəlləsinin 109.8-ci maddəsini ancaq istehsalatda, tikintidə, ticarətdə və ümumiyyətlə, istənilən fəaliyyət sahəsində birbaşa istifadə olunan, sərf edilən xammala, materiallara, mallara aid edirlər. Əslində isə bu maddə əsas vəsaitlərin alınmasına aid deyildir. Ona görə də, yuxarıda qeyd etdiyimiz kimi, əsas vəsaitlərin alınması ilkin olaraq malın alınması kimi qiymətləndirilir.

Burada başqa bir məqam da var. Vergi Məcəlləsində xərc anlayışının açılışı verilməyib. Ona görə də Məcəllənin tələblərinə uyğun olaraq digər normativ aktlara müraciət etməliyik. Beynəlxalq Mühasibat Uçotu Standartlarının Konseptual Əsaslarında və digər BMUS, BMHS-da xərc anlayışının açılışı belə verilib: Xərclər – mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

Bu ifadənin açılışı genişdir, sadəcə, bildirmək istərdim ki, xərc dedikdə, təkcə gəlirdən çıxılan və ya çıxılmayan vəsait deyil, ümumiyyətlə, aktivlərin, həmçinin pul vəsaitlərinin axını nəzərdə tutulur. Buna görə də Vergi Məcəlləsində aktivlərin formalaşması ilə bağlı müddəalara baxmalıyıq. Məcəllənin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Nəticə olaraq:

  • alınmış əsas vəsaitlər ilkin olaraq mallara aid olunur;
  • onlar istismara veriləndən sonra əsas vəsait kimi qəbul edilir;
  • malların alınması üçün vəsait xərcləmək lazımdır;
  • malların alınması üçün çəkilən xərc dedikdə pul vəsaitlərinin axını nəzərdə tutulur;
  • kassa çeki ilə alınan mallar vergitutma məqsədləri üçün xərc kimi qəbul edilmir.

Beləliklə, nəzərdən keçirdiyimiz misalda “AA” MMC-nin aldığı 1000 manatlıq malın kassa çeki gəlirdən çıxılan xərc kimi deyil, gəlirdən çıxılmayan xərc kimi qəbul olunur. Vergi Məcəlləsinin 109.8-ci maddəsi bu təsnifata aid olduğundan kassa çeki ilə alınan mal gəlirdən çıxılan yox, gəlirdən çıxılmayan xərc kimi təsnifatlanır. 1000 manatlıq maşın əsas vəsait kimi uçota alınır, hesablanmış amortizasiya isə gəlirdən çıxılmır.

MMC tərəfindən alınmış 700 manatlıq digər maşın isə əsas vəsait kimi normal formada uçota alınacaqdır. Çünki ona kassa çeki ilə yanaşı, elektron qaimə-faktura da verilib.

Tövsiyə edərdim ki, belə problemlərlə üzləşməmək üçün vergi ödəyicilərinin əlində aldıqları mallara, işlərə və xidmətlərə görə kassa çekləri ilə yanaşı, elektron qaimə-faktura da olsun.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mərkəzi banklar bütün dünya üzrə qızıl satın alıblar

posted in: Xəbər | 0

Dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları 2021-ci ilin ikinci rübündə aktiv şəkildə qızıl satın alıblar, qızıl valyuta ehtiyatlarını artırıblar. Bu barədə qızıl üzrə Ümumdünya şurasının (WGC) saytında dərc edilmiş hesabatında deyilir.

Təşkilatın məlumatına görə, aprel-iyun aylarında əsas qızıl alıcıları inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları olub, o cümlədən Tailand (90,2 ton alıb), Macarıstan (62 ton), Braziliya (53,7 ton), Hindistan (29 ton) və Özbəkistan (25,5 ton).

“Kommersant” nəşri tərəfindən rəyi soruşulanların sözlərinə görə, tənzimləyicilərin əsas motivləri artan inflyasiyadan sığortalanmaq (xüsusilə ölkələrin əksəriyyətinin dövlət borcuna görə aşağı faiz dərəcələri şərtlərində), həmçinin öz beynəlxalq ehtiyatlarını diversifikasiya etmək istəyindən ibarət olub.

Eyni zamanda, bəzi mərkəzi banklar, əksinə, qızıl ehtiyatlarını satıblar. Lakin bu satışlar daha kiçik həcmdə olub. Rusiya Mərkəzi bankı qiymətli metaldan 3,1 ton, Alman Bundsbank-ı 3,3 ton, Qazaxıstan tənzimləyicisi 9,9 ton satıb.

WGC-nin məlumatına görə, ikinci rübdə nəinki tələbat, həm də qızılın tədarükü 13 faiz artaraq 1172 tona çatıb. Bu, əsasən istehsalın artması ilə əlaqədardır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada yeni peşələrin ortaya çıxacağı təxmin edilir

posted in: Xəbər | 0

pensiya, pensiyaların artırılması, borc, bank sirri, Rusiyada mühasib peşəsi, mühasib, mühasibat uçotu,Milli texnologiya təşəbbüsləri Universitetinin rektoru Nina Yanıkina Rusiya əmək bazarında yeni peşələrin ortaya çıxacağını bildirib. Onun sözlərinə görə, yeniliklər təhsil, elm, IT sahəsində ortaya çıxacaq. Bu haqda RİA Novosti agentliyi məlumat verib.

“Əgər təhsil sahəsini götürsək, məlumatlara əsaslanan təhsil mühəndisləri, rəqəmsal metodistlər, pedoqoji dizayn üzrə mütəxəssislər – bunlar həqiqətən lazımdır. Müxtəlif fəaliyyət sahələrinin qovşağında çoxlu yeni və maraqlı peşələr ortaya çıxacaqdır”, – ekspert belə söyləyib.

O əlavə edib ki, qarışıq ixtisaslar, məsələn kosmobioloqlar, genetika məsləhətçiləri, molekulyar qidalanma mütəxəssisləri və s. elmdə aktual olacaq. Yanıkina perspektivdə insanın emosiyaları ilə əlaqəli peşələrin də populyar olacağını qeyd edib. Belə ki, emosional fon yaradan emosiya dizaynerləri, eləcə də dünyanın təsvirini formalaşdıran və onun əsasında media-axınlarını quran düşüncə sahəsinin prodüserləri ortaya çıxacaq.

Ekspert hazırda IT sahəsində mütəxəssislərin də çatışmadığını da əlavə edib. Onun sözlərinə görə, motivasiya olduqda peşə  tez bir zamanda öyrənilə bilər. Testçi, məlumat toplayıcısı olmaq mümkündür, sonra isə analitikaya keçə və bu istiqamətdə inkişaf edə bilərik. Mütəxəssis bildirib ki, junior-səviyyəsində işə başlamaq üçün proqramlaşdırma dilini hətta üç-dörd ay ərzində mənimsəmək mümkündür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 897 898 899 900 901 902 903 2. 705