Maliyyənin təşəkkül tarixi (II hissə)

posted in: Xəbər | 0

Maliyyənin təşəkkül tarixi (II hissə)

I hissəyə nəzər yetirin

Maliyyənin təşəkkül tarixi, Maliyyə xidmətləri, Əmək haqqı üzrə mühasib, mühasib köməkçisi, vakansiya, Baş mühasib müavini, vakansiya, Rusiyada mühasib peşəsi, Mühasib, vakansiya, Mühasibat uçotu, baş mühasib, vakansiya, Maliyyəçi menecer, vakansiya, Maliyyə üzrə mütəxəssis, baş mühasib köməkçisi, vakansiya, Maliyyə Analizi, vakansiya, sərbəst mühasib, sosial sığorta, təcrübəçi, Kredit inzibatçılığı, maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibi

Maliyyə zərurəti və məzmunu, onların təyinatı və əsas əlamətləri 

Dəyər formasına malik olan əmtəə istehsalının əsas iqtisadi kateqoriyaları pul, qiymət, əməkhaqqı, mənfəət, kredit, maliyyə kateqoriyalarıdır. Bu kateqoriyalar pul hərəkəti ilə bağlı iqtisadi münasibətlər sistemində fəaliyyət göstərir.

Maliyyə, pul vəsaitlərinin yaradılması və istifadəsi prosesində iqtisadi münasibətləri əks etdirən ən mühüm iqtisadi kateqoriyalardan biridir.

Maliyyənin fəaliyyət göstərməsinin şərti pulun mövcudluğudur, maliyyənin meydana gəlməsinin səbəbi isə sahibkarlıq subyektlərinin və dövlətin öz fəaliyyətlərini təmin edən mənbələrə ehtiyaclarıdır.

Maliyyə başqa iqtisadi kateqoriyalarla yanaşı, maliyyə resurslarının yaradılması və istifadə edilməsi formaları və metodları vasitəsilə cəmiyyətdə öz rolunu oynayır. Onlar bir-biri ilə bağlıdırlar, eyni zamanda hər biri iqtisadi münasibətlərin spesifik, yalnız ona xas olan cəhətlərini ifadə edir.

Maliyyə digər iqtisadi kateqoriyalardan öz təyinatı, təşəkkülü, yaranması və inkişaf xarakteri  ilə əhəmiyyətli dərəcədə fərqlənir. Maliyyə – pul münasibətlərinin ayrılmaz hissəsidir. Buna görə də onların rolu və əhəmiyyəti pul münasibətlərinin iqtisadi münasibətlərdə hansı yeri tutmasından asılıdır. Bununla birlikdə, hər bir pul münasibəti maliyyə mənasını ifadə etmir. Maliyyə həm məzmununa, həm də yerinə yetirdiyi funksiyalarına görə puldan fərqlənir.

Əgər pul –  digər bütün malların dəyərini ifadə edən xüsusi bir əmtəədirsə, onda maliyyə – bu, pulun köməyi ilə həyata keçirilən müəyyən iqtisadi münasibətlərdir.

Maliyyə, ümumdaxili məhsulun və milli gəlirin pul vəsaitlərinin formalaşması və istifadəsinə nəzarət vasitəsi kimi bölüşdürülməsinin və yenidən bölüşdürülməsinin iqtisadi aləti kimi çıxış edir. Onların əsas məqsədi pul fondlarının yaradılması yolu ilə təkcə dövlətin və müəssisələrin pul vəsaitinə olan tələbatını deyil, həm də maliyyə resurslarından istifadəyə nəzarəti təmin etməkdir.

Maliyyənin əsas əlamətləri

Pul ifadəsi forması bir müəssisədən digərinə pul axınının hərəkəti ilə əlaqələndirilir. Pul maliyyə münasibətlərinin aləti kimi çıxış edir. Maliyyə sahəsi dövlət, müəssisə, əhali kimi iqtisadi subyektlər arasında pul münasibətləri sistemini əhatə edir.

Mübadilə-paylayıcı xarakteri. Gəlirlərin və yığımların bölüşdürülməsi və yenidən bölüşdürülməsi sahəsində pul münasibətlərinin məcmusu maliyyəyə məxsusdur. Maliyyə bir kateqoriya olaraq pul fondlarının formalaşması və istifadəsi yolu ilə yenidən bölüşdürülmə prosesində dəyərin birtərəfli, birbaşa, sərbəst hərəkəti əsasında yaranan iqtisadi münasibətlərdir. Mübadilə – bu, müstəqil, maliyyədən fərqli iqtisadi münasibətlər sahəsidir ki, ona dəyərin ikitərəfli hərəkəti xasdır. Ancaq, bölüşdürmə münasibətində mübadilə elementlərini və ya əksini görə bilərsiniz.

Gəlirlərin formalaşdırılması və xərclərin həyata keçirilməsi. Gəlirlər və xərclər ilkin maliyyə kateqoriyalarıdır. Subyektlərdən birinin gəlirləri həmişə digərinin xərcləridir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxsin uçotdan çıxarılması

posted in: Xəbər | 0

mühasibat uçotu,Fiziki şəxsin uçotdan çıxarılmasının hüquqi şərtləri bəzən sahibkarlar arasında müəyyən sualların yaranmasına səbəb olur. Mövzu ilə bağlı maraq doğuran məqamları iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması – onun fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda və vəfat etdikdə mümkün olur.

Fiziki şəxsin özü uçotdan çıxmaq üçün ilk növbədə ərizə ilə müraicət etməlidir. Uçotdan çıxmaq istəyən fiziki şəxs kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron formada Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalına (e-taxes.gov.az) müraciət edə bilər. Əgər fiziki şəxsin fəaliyyətinə xitam verilirsə, o, “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əslini təqdim etməlidir.

Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda məhkəmənin müvafiq qərarı və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli; fiziki şəxs vəfat etdikdə isə ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli təqdim olunmalıdır. Daha sonra vergi ödəyicilərinin uçot məlumat bazasında vergi uçotundan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlanılacaq:

• uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;

• vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olub-olmaması;

• vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;

• vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminalının qeydiyyatda olub-olmaması;

• vergi ödəyicisinin aktiv bank hesablarının olub-olmaması;

• vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;

• təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması.

Fiziki şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, POS-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra yenidən müraciət etdikdə vergi uçotundan çıxarılır. Vergi ödəyicisi uçotdan çıxarıldıqda onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilməlidir ki, vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat versin.


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi

posted in: Xəbər | 0

mühasib köməkçisi, Əmək haqqından tutulmalar, məzuniyyət hüququ, Məzuniyyət, əmək Məzuniyyəti, ehtiyac meyarı, Minimum əmək haqqı, yaşayış minimumu, ödənişli məzuniyyətlər, təhsil, Əmək pensiyaları, Əmək pensiyalarının hesablanması, Əmək məzuniyyəti, vergi öhdəlikləri, Bina tikintisi, aktivlər, əmlak, Mühasib, vakansiya,İqtisadi subyektlərdə nizamnamə kapitalının formalaşmasının müxtəlif formaları mövcuddur. Nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin rəsmiləşdirilməsi zamanı ortara çıxan sualları sərbəst auditor Altay Cəfərov aydınlaşdırır.

Yaradılmış və ya sonradan artırılmış nizamnamə kapitalı təsisçilər, payçılar, səhmdarlar tərəfindən bir çox formalı pay qoyuluşu ilə rəsmiləşdirilir.

Nizamnamə kapitalı həm pul və müxtəlif hüquqlar formasında, həm də torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) formasında aparıla bilər. Mütəxəssislər üçün maraqlı məsələlərdən biri də nizamnamə kapitalının torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) kimi formalaşdırılmasıdır.

Məslən, tutaq ki, “AA” MMC-nin nizamnamə kapitalı 10.000 manatdır və təsisçilər özlərinə aid əmlak hesabına nizamnamə kapitalını 200.000 manat artırmağı qərara alıblar. Təsisçilərdən biri nizamnamə kapitalına özünə məxsus olan avadanlıq hesabına 100.000 manat, digəri isə daşınmaz əmlak hesabına 100.000 manat qoymağı təklif edir.

Sual: Birinci təsisçinin pay kimi qoyacağı 100.000 manat avadanlıq necə rəsmiləşdirilməlidir?

Cavab: Normal halda təklif edilən 100.000 manat avadanlıq təsisçinin mülkiyyətində olmalıdır. Elə hallar olur ki, avadanlıq təsisçinin mülkiyyətində yox, istifadəsində olur, amma avadanlığın faktiki mülkiyyətçisi onun “AA” MMC-nin nizamnamə kapitalına pay kimi qoyulmasına razılıq verir. Bu hal praktiki baxımdan etibarlı deyil. Avadanlığın birbaşa təsisçinin mülkiyyətində olması daha məqsədəuyğundur. Bununla sonradan MMC və avadanlıq sahibinin özü üçün yarana biləcək problemlərin qarşısı alınmış olur. Öncədən 100.000 manat avadanlığın ilkin qiymətləndirilməsi tövsiyə olunur. Yalnız bundan sonra həmin avadanlıq təhvil-təslim sənədləri ilə “AA” MMC-yə təhvil verilməsi daha doğrudur.

Sual: Bəs bu zaman ikinci təsisçinin pay kimi qoyacağı 100.000 manat dəyərində daşınmaz əmlak (məsələn, bina) necə rəsmiləşdirilməlidir?

Cavab: Bina da təsisçinin mülkiyyətində olsa daha yaxşıdır. Bu, gələcəkdə yarana biləcək problemlərin qarşısını əvvəlcədən almaq üçün lazımdır. Burada da əmlakın ilkin olaraq qiymətləndirilməsi praktiki baxımdan daha məqsədəuyğundur və təsisçi tərəfindən “AA” MMC-yə təhvil-təslim sənədləri ilə təhvil verilməlidir.

Sual: “AA” MMC binanı təhvil-təslim sənədləri ilə balansa qəbul edə bilərmi?

Cavab: Təkcə təhvil-təslim sənədləri ilə 100.000 manatlıq daşınmaz əmlakı balansa almaq düzgün deyil. Hətta MMC özünün əldə etdiyi daşınmaz əmlakları balansa əsas vəsait kimi daxil etmək üçün dövlət qeydiyyatına aldırmalı, dövlət qeydiyyatında bu daşınmaz əmlakın mülkiyyətçisi kimi tanınmalıdır.

Nizamnamə kapitalının artırılması zamanı da “AA” MMC üçün 100.000 manatlıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı alınmalıdır.

Sual: Bina ancaq reyestrdən çıxarış alınandan sonra əsas vəsait kimi uçota alınmalıdır, yoxsa onu çıxarış olmadan da uçota almaq olar?

Cavab: Nə mühasibat uçotu standarlarında, nə də Vergi Məcəlləsində belə bir konkret tələb qoyulub. Əsas vəsait formalaşmış məbləği ilə istifadəyə verildikdə onu uçota almaq və ona amortizasiya hesablamaq mümkündür. Pay kimi verilmiş əsas vəsaitin mülkiyyət hüququnun təsisçidə qalması isə həmin əsas vəsaitin sərancamının təsisçidə olduğunu bildirir; bu, əsas vəsaitin “AA” MMC-nin balansına tam keçməsi demək deyildir. Bundan əlavə, binanın dövlət qeydiyyatına yenidən “AA” MMC-nin adına alınması Mülki Məcəllənin, digər qanunvericilik aktlarının tələbidir. Ona görə də belə hallarda hökmən binanın mülkiyyət hüquqi “AA” MMC-yə keçməlidir.

Sual: Nizamnamə kapitalında artırılmış əsas vəsaitlərə amortizasiya hesablanmalıdırmı?

Cavab: Təhvil verilmiş və qaydalar çərçivəsində balansa keçmiş əsas vəsaitlərə mövcud normalara uyğun amortizasiya hesablanmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək və icra intizamının pozulmasına görə işçinin hansı intizam məsuliyyəti vardır?

posted in: Xəbər | 0

Tam iş vaxtı, məzuniyyət hüququ, qismən ödənişli sosial məzuniyyət, Əmək məzuniyyəti barədə az bildiklərimizİşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

a) töhmət vermək;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 900 901 902 903 904 905 906 2. 705