Tam iş vaxtı nədir?

posted in: Xəbər | 0

məzuniyyət hüququ, qismən ödənişli sosial məzuniyyət, Əmək məzuniyyəti barədə az bildiklərimizTam iş vaxtı müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində və 90-cı maddəsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Növbəli iş rejimlərində Əmək Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Hər il üçün istehsalat təqvimi və iş vaxtının norması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdirilir.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müqavilələr təsdiqlənərkən hansı hallarda gəlirlər ödəmə mənbəyində vergiyə cəlb olunmur?

posted in: Xəbər | 0

ÖMV, maddi məsuliyyət müqaviləsi, Tələbələrlə əmək müqaviləsi,Vergi Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, xüsusi notariuslar bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi (ÖMV) tutmağa borcludur. Buraya aid olmayan müqavilələr hansılardır? Suala iqtisadi ekspert Anar Bayramov aydınlıq gətirir.

1. Fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi zamanı ÖMV tutulmur.

Misal 1: Tutaq ki, vətəndaş M.Ə. 2010-cu ildən qeydiyyatda olduğu evini 2020-ci ildə satır. Bu zaman o, ödəmə mənbəyində vergiyə cəlb olunmur. Amma 2018-ci il tarixdən qeydiyyatda olduğu torpaq sahəsinin satışını həyata keçirirsə, müqavilənin təsdiqi zamanı notarius ondan ödəmə mənbəyində vergi tutmalıdır.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, fiziki şəxsin güzəşt tətbiq edilən qeydiyyatda olma müddəti 5 ildən 3 ilə endirilib.

2. Miras ailə üzvlərinin adına rəsmiləşdiriləndə imzalanan müqavi ödəmə mənbəyində vergi tutulmur.

Qeyd: “Ailə üzvləri” dedikdə ər-arvad, valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər (onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda) başa düşülür.

Bir məsələni də qeyd edək ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində övladlığa götürmüş şəxslər, babalar, nənələr və nəvələr də vergi ödəyicisinin ailə üzvü hesab edilir.

3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlər zamanı ödəmə mənbəyində vergi tutulmur

4. Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə ödəmə mənbəyində vergi tutulmur.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada ərzaq çatışmazlığının səbəbləri məlum olub

posted in: Xəbər | 0

qida çatışmazlığı, BMT, kütləvi aclıq, yoxsulluq səviyyəsi,BMT-nin baş katibi Antonio Guterriş iqlim dəyişikliyini və siyasi münaqişələri bütün dünyada həm yoxsulluğun, gəlir bərabərsizliyinin və yüksək ərzaq qiymətlərinin bir nəticəsi və həm də əsas səbəbi adlandırıb. Portuqaliya siyasətçisinin bəyanatını “Associated Press” agentliyi səsləndirib.

Quterriş qeyd edib ki, hazırda üç milyard insan sağlam qidadan məhrumdur. İyul ayında isə BMT öz hesabatında bir il əvvələ nisbətən 2020-ci ildə əlavə olaraq daha 161 milyon insanın aclıqla üzləşdiyini bildirmişdi ki, bu da ehtimal ki, COVİD-19 pandemiyası səbəbindən baş verib. Bundan başqa baş katib qeyd edib ki, bütün istixana qazları tullantılarının üçdə bir hissəsi və bioloji müxtəlifliyin itirilməsinin 80 faizi dünya ərzaq sisteminin payına düşür.

Beynəlxalq kənd təsərrüfatı inkişafı fondu (BKİF) –  BMT-nin kiçik fermer təsərrüfatlarına yardım agentliyi – hökumətləri yüz milyonlarla insanın yoxsulluq və aclıq içində yaşamasına səbəb olan “ərzaq sistemlərinin çatışmazlıqlarını aradan qaldırmağa” çağırıb. Ekosistem üçün qida istehsalını daha etibarlı hala gətirmək və qida sənayesi işçiləri üçün maaşları artırmaq vəziyyəti düzəltməyə kömək edəcəkdir.

Quterriş bildirib ki, zirvə görüşü ərəfəsində ərzaq sistemləri üzrə hazırlıq görüşü bir çox ölkələrin hakimiyyətlərini pandemiyadan sonra iqtisadiyyatın bərabərhüquqlu və davamlı şəkildə bərpası uğrunda mübarizə aparmağa sövq edə bilər. Lakin bu kimi səylər əhəmiyyətli pul investisiyaları tələb edəcək.

BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının baş iqtisadçısı Maksimo Torrero bildirib ki, hər il 100 milyon adamın xroniki aclıqdan xilas olmasından ötrü 14 milyard dollar tələb olunacaq. 2030-cu ilə kimi aclığın tam şəkildə aradan qaldırılması üçün isə həmin məbləğ üçqat artırılmalıdır. BMT-nin proqnozlarına görə, bu məqsəd əldə olunmayacaq – növbəti onillikdə 660 milyon ac insan qalacaq ki, bunun da 30 milyonu “pandemiyanın uzunmüddətli nəticələri”ndən zərər çəkəcək.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İri dövlət şirkətlərinin yarıdan çoxu ötən ilin maliyyə hesabatını verməyib

posted in: Xəbər | 0

Mühasibat fəaliyyəti,Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən 13 iri dövlət şirkətinin – açıq və qapalı səhmdar cəmiyyətlərinin 8-i 2020-ci il üzrə maliyyə hesabatını açıqlamayıb.

Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Söhbət “Azərbaycan Sənaye Korporasiyası”, “Azərxalça”, “Azəristiliktəchizat” və “Azərkontrakt” ASC-lərdən, eləcə də “AzerGold”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən gedir.

Qalan 5 iri dövlət şirkəti – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ötən ilin maliyyə hesabatını verib. Bunlardan isə “Azərenerji” və “Azərsu” 2020-ci ili zərərlə, qalanları isə mənfəətlə başa vurub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 906 907 908 909 910 911 912 2. 705