Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

posted in: Xəbər | 0

xarici şirkət, əmək müqaviləsinin ləğvi,Dövlət Əmək Müfəttişliyi Xidmətinin açıqlamasında əmək müqaviləsinin ləğvi ilə bağlı razılaşmaların hüquqi şərtləri şərh olunub.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar təsbit edilib. İşəgötürən işçi ilə bağlanan əmək müqaviləsini ləğv edərkən açağıdakı razılaşmaları əldə etməlidir:

1. Əmək Məcəllləsinin 70-ci maddəsinin b) (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və ç) (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (4-cü hissə)

posted in: Xəbər | 0

Əməkhaqqı statistikası (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Gəlirlərin real ölçüsü

Rəsmi reytinqi öyrəndikdən sonra bir qədər nəfəs almaq və işlərin həqiqi vəziyyətinə baxmaq daha yaxşıdır. Məsələ burasındadır ki, reytinq vergiləri nəzərə almır, onlar isə hər bir dövlətdə fərqlidir. Əgər göstəriciləri xalis mənfəət baxımından nəzərdən keçirsək, 2021-ci ildəki mənzərə bir qədər dəyişir.

7050 dollarla birinci yerdə dayanan Norveçdə, vergilər nəticəsində məbləğin demək olar ki, yarısı itir, ona görə də ələ təxminən ortalama 3000 dollar pul gəlir.

5200 dollarla ikinci sırada yer alan Avstraliyada da vergilərin ödənilməsindən sonra əldə məbləğin yalnız yarısı qalır. Lakin Yaşıl qitə stabil olaraq, bir saat üçün ən bahalı minimal dərəcə məsələsində birinciliyi qoruyub saxlayır.

Yeni Zelandiya – bir çox şərtlər və imtiyazlara malik olan çox həssas bir vergi sisteminə malikdir. Ona görə də, burada demək olar ki, maksimum və ya minimum anlayışı yoxdur. Hər kəs əmək həvəsinin dərəcəsinə görə maaş alır və Yeni zelandiyalıların dünyada ən yaxşı orta əməkhaqqına sahib olduqlarını söyləmək olar.

Vergilərin çıxılmasından sonra ABŞ-da orta əməkhaqqı elə də çox azalmır, 4500 dollar, 3500 dollara çevrilir. Amma, qazanc nə qədər çox olursa, gəlir vergisi də bir o qədər ağrılı olur. Yekunda orta statistik amerikalı əməkdaş, öz qazancının təxminən 30-40%-ni  dövlət xəzinəsinə ödəyir. Onu da nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlarda səhiyyə pulludur və bunun özü də az məsrəf tələb etmir. Lakin vergi siyasəti həyatın bütün müvafiq amillərini diqqətlə nəzərə alan hər bir vergi ödəyicisinə fərdi yanaşmanı nəzərdə tutur.

Başlanğıcda ABŞ-da olduğu qədər – demək olar ki, 4500 dollar maaş olan Almaniyada, almanlar təmiz gəlir kimi yalnız 2800 dollar əldə edirlər. Həmçinin 2015-ci ildə minimum əməkhaqqı haqqında qanun qəbul edilib. Bundan sonra saathesabı dərəcə 10 şərti vahid və bundan artıq olmalıdır. Aylıq qazancı 1200-1700 dollar olan işçilər aztəminatlı, 1100 dollardan az olanlar isə yoxsulluq həddi astanasında olanlar hesab edilir.

Kanada hökuməti öz vətəndaşlarına və eləcə də ölkəyə işçi vizası ilə gələn əcnəbilərə saatda 10 dollar və ya ayda 1500 dollardan az maaş verilməsinə imkan vermir. Amma bu şimal ölkəsində vergilər heç də xoşagələn deyil, belə ki, reytinq cədvəlində göstərilən 3600 dollar əslində yaşayış minimumuna çevrilir.

Yaponiyada – qəsbkar vergilər  və olduqca çevik vergi güzəştləri sistemi mövcuddur. Vergi yığımları 68 faizə kimi çata bilər. Amma güzəştlər nəticəsində həmin rəqəmi 40 faizə kimi aşağı salmaq mümkündür. Qibtə olunası qazanc hətta təmin olunmuş amerikalı turistləri belə heyrətləndirən çox bahalı həyatla “kompensasiya” edilir.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslərin cari vergi ödəmələri barədə

posted in: Xəbər | 0

Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.
Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 201.3-cü maddəsi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlər hansılardır?

posted in: Xəbər | 0

vakansiya, Mühasib köməkçisi, Torpaq vergisinin ödənilməsi, Torpaq vergisinin hesablanması, Torpaq vergisinin tutulması, Torpaq vergisi, Ezamiyyə xərcləri, Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi, gəlir vergisi, vərəsə, məzuniyyət haqqı. vakansiya Vergi uçotu üzrə mütəxəssis Kreditin hesablanmasıMəzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlər:

  • faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı;
  • müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
  • uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
  • səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
  • iş vaxtından artıq iş saatlarının ödənilməsi;
  • istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
  • müvəqqəti əvəzetməyə görə ödəmə;
  • qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
  • məcburi işburaxma dövrünün ödənilməsi;
  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;
  • əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 919 920 921 922 923 924 925 2. 692