Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (II hissə)

posted in: Xəbər | 0

Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

2-ci səbəb. Özünə inamsızlıq: “Mən bunu edə bilmərəm”.

İcraçılar səmimi şəkildə əmin ola bilər ki, tapşırığı yerinə yetirmək üçün lazımi bacarıqlara, resurslara və ya digər imkanlara malik deyillər. Bu hallarda onlar qarşıya qoyulmuş hədəfə çatmaq üçün səy göstərməyə motivasiya olunmayacaqdır. İnsanda özünəinam və səriştəlilik aşılamağa çalışın. Bu, bir neçə yolla edilə bilər. Bunlardan biri – insanın problemlərin öhdəsindən gəldiyi keçmiş uğurlarından nümunələr gətirməkdir. Eləcə də digər insanların həyatından da nümunələr gətirmək və onların oxşar çətinliklərdən necə dəf etmələrindən bəhs etmək olar. Tapşırığı tədricən çətinləşdirə və ya işçinin öhdəsindən gələ biləcəyi kiçik hissələrə ayıra bilərsiniz.

Özündənrazılıq. Bəzən əksinə olur – əməkdaşlar öz imkanlarını çox şişirdirlər. Onlar özlərini o dərəcədə ixtisaslı mütəxəssislər kimi hiss edirlər ki, “öz səviyyələrindən” olmayan bayağı tapşırıqlarla məşğul olmaq istəmirlər. Özündən həddən ziyadə razı olan adamları idarə etmək də çox çətindir. Onlar çox vaxt ciddi səhvlərə yol verirlər, çünki əmindirlər ki, bu işi necə düzgün etməyi yalnız onların özləri bacarırlar. Belə adamlarla qarşılıqlı fəaliyyət zamanı onların qabiliyyətlərini və ya təcrübələrini şübhə altına almamaq çox vacibdir. Bunun əvəzinə, nəticəyə olan bütün tələbləri nəzərə almadıqlarını və buna görə vəzifəni yerinə yetirmək üçün yanlış bir yanaşma seçdiklərini onlara izah edin.

3-cü səbəb. Dağıdıcı emosiyalar: “Mən o qədər ruhdan düşmüşəm ki, bunu edə bilmərəm”.

Əgər işçilər narahatlıq, qəzəb və ya depressiya kimi mənfi emosiyalara qapılıblarsa, onlarda məhsuldar işləmək həvəsi yoxdur. Sakit söhbət aparmaq üçün əlverişli bir anı gözləyin. İşçinin niyə üzgün olduğunu başa düşməyə çalışdığınızı söyləyin.

Aktiv dinləmə vasitələrini tətbiq edin. Sizə eşitdiklərinizlə razılaşmaq və ya razılaşmamaq lazım deyil, ən yaxşısı bitərəf qalaraq sadəcə sualları davam etdirmək və şəxsin əhvalının pozulmasının səbəblərini elə onun özündən aydınlaşdırmaqdır. Sonra sizə söylənilənləri qısaca ümumiləşdirin və hər şeyi düzgünmü başa düşdüyünüzü dəqiqləşdirin. Əgər sizə “yox” cavabı verilərsə, üzr istəyin və daha bir dəfə izah etməsini xahiş edin. Söyləyin ki, onu daha diqqətlə dinləyəcəksiniz. Adamlar başa düşüldüklərini hiss etdikdə, mənfi emosiyalar zəifləyir. Həmçinin fasilə götürməyi də sınayın: əməkdaşa deyin ki, onun söylədikləri üzərində düşünmək istəyirsiniz və söhbətləşmək üçün yeni vaxt təyin edəcəyinizi bildirin. Belə bir gediş çox vaxt insana emosiyalarını nəzarət altına almağa kömək edir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank-ın yükləmə sayı 3 milyonu keçdi

posted in: Xəbər | 0

BirBank ödəniş terminalları, vəsait, Xəzri pul köçürmələri, Zolotaya Korona, NFC ödənişlər, Mastercard kartları, BirBank istifadəçiləri, Silahlı Qüvvələrə yardım, Silahlı Qüvvələrə dəstək, Visa kartları, BirKart Umico, www.edvgerial.az, BirKart BOKT, BirBank istifadəçiləri, NFC ödənişlər,Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 3 milyon nəfərdən artıq istifadəçi BirBank tətbiqini App Store və Play Store-dan yükləyib. Hazırda BirBank ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində həm də “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə bilirlər. Virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Həmçinin, BirKart istifadəçiləri BirBank mobil tətbiqində yaradılmış şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər. Bütün bunlarla yanaşı BirBank tətbiqində bankomatdan QR kod vasitəsilə nağdlaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Xüsusi funksiya ilə tətbiqə əlavə olunan avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur bank tətbiqi olan BirBank-ın 3 milyondan artıq yüklənmə sayı var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bina tikintisi ilə məşğul olan şəxslərin dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

istəyə uyğun əmək məzuniyyəti, aktiv vergi obyektləri, əmək məzuniyyəti, əlavə iş, gəlir vergisi, Turagentlər,Dövlət Vergi Xidmətindən bildirilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.12, 164.1.47, 108-ci maddələri

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər hansılardır?

posted in: Xəbər | 0

Əmək pensiyası, Əmək pensiyasına əlavə, Zəfər reyestri, Əmək veteranı, əmək məzuniyyətinin mütləq istifadə olunması, Əmək məzuniyyəti, Əmək məzuniyyətindən geri çağırılma, elektron idarəetmə sistemi, əmək kitabçaları, Sosial xidmətlər,

  1. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
  2. Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.
  3. Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
  4. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:

a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;

b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;

c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;

ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

  1. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.
  2. “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 916 917 918 919 920 921 922 2. 692