Mikayıl Cabbarov: “Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127% əməl edilib”
“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.
Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviitter hesabında yazıb.
“Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1 % icra edilib.
Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd 754 mln manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln manat ödənilib”, – deyə nazir əlavə edib.
Mənbə: report.az


Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik barədə qanunu imzalayıb.
Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5%-ni qadınlar təşkil edir.
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur.