QSC-nin təsisçi fiziki şəxslərə ödədiyi dividenddən vergi tutulur?
Sual: Qapalı Səhmdar Cəmiyyət olaraq fəaliyyət göstərən müssisənin fiziki şəxs olan təsisçilərinə elan etmiş mənfəətindən (Mənfəət Vergi Bəyənnaməsinə əsasən) ödədiyi dividenddən ödəmə mənbəyindən (hər hansı tərəfdən) vergi tutulurmu?
Cavab: Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur.
Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.
Mənbə: taxes.gov.az
Bax:


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.
Kapital Bank-ın Visa kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha sərfəli şərtlərlə yararlana biləcəklər. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən keçirilən bu kampaniyanın əsas məqsədi daxili turizmin inkişafına töhfə vermək, pandemiya dövründə yerli turizm sənayesinə dəstək göstərməkdir.