Vergi borclarının vaxtında ödənilməməsi

posted in: Xəbər | 0

Vergi ödəyicisi, Vergi ödəyicisimalların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Bütün vergiləri tam və vaxtında ödəmək hər bir vətəndaşın konstitusiya ilə təsbit edilmiş borcudur. İqtisadçı ekspert Radil Fətullayev vergi borclarının ödənilməsi ilə bağlı əsas məqamları izah edir.

Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin əsas vəzifələrindəndir.

Vergi borclarının ödənilməsi iki qaydada aparılır:

– vergi ödəyicisi tərəfindən könüllü şəkildə;

– vergi orqanı tərəfindən inzibati tədbirlərin görülməsi yolu ilə.

Vergi borcları könüllü şəkildə ödənilmədikdə vergi ödəyiciləri barədə inzibati tədbirlər görülür.

Vergi Məcəlləsinin 65.2-ci maddəsində göstərilib ki, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

Başqa sözlə, vergi ödəyicisi və ya vergi orqanı tərəfindən hesablanan və bəyan edilən vergilər qanunda müəyyən edilmiş müddətdə könüllü şəkildə ödənilmədikdə, vergi orqanı vergi borclarının ödənilməsini aşağıdakı qaydada təmin edir:

– vergi ödəyicisinin milli və xarici valyuta üzrə bank hesabları olduğu təşkilatlara (bank və kredit təşkilatlarına) sərəncam vermək yolu ilə;

– məhkəməyə şikayət etməklə məhkəmənin müvafiq qərarı vasitəsilə inzibati icraat haqqında qərarın qəbul edilməsi yolu ilə;

– vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının silinməsi yolu ilə;

– vergi ödəyicisinin borc məbləğinin 105 faizi həcmində ƏDV depozit hesabında dondurulması qərarı qəbul etməklə.

Qeyd edək ki, Vergi Məcəlləsində hər bir verginin ödənilmə müddətləri və bəyannamələrinin təqdim edilməsi dövrü ayrıca müəyyən edilib.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *