Ölkələrarası hesabatın vergi orqanına təqdim edilməsi qaydası hazırlanıb

posted in: Xəbər | 0

şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıMəlum olduğu kimi, Azərbaycan Respublikasında Ölkələrarası Hesabatlılıq üzrə tələblər 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. “Ölkələrarası hesabat” – Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabat formasıdır.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən verilən məlumata görə, qeyd olunan mübadilənin aparılması üçün ilkin olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra, Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2020-ci il 28 aprel tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” hazırlanıb.

Bu Qaydalara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycanın rezidenti olan müəssisə transmilli şirkətlər qrupunun həmin maliyyə ilinə dair ölkələrarası hesabatını Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə vergi orqanına təqdim etməlidir.

Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin iyunun 30-dək müvafiq bildirişi vergi orqanına təqdim etməlidir. Ölkələrarası hesabat isə vergi orqanına hesabat verilən ilin, yəni transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər təqdim edilir.

Transmilli şirkətlər qrupunun üzvünü təmsil edən rəhbər şəxs və onun tərəfindən müəyyən edilən səlahiyyətli şəxs müvafiq hesabatı və bildirişin təqdim edilməsi üçün “ASAN imza” vasitəsilə maliyyə institutlarında vergi monitorinqi və ölkələrarası hesabatın verilməsi üzrə portala inteqrasiya edilmiş və artıq istifadəyə verilmiş müvafiq platformaya (https://cbcr.tmfi.gov.az/login) qoşularaq ölkələrarası hesabatın təqdim edilməsini həyata keçirə bilərlər.

İstifadəçilər adıçəkilən platformaya giriş zamanı “Əsas səhifə” hissəsində hesabatın verilməsi üçün hazırlanmış “İstifadəçi təlimatı” və “Tez-tez verilən suallar” bölməsi ilə tanış ola bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (2-ci hissə)

posted in: Xəbər | 0

Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Tibbi xidmət və təhsil ölkədə tamamilə pulsuzdur. Bundan əlavə, əgər vətəndaşlardan kimlərsə Harvard və ya Oksord universitetlərində təhsil almaq istəsələr, dövlət onların bütün təhsil xərclərini qarşılamağa hazırdır. Yeri gəlmişkən, bu arzuda olanlar elə də çox deyil. Səbəbinə gəldikdə, axı, təhsil nəyə lazımdır, onsuz da hər şeyləri var…

Bruneydə kişilərdən yalnız bir tələb var – çoxlu həyat yoldaşına malik olmaq. Bruney Sultanlığı müsəlman ölkəsidir və şəriət qanunlarına burada ciddi əməl olunur. Buna xüsusi yaradılmış dini işlər nazirliyi nəzarət edir.

Bəzi şeylər və hərəkətlər qadağan (haram) edilib, bir sıra şeylər də təşviq olunmur (məkruh), yerə qalanlar halal hesab olunur və aktiv şəkildə dəstəklənir. Yerli sakinlər demək olar ki, siqaret çəkmirlər və alkoqollu içkilər isə ümumiyyətlə, qəbul edilmir. Bruneydə spirtli içkilər satılan mağazalar da yoxdur. Çoxarvadlılıq Bruneydə dəstəklənməkdədir. Mollalar yerli kişiləri ikinci və üçüncü həyat yoldaşı almağa təşviq edirlər. Axı, ölkədə yaşları kritik həddə çatan qızların sayı az deyil, bəylərin sayı isə çox azdır. Ümumilikdə, əksər islam ölkələrindən fərqli olaraq, Bruneydə qadınlara daha çox azadlıq verilib. Burada avropasayağı paltar geyinməyə icazə verilir. Yerli qızlar avtomobil sürür, polisdə çalışır və ictimai həyatda fəal iştirak edirlər.

Narkotik vasitə ticarətçilərini onların zəhərlədikləri insanları taleləri, yəni, ölüm gözləyir. Elə bu səbəbdən də narkotik ticarətçiləri bu ölkədən yan gəzirlər, çünki bir saat ərzində o dünyalıq ola bilərsən. Ağ ölüm ticarətçiləri anındaca edam edilirlər.

Onu da demək lazımdır ki, Bruneydə sultana münasibət çox yüksəkdir. Ona hörmət edir, həyata keçirdiyi bütün işlərini həmişə bəyənirlər. Yeri gəlmişkən, bir çoxları bunu səmimiyyətlə edirlər.

Uğurlu il

Xoşbəxtlik quşu ölkənin başına bir anda qonub… 1929-cu ildə Bruneydə zəngin neft və qaz yataqları aşkar olundu. Bu gün mavi yanacaq və qara qızıl, eləcə də onların törəmələri ölkə ixracının 90 faizini təşkil edir. Sultanlığın təbii sərvətlərinin əsas istehlakçısı Yaponiyadır. Karbohidrogenlərin ixracı sayəsində bu kiçik ölkənin valyuta ehtiyatları hazırda 35 milyard ABŞ dollarına bərabərdir.

Sənayə və kənd təsərrüfatını burada yalnız hobbi adlandırmaq olar, çünki onların ölkə iqtisadiyyatında rolu çox cüzidir. Mümkündür ki, istənilən balaca dövlət böyük və əhəmiyyətli bir ölkə olmağı arzu edir, o səbəbdən ölkələrinə uzun və təmtəraqlı adlar verirlər. Beləliklə, Bruneydə Dərüssalamda (ölkənin rəsmi adı belədir) paytaxt Bandar Səri Bəgavan adlanır. Bruney Sultanlığı əhalisinin üçdə bir hissəsi burada yaşayır. Ölkənin ən yaxşı mağaza və otelləri məhz, burada yerləşir. Yeri gəlmişkən, planetin ən bahalı oteli – “Empire” da paytaxtda yerləşir. Həmin otel bir il ərzində tikilib və demək olar ki, 3 milyard dollara başa gəlib. Otelin şəraiti ilə bağlı heç nəyə qənaət olunmayıb desək, yanılmarıq. Bütün santexnika, qab-qacaq, qapı və pəncərə tutacaqları, hətta kondinsionerlərin düymələri belə qiymətli metallardan düzəldilib! Dünyanın ən böyük hovuzlarından biri də elə bu otelin ərazisində düzəldilib. 11 min kvadrat metrlik səhəsi olan hovuz dəniz suyu ilə doldurulub!


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov: “Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127% əməl edilib”

posted in: Xəbər | 0

Vergi daxilolmaları, iqtisadiyyat, yeni nəsil kassalar, Yeni nəsil elektron kassa aparatları, vergi inzibatçılığı, gömrük inzibatçılığı, bank, Elektron Kredit Platforması, müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri Rəqəmsal“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviitter hesabında yazıb.

“Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1 % icra edilib.

Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd 754 mln manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln manat ödənilib”, – deyə nazir əlavə edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu hal zamanı ödəmə mənbəyində verginin tutulması qaydası dəyişib

posted in: Xəbər | 0

əmək məcəlləsi, Əmək məcəlləsində dəyişiklik, işə qəbul, Sahibkarlıq, Mühasibat uçotu haqqında Qanun, "Mühasibat uçotu haqqında" Qanun, 2021-ci il üçün yaşayış minimumu, iqtisadi Şura, dövlət reyestri, dövlət qeydiyyatı, Dövlət rüsumu, Sosial sığorta, Dövlət satınalmaları, iqtisadi zona, Miqrasiya, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidmətinin işçiləri, , emek pensiyaları, əmək pensiyaları, saziş, qrant, Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik barədə qanunu imzalayıb.

Dəyişikliklə ipoteka saxlayan borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısı ödəmə mənbəyində vergi tutmayacaq.

Sənədə əsasən, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir.

Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayandan ödəmə mənbəyində tutulur.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakı ipoteka saxlayan əldə etdikdə Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergini hərrac təşkilatçısı ödəmə mənbəyində ipoteka saxlayandan tutur. Bununla da, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları və vergi ödəyicilərinin dairəsi (hansı halda ipoteka saxlayan, hansı halda isə ipoteka qoyan) dəqiqləşdirilir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 932 933 934 935 936 937 938 2. 693