Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (3-cü hissə)

posted in: Xəbər | 0

Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (3-cü hissə)

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bruney sultanlığı haqqında

Bruney əhalisinin üçdə bir hissəsi paytaxtda yaşayır. Ölkənin ən yaxşı mağaza və otelləri məhz, burada yerləşir. Yeri gəlmişkən, planetin ən bahalı oteli – “Empire” da paytaxtda yerləşir. Həmin otel bir il ərzində tikilib və demək olar ki, 3 milyard dollara başa gəlib. Otelin şəraiti ilə bağlı heç nəyə qənaət olunmayıb desək, yanılmarıq. Bütün santexnika, qab-qacaq, qapı və pəncərə tutacaqları, hətta kondinsionerlərin düymələri belə qiymətli metallardan düzəldilib! Dünyanın ən böyük hovuzlarından biri də elə bu otelin ərazisində düzəldilib. 11 min kvadrat metrlik səhəsi olan hovuz dəniz suyu ilə doldurulub!

Amma, Bruneyin fəxr etdiyi əsas məkan sultan sarayıdır. Saray İstana-Nurul-İman adlanır. Hazırda bu, planetdə ən bahalı saraydır. O, “dünyanın səkkizinci möcüzəsi” adı ilə Ginnesin rekordlar kitabına düşüb. Sarayda demək olar ki, 2 min zal və otaq var. Təkcə qızıldan hazırlanmış santexnika və qiymətli daş-qaşlarla bəzədilmiş 300-ə yaxın vanna saymaq olar. Sarayı sanki “bütün dünya” ilə birlikdə  tikiblər: mərmər İtaliyadan gətirilib, qranit Şanxaydan, çilçıraqlar İngiltərədən, daxili işləmələrdə isə ən bahalı Çin ipəklərindən istifadə olunub.

Saray ildə bir neçə gün ziyarət üçün bütün insanların üzünə açıq olur. Bruneylilər Cerudonq-Park adlandırılan sultan parkı ilə də çox qürur duyurlar. Bu nəhəng idman-əyləncə kompleksi sultanın birbaşa himayəsi altındadır. Arzu edənlərin hər biri bu nəhəng parkda sultanın sevimli oyunu sayılan su polosu oynaya bilər. Qolf üçün əla meydançaları, kroket oyunu üçün nəhəng sahəni dəyərləndirə bilər və özlərini ultra-müasir tirlərdə və ya kartinq trassında sınaya bilərlər. Uşaqları isə bu zaman qonşuluqda yerləşən Luna-parka göndərmək olar. Hətta bu Luna-parkın yanında ən məşhur Disneylend belə parodiyaya bənzəyir.

Sultanlığa elmlər doktoru hakimlik edir. O, dissertasiyanı Rusiyada müdafiə edib. Ölkəni sultan Hassanal Bolkiah idarə edir. O, həm baş nazir, həm müdafiə naziri, həm də maliyyə naziri və dini liderdir. Ümumiyyətlə, bruneylilər siyasi partiyalar, müxalifət və seçkilərin nə olduğunu bilmirlər. Düzdür, bir neçə il əvvəl sultan yenidən parlamentin işə başlamasına razılıq verib, ötən iyirmi il ərzində isə buna lüzum olmayıb. Ölkə parlamentsiz də yaşamağı bacarıb. Yeni qanunverici orqana Bolkiah 21 nəfəri təyin edib, o cümlədən öz kiçik qardaşını. Bu orqan nə ilə məşğul olur sualına, heç kim, hətta yeni təyin olunmuş parlamentin üzvləri belə cavab verə bilmir. Elə bruneylilərin özləri üçün də parlamentin olub-olmaması, heç nəyi dəyişmir. Təəbələri öz hömdarlarını Müda Hassanal Bolkiah Müizaddin Vəddüllah adlandırırlar. Sultanın tam adı isə bundan da uzundur, düz 28 sözdən ibarətdir.

Ömər Əli Seyfuaddinin oğlu olan iyirmi doqquzuncu sultan Bolkiah 40 il bundan əvvəl taxta çıxıb. Sultan fövqəladə dərəcədə cazibəli və ali təhsillidir. Britaniya taxt-tacının cəngavəri adını daşıyır ki, bu da təəccüblü görünməməlidir. Çünki Bruney uzun zaman Böyük Britaniyanın “himayəsi” altında olub. Sultan təkcə Bruney universitetini bitirməyib, həm də Böyük Britaniyanın Hərbi Akademiyasında da təhsil alıb. Dörd dildə sərbəst danışır, o cümlədən rus dilini də yaxşı bilir. Bruney sultanının zəif yeri avtomobillərdir. Onun yeraltı qarajı sahəsinə görə böyük aerodromu xatırladır.

Sultanı başa düşmək olar, axı 5 minə yaxın əla seçimli avtomobilləri saray qarşısındakı çəmənlikdə yerləşdirmək mümkün olmazdı. Sultanın ən əsas qürur duyduğu avtomobil markası “Ferraridir”. Qarajda bu modeldən olan unikal dörd “Venice” modeli (hər biri yarım milyon dollar) və bir neçə cüt “Ferrari Mythos” modelləridir. Sultan öz kolleksiyasının mirvarisi olaraq isə F-X modelini görür, bu ondan ötrü xüsusi sifarişlə hazırlanan və avtomobildən daha çox zərgərlik mağazasını xatırladan təyyarəyə bənzəyir. Klassik “mersedesləri” Bolkiah topdan satın alır. Təbii ki, sultan “tövləsi”  “Rolls-Royce” və “Bentley” modelləri olmadan da keçinə bilməzdi.  Hər il sultan 50 ədəd qızılla işlənmiş adi “Rolls-Royce” modelindən olan (hər biri milyon dollara) avtomobillər alır.

Hassanal təyyarələrə bir qədər biganə münasibət göstərir. Yoxsa, iki “Boeing 747-400s” və altı ədəd kiçik “Airbus” təyyarələrinə sahib olmazdı. Baxmayaraq ki, sultan özü də təyyarə sürməyi bacarır, o, təyyarələri gənclərin nəqliyyat vasitəsi hesab edir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *