Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (1-ci hissə)

posted in: Xəbər | 0

Avropanın müxtəlif ölkələrində və bütün sivil dünyada əməkhaqqı statistikası insanları yalnız üç variantda  maraqlandıra bilər:

  • adi maraq;
  • akademik maraq;
  • yeni yaşayış yerlərinin seçilməsi.

İlk iki halda ümumi məlumatlar kifayət edir. Lakin məqsəd yeni bir həyat axtarışı ilə başqa bir ölkəyə köçmək olduqda, sözügedən məlumatlar tam şəkildə dəqiq və etibarlı olmalıdır.

Bununla bağlı xəbərdarlıq artıq kimi də görünə bilər, internetdə dünyanın istənilən yerində yaşayan əhalinin gəlirləri və reytinqləri barədə məlumatları tapmaq çox asandır. Amma əslində onlar məsələni real təsvir etməkdənsə, çox vaxt reklam gedişi olur. Əsl rəqəmlər bir qədər fərqli xüsusiyyətlərə malikdir.

Orta əmək haqqının ümumi hesablanması

Orta ödənişin dövlət daxilindəki yerli statistika agentlikləri tərəfindən edilən sadə bir hesablanması, özlüyündə bütün əhalinin gəlirlərinin arifmetik ortalamasıdır. Başqa sözlə desək:

  • Dövlət tərəfindən rəsmi olaraq nəzərə alınan bütün mövcud peşələrin, vəzifələrin, ixtisasların siyahısını götürürlər;
  • Bütün qazancları siyahıya əlavə edirlər;
  • Əldə olunan məbləği vəzifələrin sayına bölürlər.

Nəticədə reallıqdan uzaq olan məlumatlar əldə olunur.

Axı, toplanan və bölünən rəqəmlər bir sahədə işləyənlərin qazancları deyil, iri şirkətlərin rəhbər vəzifəlilərinin və hakimiyyət eşalonunda yüksək vəzifə tutanların və məktəbdə işləyən xadimələrin gəlirləridir. Əldə edilən rəqəmlərin əlində heç vaxt bu qədər pul tutmayan ətraf sakinlərini bu qədər qəzəbləndirməsi, heç də təəccüblü deyil.

Dünyada orta əmək haqlarını hesablayan daha çox inkişaf etmiş statistik mərkəzlər, səhvləri minimuma endirsinlər deyə, mövcud sosial qrupların, fəaliyyət sahələrinin, peşələrin dərin monitorinqini aparmağa çalışırlar. Lakin bütün hallarda hesablamalarn nəticələrində həqiqətdən kənara çıxmalara yol verilir. Bundan əlavə, orta aylıq gəlirlərin vergi ayırmaları, sosial ödənişlər və digər yığımlar nəzər alınmadan hesablanması qəbul edilmişdir. Həmin səbəbdən dövlətdən asılı olaraq göstəricilər 10-40 faizə kimi şişirdilir.

Nəticə: hökumətlərin özləri tərəfindən rəsmən təsdiqlənmiş orta əməkhaqqı demək olar ki, həmişə qeyri-obyektivdir, bu məlumatlara ehtiyatla yanaşmaq lazımdır.

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli? (6-cı hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (6-cı hissə)

5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Bazarın həcmi barədə təsəvvür əldə etmək istəyirsinizmi? Bu hərəkətləri yerinə yetirin:

  • Bazar haqqında KİV-in xülasəsini əldə edin. Gartner və ya IBIS kimi nüfuzlu bazar araşdırmaları agentliklərinin araşdırmalarının nəticələri olan məqalələri tapmağa çalışın.
  • Bazarın təxmini həcmini yazın, zəruri olduğu halda statistik məlumatları və rəqəmləri toplayın (Google-dan istifadə etmək olar).
  • “Google Trends”, “Google Keyword Planner” və “Facebook Advertiser Tools” daxil olmaqla müasir analitik vasitələrdən istifadə edərək, reytinqinizə dair əlavə dəlillər toplayın. Bu tətbiqlərdən istifadə edərək, təklif olunan həll üçün tələb səviyyəsini müəyyən edə bilərsiniz.

Konkret olaraq öz bazarınızın ölçüsünü düzgün hesablamaq üçün statistikanı lazımsız şəkildə ümumiləşdirməməyinizdən əmin olun. Məsələn, əgər siz qadın geyimləri satışı ilə məşğul olan onlayn-mağazanı işə salırsınızsa və ölkədə 5 milyon qadın yaşayırsa, anlamaq lazımdır ki, bazarın ölçüsü bu rəqəmə bərabər olmayacaq. İnternetdə nə qədər qadının (sizə lazım olan yaş kateqoriyasından olan) alış-veriş etdiyini, təklif etdiyiniz üslublarla maraqlandığını və s. müəyyən edin. Hədəf auditoriyanızın üstünlüklərini və vərdişlərini hərtərəfli başa düşün.

Startap üçün konkret bazar hesablamalarının başqa bir nümunəsi

  • Tutaq ki, gələcək treyderlər üçün ticarət alqoritmlərini proqramlaşdırmağa imkan verən bir vasitə hazırlayırsınız.
  • Bazarda 10 milyon treyder işləyir, lakin, biz indicə yuxarıda gördüyümüz kimi, onların sayı bütün bazarı əks etdirmir. Tədqiqat apardıqdan sonra, sizə məlum olur ki,10 milyondan yalnız 2,5 milyonu aktiv treyderlərdir və qalan 7,5 milyonu ayda bir sövdələşmədən daha az əməliyyat həyata keçirir.
  • Beləliklə, sizin 2,5 milyon potensial müştəriniz var. Əlavə tədqiqatlar göstərir ki, onlardan yalnız 1 milyonu məhsulunuzdan istifadə etmək üçün kifayət qədər proqramlaşdırma bacarıqlarına malikdir. Aydındır ki, bu rəqəmi əldə etmək üçün, məsələn, Google sorğu formaları vasitəsilə treyderlərə müraciət etməlisiniz.
  • Bazarda oxşar məhsulları araşdıraraq, seqmentinizdə qiymət mexanizmini başa düşürsünüz. Məsələn, məhsul üçün illik lisenziya 500 dollar dəyərindədir. Hesablama aparaq: 500 x 1 mln istifadə,i = 500 milyon dollar. Əgər siz bazarı 100% əhatə edə bilsəniz, bu əldə edə biləcəyiniz maksimum gəlir olacaq.

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan sahibkarı fəaliyyətini onlayn rejimdə necə dayandıra bilər?

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlərin təşviqi məqsədilə daha bir videotəlimat hazırlayıb.

“Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ərizəsi”nin tərtib olunması və göndərilməsi qaydası” adlı videotəlimat ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesini izah edir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb

posted in: Xəbər | 0

büdcə proqnozu, büdcə daxilolmaları, plastik əşyaların idxalı, birdəfəlik müavinət, DGK, "Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiBu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 662,022 milyon manat təşkil edib.

DGK-ya istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,75% artaraq 453,292 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8 % azalaraq 1 129,482 milyon manat, aksizlər üzrə daxilolmalar 14% artaraq 62,148 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 8,85 % artaraq 17,1 milyon manat olub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 937 938 939 940 941 942 943 2. 684