Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansıdır?

posted in: Xəbər | 0

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar barədə

Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,

Aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:

  • vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;
  • vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;
  • vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;
  • vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.

Əsaslandırma: Vergi Məcəlləsinin 54-cü maddəsi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ iqtisadiyyatı geri qaytarıla bilməyən nöqtəyə yaxınlaşıb

posted in: Xəbər | 0

ABŞ iqtisadiyyatının vəziyyəti həmişəlik olaraq pandemiyadan əvvəlki səviyyədən aşağı qala bilər. Koronavirusun başlanması ilə ölkə bazarlarında 37 göstərici üzrə sakinlərin rifahını və şərtlərini müəyyənləşdirən xüsusi indeksin hesablamasını ABŞ-ın “Moody’s Analytics” şirkətinin maliyyə analitikləri ilə birlikdə “CNN” nəşri təqdim edib.

Mütəxəssislər belə nəticəyə gəliblər ki,  ABŞ-ın əhalisi və biznesi 2020-ci ildə COVID-19 səbəbi ilə baş verən dağıdıcı tənəzzüldən sonra uzun bir yol qət edib. Lakin ölkə təhlükəli virusa və onunla bağlı bütün problemlər səbəbindən həyat səviyyəsinə görə, geri qaytarıla bilməyən bir nöqtəyə yaxındır. Normaya qayıtma indeksinə (the Back-to-Normal Index), xüsusilə də kreditləşmə həcmi, işsizlik müavinətləri və vakansiya elanlarının sayı, daxili hava əlaqələri və otellərin doldurulması haqqında məlumatlar daxildir ki, iyunun 18-də bu göstərici 93 faizə –  pandemiya dövrünün maksimumuna çatıb, əlverişli göstərici isə 100 faiz olmalıdır.

Analitiklər iqtisadiyyatın bərpasına əsas maneə olaraq koronavirus məhdudiyyətləri və yeni əmək formatı səbəbindən turizmlə bağlı problemləri hesab edirlər – ofis işçilərinin əksəriyyəti həm də məsafədən çalışmaqdadırlar ki, bu da ənənəvi biznesdə struktur dəyişikliklərinə yol açıb. Bundan əlavə, işsizlik müavinəti üçün müraciətlərin sayı hələ də pandemiyadan əvvəlki dövrə nisbətən iki dəfə çoxdur. İqtisadi böyümənin sürətlənməsi, bazarın yeni quruluşu nəzərə alınmaqla Amerika layihələrinə investorların marağının artması ilə mümkündür.

ABŞ sakinlərinin əksəriyyətini həmçinin icarə ödənişlərinə qoyulan moratoriumun ləğvi səbəbindən kütləvi köçürülmə dalğasına düşmək təhlükəsi gözləyir. Harvard mənzil araşdırmaları mərkəzinin bir hesabatına görə, lokdaunlar zamanı amerikalılar mənzillər və evlərin gələcək ödənişləri üçün pullarına qənaət edə bilməyiblər, çünki dövlətdən verilən müavinətlər bahalaşan mal və xidmətlərə sərf olunub.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ məhkəməsi qaradərililərin borclarını bağışlamağı qadağan etdi

posted in: Xəbər | 0

Gəlir vergisi, ştatABŞ federal məhkəməsi koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan fondun hesabına qaradərili fermerlərin borclarını ödəməyi müvəqqəti olaraq qadağan edib. “Associated Press” agentliyi yazır ki, irqi bərabərsizliyin aradan qaldırılması üzrə proqram, kənd təsərrüfatı sahəsində çalışan ağdərili iş adamlarının iddiaları üzündən dayandırılıb.

İyunun 10-da Viskonsin ştatının Miluokunda dairə hakimi Uilyam Qrisbax, sosial cəhətdən müdafiəsiz qalan qaradərili ranço sahiblərinə yeni dəstək proqramının fəaliyyətini müvəqqəti dayandrmaqla bağlı qərar verib və bununla da əks diskriminasiyadan  şikayət edən ağdərili fermerlərin tərəfini saxlayıb.

ABŞ prezidenti administrasiyasının proqramına əsasən, Co Bayden pandemiyanın nəticələrinin aradan qaldırılması fondundan (1,9 trilyon dollar) qaradərililərə, amerikalı hindilərə, Latın-amerikalılara, Asiya əsilli amerikalılara və ya Sakit okean adalarının sakinlərinə verilən kənd təsərrüfatı kreditlərinin ödənilməsi üçün dörd milyard ayırmağı planlaşdırmışdı. Milli azlıqlardan olan fermerlər onillliklər boyu onlara dövlət yardımları və ssudaların ayrılmamasından şikayətlənir və bunu özlərinə qarşı ədalətsizlik kimi dəyərləndirirdilər.

Ağ fermerlərin hüquqlarını müdafiə edən ABŞ-ın “Wisconsin Institute for Law and Liberty” hüquq şirkəti, 2021-ci ilin aprel ayında məhkəmə qarşısında iddia qaldırmışdı. Hüquq müdafiəçiləri iddia ediblər ki, azlıqların borclarının bağışlanması Viskonsin, Minnesota, Cənubi Dakota, Missuri, Ayova, Arkanzas, Oreqon və Kentukkidən olan fermerlərə qarşı ədalətsiz davranışdır. ABŞ bankları isə öz növbəsində, faiz gəlirləri üzrə dövlətdən əlavə kompensasiya alınanadək qaradərili fermerlərin kreditlərini ödəməkdən imtina ediblər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yunanlar dördgünlük iş həftəsinə qarşı miqyaslı tətil təşkil ediblər

posted in: Xəbər | 0

Yunanistan sakinləri pandemiya başlayandan bəri ilk dəfə ümumi tətil elan edərək, küçələrə çıxıblar: avropalılar hökumətin dördgünlük iş həftəsinin tətbiqini nəzərdə tutan təkliflərinə etiraz edirlər, “Bloomberg” xəbər verib.

Söhbət çevik qrafikin tətbiqi ilə əmək qanunvericiliyinin islahatından gedir ki, bu da istirahət günlərinin sayının həftədə üçə qədər artması ilə eyni vaxtda daha uzun iş gününü nəzərdə tuta bilər. Lakin işsizlik səviyyəsinin Avropada ən yüksək həddə olduğu Yunanıstanda, insanlar işəgötürənlərin əməkdaşların istismarı üçün yeni tədbirlərdən istifadə edə biləcəyindən qorxurlar.

İslahat bir sıra dəyişiklikləri nəzərdə tutur. Lakin nümayişçiləri daha çox səkkiz saatdan artıq davam edən iş gününün tətbiqini nəzərdə tutan məqamlar narahat edir. Ölkənin əmək naziri Kostis Xasidakis hökumətin təşəbbüsünü müdafiə edərək bildirib ki, yeniliklər əməkdaşları daha çevik cədvəllə təmin edəcək, həftədə maksimum iş saatı isə 40-dan çox olmayacaq.

Özəl sektor işçilərinin ən iri həmkarlar ittifaqında isə yeni qanunun əməkdaşların həyatını “cəhənnəmə” çevirə biləcəyini iddia edirlər.

Tətil artıq nəqliyyatın işində fasilələrə səbəb olub: turizm mövsümünün yenicə başladığı ölkədə qatarlar da hərəkət etmir. Güman edilir ki, etirazlarda müəllimlər və həkimlər də iştirak edə bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 940 941 942 943 944 945 946 2. 705