Yunanlar dördgünlük iş həftəsinə qarşı miqyaslı tətil təşkil ediblər

posted in: Xəbər | 0
birbank biznes

Yunanistan sakinləri pandemiya başlayandan bəri ilk dəfə ümumi tətil elan edərək, küçələrə çıxıblar: avropalılar hökumətin dördgünlük iş həftəsinin tətbiqini nəzərdə tutan təkliflərinə etiraz edirlər, “Bloomberg” xəbər verib.

Söhbət çevik qrafikin tətbiqi ilə əmək qanunvericiliyinin islahatından gedir ki, bu da istirahət günlərinin sayının həftədə üçə qədər artması ilə eyni vaxtda daha uzun iş gününü nəzərdə tuta bilər. Lakin işsizlik səviyyəsinin Avropada ən yüksək həddə olduğu Yunanıstanda, insanlar işəgötürənlərin əməkdaşların istismarı üçün yeni tədbirlərdən istifadə edə biləcəyindən qorxurlar.

İslahat bir sıra dəyişiklikləri nəzərdə tutur. Lakin nümayişçiləri daha çox səkkiz saatdan artıq davam edən iş gününün tətbiqini nəzərdə tutan məqamlar narahat edir. Ölkənin əmək naziri Kostis Xasidakis hökumətin təşəbbüsünü müdafiə edərək bildirib ki, yeniliklər əməkdaşları daha çevik cədvəllə təmin edəcək, həftədə maksimum iş saatı isə 40-dan çox olmayacaq.

Özəl sektor işçilərinin ən iri həmkarlar ittifaqında isə yeni qanunun əməkdaşların həyatını “cəhənnəmə” çevirə biləcəyini iddia edirlər.

Tətil artıq nəqliyyatın işində fasilələrə səbəb olub: turizm mövsümünün yenicə başladığı ölkədə qatarlar da hərəkət etmir. Güman edilir ki, etirazlarda müəllimlər və həkimlər də iştirak edə bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email