Kapital Bank Azərbaycanda ilk dəfə əmək haqqı kartlarının ünvana çatdırma xidmətini təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat xidmət növünü təqdim edib. Belə ki, Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və sahibkarlar Kapital Bank-dan sifariş verdikləri əmək haqqı kartlarını çatdırılma xidməti ilə ofislərində əldə edə bilərlər.

Bu xidmət Müştəri Bank vasitəsilə sifariş olunan əmək haqqı kartlarına şamil edilir. Bunun üçün Müştəri Bank-da kart sifariş verən zaman “Ünvana çatdırılma” xidmətini seçməklə sifariş etmək mümkündür. Çatdırılma, hələlik Bakı və Abşeron üzrə mümkündür. Lakin gələcəkdə ölkənin regionlarında da həyata keçiriləcək.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ korporasiyalara dünya gəlir vergisini tətbiq etməyi təklif edib

posted in: Xəbər | 0

ABŞ vergi sistemi,ABŞ-ın Maliyyə Nazirliyi korporasiyalara minimal dünya gəlir vergisi tətbiq etməyi təklif edib. Bu haqda sözügedən nazirliyin saytında xəbər verilib.

Nazirliyin təklifinə əsasən, həmin vergi 15 faizdən az olmamalıdır. Bununla yanaşı, qurumda hesab edirlər ki, G20 və İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT) çərçivəsində müzakirələrdən sonra vergi dərəcəsini daha da artırmaq olardı.

Amerika Maliyyə Nazirliyində izah ediblər ki, indi korporasiyanın dünya vergisi sıfıra yaxındır və kritik investisiyalar üçün lazım olan korporativ vergilər getdikcə  azalır. Beləliklə də ABŞ və digər ölkələrin imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.

Bundan əvvəl maliyyə naziri Janet Yellen, ABŞ hakimiyyət dairələrinin iki vergi manevrinin birləşməsindən 2,7 trilyon dollar qazanmaq istədiyini bəyan etmişdi: beynəlxalq və milli.

Söhbət iki islahatdan gedir. Birinci islahat şirkətlərin mənfəət vergisinin 21 faizdən 28 faizədək artırılmasını nəzərdə tutur. İkinci islahat Yellenin təklifi ilə bağlıdır. Bu da dünyanın bütün ölkələrinin hökumətlərini korporasiyalara mənfəət vergisi tətbiq etməyə və onu minimum səviyyədən aşağı saxlamamaqla bağlı çağırışına aiddir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bitkoinin qiyməti təxminən 50 faiz ucuzlaşıb

posted in: Xəbər | 0

“Reuters” agentliyi qeyd edir ki, ən populyar kriptovalyutanın – bitkoinin – qiyməti illik maksimumla müqayisədə yarıya enib. Bazar günü, mayın 23-də kriptovalyutaların ümumi satışları fonunda bitkoin 13 faiz dəyər itirib. Bazar ertəsi o, enişin az miqdarını bərpa edə bilsə də, hazırda bir sikkənin qiyməti 36,4 min dollar təşkil edir.

“Bitkoin həqiqətən də ciddi və başgicəlləndirici tərəddüdlər nümayiş etdirir”, – RBC Capital Markets investisiya bankının eksperti Emi Bi, baş verənləri belə şərh edib.

Bundan bir qədər əvvəl, may ayında Çin hakimiyyət dairələrinin qərarları fonunda o, üçdə bir qədər dəyər itirmişdi: Çinin Xalq bankı istənilən kriptovalyutanın ölkə ərazisində ödəniş vasitəsi kimi istifadə olunmasını qadağa etmişdi. Bitkoinin qiymətinə mənfi təsir göstərən daha bir amil, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın söylədikləridir. O, “Tesla” şirkətinin 1,5 milyard dollar dəyərində qiymətləndirilən kriptovalyuta ehtiyatını satmağı planlaşdırdığını və ya artıq satdığını elan etmişdi.

Kriptobazarların enişinə daha bir səbəb Çinin kriptoinvestorlarının, “Huobi” kripto mübadiləsi üçün ən böyük xidmət təminatçısının bəyanatı olmuşdu. O, xidmətlərin və məhsulların bir hissəsini, o cümlədən hosting və dağ-mədən avadanlıqları təchizatını minimuma endirdiyini və dayandırdığını bəyan etmişdi.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici valyutada nizamnamə kapitalı

posted in: Xəbər | 0

Həyatın yığım sığortasıHüquqi şəxs dövlət qeydiyyatına alınan zaman zəruri prosedurlardan biri nizamnamə kapitalının formalaşmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə nizamnamə kapitalı əmlak, pul və digər formalarda formalaşdırıla bilər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Hüquqi şəxsin nizamnamə kapitalı yerli və xarici valyutada formalaşdırıla bilər. Xarici valyutada nizamnamə kapitalı, adətən, xarici investisiyalı müəssisələrdə həyata keçirilir.

Müəssisə yaradılarkən dövlət qeydiyyatına alınan hüquqi şəxsin qeydiyyatı zamanı nizamnamə kapitalının xarici valyutada olması nizamnamədə qeyd olunur və həmin vəsaiti faktiki olaraq xarici investor(lar) ödəyir.

Vergi ödəyicilərində sual meydana gəlir ki, xarici valyutada formalaşmış nizamnamə kapitalının vergi və mühasibat uçotu baxımından sonrakı aqibəti necə olur?

Misal: “AA” MMC xarici investisiyalı müəssisədir. Müəssisənin ilkin qeydiyyatı zamanı nizamnamə kapitalı 30.000 dollar olmuşdur və təsisçilər vəsaiti bank hesabına keçirmişdir. Nəzərə alaq ki, ilkin qeydiyyat zamanı məzənnə kursu 1 dollar = 1,5 manat, 31 dekabr 2019-cu ildə isə məzənnə 1 dollar =1,7 manat olmuşdur.

Sual: MMC-nin nizamnamə kapitalı ilkin və sonrakı mərhələlərdə necə uçota alınacaqdır?

Vergi uçotu baxımından Vergi Məcəlləsinin 69-cu maddəsinə nəzər yetirməliyik.

Maddə 69. Xarici valyutanın manatla hesablanması

69.1. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

69.2. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Maddədən aydın olur ki, “AA” MMC-də ilkin ödənilən 30.000 dollar nizamnamə kapitalı həmin günün məzənnəsi ilə 1,5-ə vurulmaqla uçota alınmalıdır. Yəni 30.000×1,5 = 45.000 manat.

Növbəti illərdə isə nizamnamə kapitalı ilin sonunda heç bir məzənnə ilə yenidən qiymətləndirilməməlidir. Belə ki, Məcəllənin 69.2-ci maddəsinə əsasən, ilin sonunda ancaq debitor və kreditor borcları Mərkəzi Bankın məzənnəsi ilə yenidən qiymətləndirilir. Nizamnamə kapitalı isə nə debitor, nə kreditor borc, nə də öhdəlikdir. Nizamnamə kapitalı balansın kapital bölməsidir. Ona görə də vergi uçotu baxımından 31 dekabr 2019-cu ildə də 30.000 dollar vəsait 45.000 manat kimi uçota alınmalı idi.

Sual: Bəs bu vəsait mühasibat uçotu baxımından necə qeydiyyata alınacaqdır?

Bunun üçün 21 saylı Beynəlxalq Mühasibat Uçotu standartına müracət etməliyik və standartdan qısaca çıxarışı təqdim edirəm.

İlkin tanınma

Xarici valyutada həyata keçirilən əməliyyat ilkin tanınma zamanı əməliyyat valyutasında, xarici valyutada olan məbləğə əməliyyat valyutası ilə xarici valyuta arasında əməliyyatın keçirildiyi tarixdə mövcud olan spot məzənnəsini tətbiq etməklə uçota alınmalıdır.

Növbəti balans hesabatı tarixində hesabatın təqdim edilməsi

Hər balans hesabatı tarixində:

(a) xarici valyuta ilə olan monetar maddələr hesabat tarixinə məzənnədən istifadə etməklə çevrilməlidir;

(b) xarici valyuta ilə olan və ilkin dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr əməliyyatın həyata keçirilmə tarixinə mövcud olan məzənnəyə görə çevrilməlidir;

(c) xarici valyutada olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevrilməlidir.

Standartdan aydın olur ki, ilkin tanınma zamanı nizamnamə kapitalı əməliyyatın aparıldığı tarixə olan məzənnə ilə qeydiyyata alınmalıdır.

Yəni 30.000 dollar x1,5 = 45.000 manat.

Növbəti tanınma, yəni növbəti balans hesabatında isə ancaq monetar maddələr dövrün sonuna olan məzənnə ilə uçota alınmalıdır. Yəni 31 dekabr 2019-cu il tarixinə vergi uçotunda olduğu kimi debitor, kreditor borcları, öhdəliklər, bank qalıqları 1 dollar =1,7 məzənnəsi ilə hesablanılır.

Vergi uçotunda olduğu kimi mühasibat uçotunda da nizamnamə kapitalı kapital bölməsi olduğundan yenidən məzənnə ilə qiymətləndirilmir. Odur ki, mühasibat uçotunda da 31 dekabr 2019-cu ildə nizamnamə kapitalı 45.000 manat olmalı idi.

Bunlarla yanaşı, məsələyə mahiyyət baxımından yanaşanda da yuxarıdakı nəticəyə gəlmək olur.

Mənbə: vergiler.az


Bax: Əcnəbi vətəndaşların əmək haqları icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunurmu?



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 946 947 948 949 950 951 952 2. 684