Gəlirli startapı necə təsis etməli? (4-cü hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

startap, startapınızın uğursuzluğu

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Müştərinin “ağrıları” üzərində necə qazanmaq olar?

Gələcək şirkətlər üçün uyğun bir problem nöqtəsi – yetərli sayda istehlakçının “ağrının” mövcudluğunu etiraf etməsi və onun həllindən ötrü ödənişə hazır olduğu zamandır. Belə olarsa, onda sizin startapa bazarda tələbat olacaq.

Qazanc əldə etmək üçün siz ağrını aşkar edə və həmin ağrıya reaksiya verə bilməsəniz – dizayn və inkişafdan başlamış, marketinq və məhsulun testinə kimi bütün qalan fəaliyyətlər boşunadır. Əgər hansısa məhsul problemləri həll etmirsə, adamlar ona görə ödəniş etməyəcəklər.

Konkret plana keçək

Hansı konkret bazarda və hansı bir sahədə bir startap açmağınızı planlaşdırdığınızı siz yaxşı anlayırsınız. Beləliklə, növbəti addım şirkətinizin həll edəcəyi problemi konkretləşdirmək  – onu işləyib hazırlamaq və problemə  reaksiyanı test etməkdir.

İdeyanızın həyata keçəcəyini və qazanc gətirə biləcəyini necə öyrənmək olar?

  1. Potensial müştərilər qrupu tapın
  2. Onların arasında sorğu keçirin: sorğunu şəxsən keçirsəniz daha yaxşıdır, lakin, bu elektron poçt vasitəsilə də mümkündür;
  3. Nəticələri qiymətləndirin.

Məsələni daha yaxşı anlamaq üçün fokus qrup iştirakçılarının sizinlə mümkün qədər dürüst olmasına çalışın. Onlara məhsulun ideyasını satmayın, ən yaxşısı açıq suallar verin. Sualları elə tərtib etmək lazımdır ki, respondentlər sərbəst şəkildə və təzyiq olmadan cavab verə bilsinlər.

Sual nümunələri:

  • X probleminin həllində ən böyük çətinlik nədir?
  • X problemi haqda danışın. Ötən dəfə nə baş vermişdi, bu problemlə siz necə qarşılaşmışdınız?
  • Niyə bu təcrübə sizdən ötrü bu qədər xoşagəlməzdir?
  • Problemi həll etməkdən ötrü siz hansı hərəkətləri etmisiniz?
  • Problemi həlli etmək üçün hansı həll yollarından istifadə edirsiniz? Onlarda sizi qane etməyən nədir? Onları necə dəyişdirmək olar?

5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (II hissə)

posted in: Xəbər | 0

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

2-ci səhv. CV göndərənlərin hamısı ilə müsahibə aparılır
Kifayət qədər tez-tez, mühasib vəzifəsinə layiqli namizədi əldən buraxa biləcəyindən qorxan İnsan Resursları üzrə menecer CV göndərən hər kəsi müsahibəyə dəvət edir. Bu düzgün deyil! Öncə diqqətlə bütün CV-lərlə tanış olmaq lazımdır. Onlarda olan məlumatlar namizədlər haqqında çox söz deyə, bir çox şeylərdən xəbər verə və hətta onlar haqqında ilkin təəssürat yaratmağa belə kömək edə bilər.

CV-də yalnız nə yazıldığı deyil, həm də bunun necə edildiyi də çox vacibdir. Axı, ilk növbədə, mühasibdən tələb olunan hesablamaq bacarığı, savadlı olmaq və öz fikirlərini dəqiq ifadə etmək zərurətini ləğv etmir. CV-də yazılı nitqin keyfiyyəti insanın zehni potensialını göstərir. Savadlı və düzgün nitq onu göstərir ki, insan keyfiyyətli təhsil alıb və intellektual cəhətdən inkişaf edib ki, bu da mühasib vəzifəsi üçün az əhəmiyyət kəsb etmir.

CV ilə tanış olduqdan sonra namizədlərə telefon və ya e-poçt vasitəsilə dəqiqləşdirici suallar vermək lazımdır. Aydındır ki, telefon əlaqəsi zamanı namizədləri tam qiymətləndirmək mümkün deyil. Lakin insan haqqında müəyyən təəssürat əldə etmək olur. Bundan başqa, hətta telefon danışığından belə bir nəticə çıxarmaq olar ki, insan bu işdə nə qədər maraqlıdır. O, həmin vəzifə üçün nəzərdə tutulmuş funksional vəzifələri yerinə yetirməyə hazırdırmı?

Beləliklə, bütün bunları etmədən İnsan Resursları üzrə menecer, namizədlər haqqında mümkün qədər ətraflı məlumat əldə etmək və əvvəlcədən uyğun gəlməyən şəxsləri seyrəltmək imkanını əldən verir. İlkin qiyabi tanışlıq namizədlərin seçilməsi zamanı vaxt və səylərə xeyli qənaət edəcək.

3-cü səhv. Seçim müstəsna olaraq CV əsasında aparılır

CV – dən çox şey öyrənə bilərsiniz. Ancaq, bir insanı yalnız CV – də göstərilən məlumatlar əsasında işə götürmək səhvdir. CV-ni tərtib edərkən iş axtaranlar bir məqsəd güdürlər – özləri haqqında xoş təəssürat yaratsınlar. Buna görə də, çox vaxt qəsdən onların imicinə zərər verə biləcək məlumatları qaçırırlar.

Çox vaxt namizədlər CV-ni tərtib edərkən yalnız elanda vakansiyanın təsvirinə cavab verən əmək yolunun mərhələlərini göstərirlər. Məsələn, vakansiyaya iddiaçı yalnız mühasib kimi çalışdığı iş yerlərini göstərəcək və eyni zamanda mühasibata heç bir aidiyyəti olmayan vəzifələri isə qeyd etməyəcəkdir. Baxmayaraq ki, bu da əhəmiyyətli ola bilər.

Özünün böyük mühasibat təcrübəsini nümayiş etdirməyə çalışarkən, namizəd bunları şişirdə, əmək kitabçasında bununla bağlı qeydlərin olmamasını isə rəsmiləşdirilməyən işlə izah edə bilər. Amma əgər diqqətlə fikirləşsək, direktorlardan hər hansı biri müəssisənin maliyyə vəsaiti ilə əlaqəli olan bir əməkdaşın qeyri-leqal işləməsinə razı olmaz. Deməli, mühasib kimi çalışması barədə qeyd əmək kitabçasında hökmən qeyd olunmalıdır.

Bəzən bir namizəd, əksinə, mühasib kimi qısa iş təcrübəsini göstərir. Eyni zamanda bir çox bacarığının olduğunu, mühasibat və vergi uçotunun bütün məsələlərini tam şəkildə başa düşdüyünü söyləyir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank yenilənən Nərimanov filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Nərimanov filialı, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 9 ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Nərimanov filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (I hissə)

posted in: Xəbər | 0

Mühasib seçimi, Baş mühasib seçimi, mühasib peşəsi, namizəd seçimiHər bir müəssisə mütəmadi olaraq bu və ya digər vakansiya üçün namizəd axtarmaq zərurəti ilə üzləşir. Əgər şirkətə təmizlik işçisi və ya qarderobçu  tələb olunursa, axtarış prosesi çətin ki, uzun sürən və vaxt aparan olsun. Amma  layiqli mühasib tapmaq elə də asan məsələ deyil. Çox vaxt ondan o qədər işlər asılıdır ki, rəhbərlik və insan resursları sadəcə işçinin bu vəzifəyə seçilməsi zamanı səhv etmək hüququna malik deyil. Mühasiblərin seçilməsində tez-tez baş verən səhvləri nəzərdən keçirək.

Kadr seçimi, ilk növbədə, insanların konkret işə uyğunluğunu müəyyən etmək məqsədilə psixoloji və peşəkar keyfiyyətlərinin təhlilindən ibarətdir. Bundan başqa, insanın mənəvi-etik, cinsi-yaş və psixoloji xüsusiyyətləri (şəxsiyyətin temperamenti, xarakteri, bacarıqları, istiqaməti) nəzərə alınmalıdır. Əlbəttə ki, namizədin müəyyən fəaliyyətlə məşğul olmaq istəyi də az əhəmiyyət kəsb etmir.

Axı, əksər səlahiyyətlər özünü tam şəkildə yalnız o zaman göstərir və lazımlı nəticələri yalnız o halda verir ki, insan müəyyən işləri (bacarırsa, qabildirsə) görməyə qabildir və o, bunu istəyir. Yəni, bu onun xoşuna gəlir və dəyərlər sisteminə uyğun gəlir.

Yaxşı mühasib elə də ucuz başa gəlmir, pis mühasib – daha baha başa gəlir.

1-ci səhv. Mühasib vakansiyası ilə bağlı elanın düzgün tərtib olunmaması

Bu səhv nahaqdan birinci yerdə dayanmır. Axı, məhz düzgün tərtib edilmiş və lazımi yerdə yerləşdirilmiş mühasib vakansiyası haqqında elan, insan resursları menecerinə belə mütəxəssisin seçilməsinin bütün başqa mərhələlərində vaxta qənaət etməyə imkan verir.

Mühasib vakansiyası elanının düzgün tərtib edilməsi dedikdə nə başa düşülməlidir?

Birincisi, burada yalnız ümumi tələblər deyil, həm də namizədin spesifik, daha doğrusu, ixtisas tələblərini dəqiq müəyyənləşdirmək lazımdır. Yəni, ən geniş yayılmış 1-2 tələblə kifayətlənmək olmaz. Məsələn, “alıcılar və tədarükçülərlə hesablaşmalar üzrə təcrübə – iki ildən az olmamaq şərti ilə və 1C: Mühasibatlıq proqramı bilikləri”.

mühasib peşəsi, Effektiv kollektivİstənilən halda, elanda mütləq bilik tələbini göstərmək lazımdır:

  • mühasibat və vergi uçotunun aparılmasının əsasları;
  • şirkətin yerləşdiyi vergitutma sistemləri;
  • nəzarət orqanlarının iş prinsipləri.

İkincisi, əgər müəssisədə yeni əməkdaşın gələcək işinin incəliyinə həsr olunmuş işlərlə məşğul olmaq üçün kimisə ayırmağa və ya ümumiyyətlə buna vaxt yoxdursa, elanda qeyd etmək lazımdır ki, mühasibat işinin bu və ya digər sahəsində iş təcrübəsi məcburidir. Əgər söhbət baş mühasib vəzifəsindən gedirsə, onda mühasibat işinin bütün sahələrində iş təcrübəsi olmalıdır.

Üçüncüsü, namizədə olan tələblərdə onun bilməli olduğu mühasibat proqramının ümumi adını göstərmək arzuolunmazdır (məsələn, 1C: Mühasibatlıq). Onun versiyasının nömrəsinə diqqət yetirmək lazımdır. Axı, son versiyalar bir neçə il əvvəl tətbiq olunan daha əvvəlki versiyalardan olduqca fərqlənir.

Ən yaxşı variant – elanda mühasibat uçotunun xüsusi sahəsində mühasibin yerinə yetirməli olduğu funksiyaların və işlərin ətraflı siyahısını göstərməkdir. Bu, namizəd tərəfindən sonradan elanda göstərilmədiyini iddia edə bilməsi üçün mübahisələrdən və anlaşılmazlıqlardan yaxa qurtarmağa imkan verəcək. Mühasib bütün funksional vəzifələrini dəqiq şəkildə yerinə yetirməlidir və hansı alətlər vasitəsilə – bu artıq başqa bir məsələnin mövzusudur.

Mühasib vakansiyası haqqında elanı yerləşdirərək, onun hesablandığı məqsədli auditoriyanı xatırlatmaq çox vacibdir. Belə elanlar üçün ən uyğun yerlər – bu, qaynar vakansiyalar haqqında xüsusi saytlar (müvafiq rubrikalar), mühasibat istiqamətinin elektron və çap nəşrlərdir. Həmçinin, mühasibin seçilməsində kömək üçün agentliyə müraciət edə bilərsiniz (şübhəsiz ki, bu zaman həmin agentliyin səviyyəsinə də diqqət yetirmək vacibdir).


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 950 951 952 953 954 955 956 2. 684