Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Məlumatların buludda emalı, saxlanması istifadəçinin proqram bazasını əhəmiyyətli dərəcədə asanlaşdırır. Məlumatların nəhəng həcmi faktiki olaraq virtual təhlil edilə bilir. Buludun fiziki komponentinə gəldikdə, serverlərin sayı bir neçə ola bilər. Bir qayda olaraq, onlar müxtəlif yerlərdə yerləşdirilir. Bütün bunlar informasiyaya sanksiyasız daxil olmağı çətinləşdirir, onun fiziki məhvini qeyri-real edir.

Bir çox mühasibat proqramları komplekslərinin buluda çıxışı var. Hesabatların verilməsi proqramları, maliyyə əməliyyatlarının (müştəri-bank kimi) aparılması və s.

Bulud texnologiyaları “outsourcer”lərin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Onlardan istifadə, öz proqram sistemlərinin məlumatları ilə yüklənmə riski olmadan, çox sayda müştəriyə səmərəli və keyfiyyətli xidmət göstərməyə imkan verir. Bundan əlavə, bulud texnologiyaları proqram idarəetmə xərclərini optimallaşdırmaq, onu yeniləmək, məlumat şifrələmə xidmətlərinin düzgün işləməsini izləməyi və s. təmin edir. Bütün bunlar maya dəyərini və ardınca da mühasibat xidmətlərinin qiymətini aşağı salmağa imkan verir. Faktiki olaraq, “outsourcer” texnoloji planda nə qədər mükəmməldirsə, müştəriyə onunla əməkdaşlıq etmək bir o qədər sərfəlidir.

Yeri gəlmişkən, faydalar barədə
Müasir texnologiyaların “outsourcer”lərə niyə daha sərfəli olduğu aydındır. Bəs mühasibat xidmətlərinin son istehlakçısı, sifarişçisi üçün onlardan istifadənin üstünlükləri nədən ibarətdir?

Birincisi, müasir texnologiyalar məlumatların təhlükəsizliyini, onların təhlilinin keyfiyyətini, mühafizəsinin etibarlılığını, emalın yüksək sürətini və sifarişçinin sorğusu əsasında verilməsinin təmin edilməsinə imkan verir.

İkincisi, müasir texnologiyaların tətbiqi həllərin miqyaslılığının asanlığını təmin edir. İstifadəçilərin sayı, məlumatların həcmi həm arta, həm də azala bilər. Özü də bu zaman bütün qarşılıqlı sistemi dəyişdirmək lazım gəlmir. Müvafiq olaraq, “outsourcer”ə keçid zamanı onun formatının dəyişdirilməsi maksimal dərəcədə azalır.

Üçüncüsü, müasir texnologiyalar mobilliyi təmin edir. Xidmətdən istifadə edən sifarişçi istənilən vaxt və dünyanın istənilən yerindən işlərin yerinə yetirilməsi prosesinə və keyfiyyətinə nəzarət edə bilər. Eləcə də icraçı ilə ünsiyyət prosesi əhəmiyyətli dərəcədə sadələşdirilir.

Dördüncüsü, mühasibat uçotu üzrə xərclər daha proqnozlaşdırıla bilən, tənzimlənən, nəzarət edilə bilən olur.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email