Kapital Bank sahibkarlara “Sürətli tender” məhsulunu təklif edir

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün “Sürətli tender” məhsulunu təklif edir.

“Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; il ərzində bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, “Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə – https://kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

posted in: Xəbər | 0

dividendSual: Biz ödənişlərin bir hissəsini nağd, bir hissəsini isə bank ilə ödəyirik. İndi keçən ilin mənfəətindən təsisçiyə 10% dividend məbləğini tutaraq kassadan nağd pul vermək istəyirik. Bu mümkündürmü? Mümkündürsə məbləğ məhdudiyyəti varmı? Burda da 30.000 manat söhbəti olacaqmı? 10%-i banka köçürəcəyik.

Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Buna əsasən hüquqi şəxs tərəfindən onun təsisçilərinə təqvim ayı ərzində dividendlərin nağd qaydada ödənilməsi Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində həyata keçirilə bilər. Xatırladırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində maliyyə sanksiyası nəzərdə tutulur.

Bax: Vergi Məcəlləsinin 58.7-1-ci, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək Məcəlləsinə düzəlişlər işçilərin mənafeyinə xidmət edir

posted in: Xəbər | 0

Qrant sazişlərin bağlanmasıÖlkədə həyata keçirilən şəffaflaşma prosesi, əmək münasibətlərinə dövlət dəstəyinin artırılması və işçi hüquqlarının müdafiəsi ilə əlaqədar aparılan islahatlar çərçivəsində Əmək Məcəlləsində bir sıra əlavə və dəyişikliklər edilib. Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.

Bəzən müəssisələr vətəndaşla mülki xarakterli müqavilələr bağlamaqla müqavilə münasibətlərinə xitam verə bilirdi. Bu, həm də şəxsin geniştərkibli işçi hüquqlarından və sosial güzəştlərdən faydalanmasının qarşısını alırdı. Əmək Məcəlləsinə edilən son düzəlişlər məcburi şəkildə müəssisələrin əmək münasibətlərinə cəlb edilməsinə və işçi hüquqlarının qorunmasına şərait yaradır.

Dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Yeniliklərdən biri də Məcəlləyə əmək münasibətləri anlayışının daxil edilməsi və bu anlayışa izah verilməsidir.

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Yeni düzəlişlərə əsasən, əmək münasibətlərinin dairəsi də dəqiqləşdirilib:

1) Tərəflər arasında bağlanmış müqavilənin məzmununda rekvizitlər, əmək funksiyası, iş yeri, vəzifəsi, işə başlama vaxtı, iş, istirahət vaxtı, əməkhaqqı, əsas və ya əlavə iş yeri olması, məzuniyyət hüququ, tərəflərin öhdəlikləri kimi müddəalar varsa və müqavilə nümunəvi əmək müqaviləsi formasında bağlanıbsa, bu, əmək münasibətləri sayılacaq.

2) Əmək kitabçası təqdim edilməklə müqavilə bağlanıbsa bu hal da əmək münasibəti sayılacaq. (Məlum olduğu kimi elektron sistemin mövcudluğuna baxmayaraq hələ də əmək kitabçasının tətbiqi mümkündür).

3) Tərəflər arasında münasibətlərin yaranması vəzifəyə təyin edilmə, müsabiqə əsasında, ödənişli seçkili yaxud təyinatlı işə keçirmə, məhkəmə qərarı ilə qəbul kimi hallarda yaranan münasibətlər də əmək münasibətləri sayılacaq. Bəzi hallarda vəzifəyə mülki müqavilə əsasında təyin edilmə hallarının mövcud olduğu bank və sığorta sektoru kimi sahələrdə artıq şəxsin təyin edilməsi ilə yaranan münasibətlər yalnız əmək münasibətləri sayılacaq.

4) Münasibətlər işəgötürənin əsas fəaliyyətinə uyğun olarsa bu, əmək münasibətinə aiddir. Müəssisələr mülki müqavilə təcrübəsindən istifadə edərkən hətta işçinin əsas fəaliyyətinə aid işlərdə də əmək münasibətlərini istisna edirdi. Dərzi, sürücü, usta xidmətlərini təklif edən sahibkarlar həmin statusda olan şəxslərlə əmək müqaviləsi bağlamırdı. Yeni düzəlişlər bu kimi halları aradan qaldıracaq.

5) Əvəzçilik və ya müvəqqəti əvəzetmə halları əmək münasibəti yaradır. Müəssisədə işçi müvəqqəti işə çıxmadıqda (hamiləlik, 3 yaşadək uşağa qulluq və s.) onun yerinə işə cəlb edilən şəxslərlə də rəsmiləşdirmə mülki müqavilə ilə davam etdirilirdi. Yaxud, şəxs əsas iş yerindəki işindən başqa işlə məşğul olanda, onunla əmək münasibətləri davam etdirilsə də, rəsmiləşdirmə mülki müqavilə ilə olurdu. Artıq bu hallar da aradan qalxacaq.

6) Müvəqqəti işlərin müddəti bitməsinə baxmayaraq müddət davam etdirilərsə, bu hal da əmək münasibətlərinə aid edilir. Sahibkarlar mövsüm bitəndən sonar da işçiləri işə cəlb etdikləri hallar olur. Düzəlişlərdən sonar davam edən mübasibətlər də əmək münasibətləri kimi rəsmiləşdirilməli olacaq. Bu hal tək mövsümi işlərlə məhdudlaşmır. Bəzən təhsil müəssisələrində müəyyən müddət (dərs periodu olan aylar) üçün əmək müqaviləsi bağlanırdı. Əslində isə hər tədris müddətində münasibətlər davam edirdi. Bu düzəlişlər belə özbaşınalıqları aradan qaldıracaq.

7) İşin xarakterinə görə nəticədə ödənilən xidmət haqlarının tərkibinə tarif maaşı, əlavə və mükafatlar daxil olarsa, bu, müqavilə ilə rəsmiləşdirilməlidir. Müəyyən kateqoriya müəssisələr ödənilən aylıq xidmət haqqına əlavə komissiya, mükafat və xüsusi əlavələr daxil edirdi və münasibətləri birbaşa əmək münasibətlərindən kənar olaraq mülki müqavilələrlə rəsmiləşdirirdi. Düzəliş bu cür halların qarşısını alır.

8) Şəxsin işdə olmadığı halda orta əməkhaqqı saxlanırsa, şəxsə intizam tənbehi verilirsə, məzuniyyət hüququ verilirsə, ştat ixtisarı və digər əsaslarla rəsmi əmək müqaviləsi olan şəxslərdəki kimi yaranmış münasibətlərə xitam verilirsə, işləri yerinə yetirən şəxsin vəzifələri elə qanunvericilikdə işçinin vəzifələri ilə eynidirsə – bunlar da əmək münasibətlərinə daxil edilir. Göründüyü kimi, qeyd edilən hallar əmək münasibətlərinin xarakteri ilə eynilik təşkil etsə də, işəgötürənlər müəyyən öhdəliklərdən yaxa qurtarmaq və işçi ilə müqaviləyə asanlıqla xitam verə bilmək üçün mülki müqavilələrdən istifadə edirdi. Artıq bu cür hallarda işçilərlə mütləq əmək müqaviləsi bağlanmalı olacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi sahəsində daha bir elektron xidmət təkmilləşdirilib

posted in: Xəbər | 0

Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtı“Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi” elektron xidməti daha da təkmilləşdirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Hökumət Ödəniş Portalı (https://www.gpp.az) infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərin də vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür.

Qeyd olunub ki, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi vergi inzibatçılığının əsas prioritetlərindən biridir.

Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradır.

Vergi Xidmətinin təqdim etdiyi “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu elektron xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 951 952 953 954 955 956 957 2. 684