Read More9
Read More9

Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək

posted in: Xəbər | 0

Əmək Məcəlləsi, Əmək müqaviləsinin ləğv edilməsi, əmək müqavilələrinin sayı, işəgötürən. xidməti müqavilə, Əmək müqaviləsinə xitam, emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsiÖlkəmizdə əmək münasibətlərinin daha səmərəli şəkildə tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliyi millət vəkili Vüqar Bayramov şərh edir.

Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirmək və qeydiyyata alınmayan əmək münasibətlərini rəsmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklərlə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçüləbilən meyarlar daxil edilib. Bu dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hala gətirir.

Yenilik, həmçinin, əmək münasibətləri anlayışını da ehtiva edir. Dəyişikliklərə görə, əmək münasibətləri əmək qanunvericliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.

Dəyişikliklərə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunur və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

• müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda;

• tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

• tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;

• tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

• tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

• yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsi ilə müəyyən edilən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə tənzimləndikdə;

• yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

• müqavilədə Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

Qeyd edək ki, bu hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanır.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə, azaldılmasına şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (2-ci hissə)

posted in: Xəbər | 0

Əməkhaqqı statistikası (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Beynəlxalq statistika

Beynəlxalq əmək təşkilatının (BƏT) hesablamaları həqiqətə daha çox yaxındır. Onun tərəfindən tərtib edilən siyahılar, iqtisadiyyatı ən uğurlu olan dünyanın 70 bölgəsindəki vəziyyətin ətraflı araşdırılmasına əsaslanır. Yekun göstəricilər cədvəli özlüyündə elə bir siyahıdır ki, onun üst sətirlərində ən yüksək qazanclı millətlər yerləşir, ardınca isə qazancların azalma sırası ilə digərləri gəlir. Hesablama üçün ABŞ dolları seçilib, lakin, bir düzəliş də əlavə olunub. Belə ki, müxtəlif ölkələrdə 1 dollara müxtəlif sayda mal almaq mümkündür. Beləliklə, məlumatlar bütün dövlətlərin fonunda ümumi gəlirliliyi deyil, daxili qiymətlərin və orta mənfəətin nisbətini nəzərə alaraq, ayrıca götürülmüş region üçün əmək haqqının alıcılıq çəkisini əks etdirir.

  • Beynəlxalq statistika necə işləyir:
  • Hesablamada yalnız işçilərin maaşları nəzərə alınır;
  • İşçi kütləsinin səviyyəsi, ixtisası, təcrübəsi nəzərə alınır;
  • Hesablamalardan biznemenlər, özəl və fərdi sahibkarlar, işsizliyə və əlilliyə görə sosial müavinətlər alanlar, pensiyaçılar çıxdaş edilir.
Ən yaxşı maaş göstəriciləri ilə on ölkə

Mühümdür! Göstərilən rəqəmlər rəsmi statistikadan bir qədər fərqli ola bilər.

Məsələ burasındadır ki, BƏT-in reytinqi hər il dərc olunur, lakin reallıqda o, əvvəlki bir neçə il ərzində verilən məlumatlar əsasında tərtib edilir. Özü də müxtəlif ölkələr üzrə maaşlar müxtəlif illər üzrə müqayisə oluna bilər. Hətta müntəzəm olaraq yenilənən vikipediyanın reytinq cədvəlli məqaləsində belə məlumatların aktuallığı tarixinə malik ayrıca qrafa var. Bu, emal edilməli olan nəhəng informasiya həcmləri, eləcə də müxtəlif ölkələrdən statistikanın daxil olmasının qeyri-bərabərliyi ilə bağlıdır.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli? (7-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (7-ci hissə)

6-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

4. Minimal həll

Problemin həlli üçün hansı minimum funksiyalar dəsti tələb olunur?

İkinci və üçüncü mərhələni tamamlayaraq, siz artıq məhsulun monetizasiyası haqqında əsas faktların toplusuna sahibsiniz və xarici görünüş və funksiyaların dəsti haqqında müəyyən təsəvvürə maliksiniz. Növbəti addım – bu, insanların ödəməyə hazır olduqları əsas funksiyaların minimum dəstini yaratmaqdır.

Startapın işə salınmasına hazırlığın bu mərhələsində əsas diqqəti ümumi qərara ayırın, funksiyaların, dizaynın və inkişafın təkmilləşdirilməsi ilə isə daha sonra məşğul olmaq olar.

Minimum funksiyalar dəsti ilə hər hansı bir şəraitə uyğunlaşa bilərsiniz. Funksiyalar nə qədər az  dəyişdirilərsə, təklifin sadəliyi müştərinin daha çox xoşuna gələcək.

Göründüyü kimi, mükəmməllik, əlavə etmək üçün nəsə olmadıqda deyil, nəyisə ondan artıq qoparmaq mümkün olmadıqda, əldə olunur.

Antuan de Sent Ekzüperi, yazıçı və hərbi təyyarəçi 

Funksiyaların minimal dəstini necə müəyyən etməli?

1. Hipotez işləyib hazırlayın. Bunun üçün fokus-qruplarda sorğuların nəticələrini təhlil edin. Birbaşa soruşun: həll olunmalı problem nədir? Bu informasiyanı sadələşdirin və çıxışda siz sadə funksiyalar dəstini əldə etmiş olacaqsınız.

2. Potensial müştərilər qrupu yaradın. Onları əvvəllər e-poçtlarınıza cavab verən və müştəriniz ola biləcək insanlar arasından tapın, adlarını siyahıya salın.

3. Məhsulunuza vizual forma verin. Məhsul haqqında yaxşı bir fikir yaratmağa kömək edəcək bir neçə maket çəkin.

4. 100 manatlıq test. İstehlakçılara maketi göstərin və əgər onlar istifadə etməyə hazır deyilsə, son məhsula əlavə etməyi planlaşdırdığınız bütün xüsusiyyətləri qeyd edin və aşağıdakı sualları verin: “Bir və ya daha çox funksiyaya sərmayə qoymaq üçün yalnız 100 manatınız varsa, bu pulları nə üçün sərf edərdiniz?” Müştərilər onlar üçün həqiqətən vacib olan xüsusiyyətləri seçəcəklər.

5. Məhsulunuza olan tələbatı dəqiqləşdirin və yoxlayın. Belə bir sual verib tələbatı və qiyməti test edin: “Sizin fikrinizcə, məhsul üçün hansı qiymət daha qəbulolunandır?” “Məhsuldan istifadəyə görə birdəfəlik ödəniş etməyi və ya aylıq abunəçi kimi ödəməyi üstün tutursunuz?”

Əhəmiyyətsiz xüsusiyyətləri əlavə edərək, məhsulun təkmilləşdirilməsinə vaxt, enerji və pulunuzu israf etməyin.


8-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirKart sahibləri PAŞA Sığortadan olan könüllü tibbi sığortanı taksitlə əldə edə bilərlər

posted in: Xəbər | 0

Ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri, PAŞA Sığortadan olan fərdi müştərilər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunun dəyərini istəklərindən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərlər. Belə ki, sığorta haqqı məhsulun müddətindən çox olmamaq şərti ilə 3, 6, 9 və ya 12 taksitlə ödənilə bilər.

Taksit ödənişi zamanı sığorta haqqına əlavə komissiya və ya hər hansı faiz tətbiq olunmur. Ödənişin hissələrə bölünməsi üçün müştərilər PAŞA Sığortanın Baş ofisi, Port Baku Ofisi, Sumqayıt və ya Gəncə filiallarına yaxınlaşıb, ödənişi ofislərdəki POS terminallar vasitəsilə həyata keçirməlidirlər.

Könüllü tibbi sığorta məhsulu “Gold”, “Silver” və “Classic+” adı altında 3 paket şəklində müştərilərə təklif olunur. Müştərilər “Gold” paketi üzrə 1050 AZN sığorta haqqı ödəməklə 20 000 AZN, “Silver” paketi üzrə 840 AZN sığorta haqqına 15 000 AZN, “Classic+” paketi üzrə isə 645 AZN sığorta haqqına 10 000 AZN sığorta təminatı əldə edə bilərlər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 957 958 959 960 961 962 963 2. 705
error: Content is protected !!