Gəlirli startapı necə təsis etməli? (6-cı hissə)

posted in: Xəbər | 0
birbank biznes

Gəlirli startapı necə təsis etməli? (6-cı hissə)

5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Bazarın həcmi barədə təsəvvür əldə etmək istəyirsinizmi? Bu hərəkətləri yerinə yetirin:

  • Bazar haqqında KİV-in xülasəsini əldə edin. Gartner və ya IBIS kimi nüfuzlu bazar araşdırmaları agentliklərinin araşdırmalarının nəticələri olan məqalələri tapmağa çalışın.
  • Bazarın təxmini həcmini yazın, zəruri olduğu halda statistik məlumatları və rəqəmləri toplayın (Google-dan istifadə etmək olar).
  • “Google Trends”, “Google Keyword Planner” və “Facebook Advertiser Tools” daxil olmaqla müasir analitik vasitələrdən istifadə edərək, reytinqinizə dair əlavə dəlillər toplayın. Bu tətbiqlərdən istifadə edərək, təklif olunan həll üçün tələb səviyyəsini müəyyən edə bilərsiniz.

Konkret olaraq öz bazarınızın ölçüsünü düzgün hesablamaq üçün statistikanı lazımsız şəkildə ümumiləşdirməməyinizdən əmin olun. Məsələn, əgər siz qadın geyimləri satışı ilə məşğul olan onlayn-mağazanı işə salırsınızsa və ölkədə 5 milyon qadın yaşayırsa, anlamaq lazımdır ki, bazarın ölçüsü bu rəqəmə bərabər olmayacaq. İnternetdə nə qədər qadının (sizə lazım olan yaş kateqoriyasından olan) alış-veriş etdiyini, təklif etdiyiniz üslublarla maraqlandığını və s. müəyyən edin. Hədəf auditoriyanızın üstünlüklərini və vərdişlərini hərtərəfli başa düşün.

Startap üçün konkret bazar hesablamalarının başqa bir nümunəsi

  • Tutaq ki, gələcək treyderlər üçün ticarət alqoritmlərini proqramlaşdırmağa imkan verən bir vasitə hazırlayırsınız.
  • Bazarda 10 milyon treyder işləyir, lakin, biz indicə yuxarıda gördüyümüz kimi, onların sayı bütün bazarı əks etdirmir. Tədqiqat apardıqdan sonra, sizə məlum olur ki,10 milyondan yalnız 2,5 milyonu aktiv treyderlərdir və qalan 7,5 milyonu ayda bir sövdələşmədən daha az əməliyyat həyata keçirir.
  • Beləliklə, sizin 2,5 milyon potensial müştəriniz var. Əlavə tədqiqatlar göstərir ki, onlardan yalnız 1 milyonu məhsulunuzdan istifadə etmək üçün kifayət qədər proqramlaşdırma bacarıqlarına malikdir. Aydındır ki, bu rəqəmi əldə etmək üçün, məsələn, Google sorğu formaları vasitəsilə treyderlərə müraciət etməlisiniz.
  • Bazarda oxşar məhsulları araşdıraraq, seqmentinizdə qiymət mexanizmini başa düşürsünüz. Məsələn, məhsul üçün illik lisenziya 500 dollar dəyərindədir. Hesablama aparaq: 500 x 1 mln istifadə,i = 500 milyon dollar. Əgər siz bazarı 100% əhatə edə bilsəniz, bu əldə edə biləcəyiniz maksimum gəlir olacaq.

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email