Maliyyə sanksiyaları tətbiq edilərkən hansı məqamlara diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Maliyyə sanksiyaları vergi ödəyicilərinin arzulamadıqları haldır. Bəs praktikada bu hal yarandıqda hansı məqamlar nəzərdən qaçırılmamalıdır? Məsələni vergi və mühasibat mütəxəssisi Xəyal Feyzullayev şərh edir.

Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Burada Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tətbiqi ilə əlaqədar bu Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları ilə nəzərdə tutulan sərəncamın “dondurulma” və ya icra sənədi olan “alınmalı” sərəncamın qoyulmasına diqqət yetirmək lazımdır. Vergi Məcəlləsinin 65.2.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə qoyulmuş sərəncam tarixindən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsi ilə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir. Lakin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam (dondurulma) qoyulduğu halda, bu Məcəllənin 58.3-cü maddəsi tətbiq edilmir.

Belə ki, Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə görə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə, kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edildiyi göstərilib.

Bundan əlavə, Məcəllənin 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

Misal 1: Tutaq ki, “AA” MMC-nin 2021-ci ilin mart ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsi üzrə 5.000 manat vergi öhdəliyi yaranıb. Lakin müəssisə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vergi borcunu ödəməyib və bunun üçün ona Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, 5 gün müddətində vergi borclarının ödənilməsi barədə bildiriş təqdim edilib. Bildirişdə göstərilən müddət ərzində vergi öhdəliyi yerinə yetirilmədiyi səbəbindən şəxsin bank hesabına “alınmalı” sərəncam qoyulub. Sərəncamın qoyulduğu tarixdən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 20.000 manat məbləğində kassa məxaric əməliyyatları aparılıb. Bu halda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 10.000 manat maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: “BB”MMC-də aparılan kameral vergi yoxlaması ilə 2021-ci ilin mart ayının ƏDV bəyannaməsi üzrə 5.000 manat məbləğində əlavə vergi hesablanıb. Tutaq ki, vergi ödəyicisinin həmin məbləğ qədər vergi öhdəliyi yaranıb. Vergi ödəyicisinə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam qoyulub. Vergi ödəyicisi isə hesablanmış vergilər barədə yuxarı vergi orqanına şikayət edib. Yuxarı vergi orqanı tərəfindən şikayətə inzibati qaydada baxılıb və qərar qəbul edilib.

Vergi borcunun yarandığı tarixdən qərarın qəbul edildiyi icra tarixinədək “BB” MMC tərəfindən Mülki Məcəllənin 965.2-ci maddəsi ilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 20.000 manat məbləğində kassa məxaric əməliyyatları aparılıb. Qərarın vergi ödəyicisinin xeyrinə və ya mənfi həll edilməsindən asılı olmayaraq, “BB” MMC tərəfindən qeyd olunan kassa məxaric əməliyyatlarının aparılmasına baxmayaraq, bank hesabında həmin dövrdə “dondurulma sərəncam” olduğu üçün səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsi ilə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilmir.

Müəllif: Xəyal Feyzullayev


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti korrupsiya ilə sistemli mübarizə aparır

posted in: Xəbər | 0

Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıMüasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarıb.

Yeni idarəetmə modellərinin mühüm şərti dövlət xidmətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir. Yeni rəqəmsal mexanizmlərin tətbiqi, insan kapitalı, ictimai əməkdaşlıq, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğuna nail olmaq müasir islahatların əsas elementləridir.

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm şərtlərindan biri insan kapitalının keyfiyyətinin artırılmasıdır. Çünki, müasir dövlət idarəetməsinin ənənəvi funksiyaları ilə yanaşı, indi proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadə kimi bacarıqlar tələb olunur. Bu baxımdan dövlət xidmətlərinin yeni, gənc və müasir biliklərə malik kadrlarla komplektləşdirilməsi bu gün hökumətin qarşısında duran əsas prioritetlərdən biridir.

Yenilənən insan resursları

Azərbaycanın vergi orqanları kadrların yenilənməsi, vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması prosesində müasir yanaşma həyata keçirir. Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artması insan kapitalına olan müasir tələblər və çağırışlar formalaşdırıb. Müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi yeni informasiya texnologiyalarından sərbəst istifadə edən və yüksək biliklərə malik olan kadrların formalaşdırılmasını və yetişdirilməsini tələb edir.

Son illərdə vergi xidmətinə qəbul edilən bütün kadrlar iki pilləli işə qəbul müsabiqələrindən keçiblər. Bu günə qədər test üsulu ilə işə qəbul olunan gənc kadrlar vergi xidmətində çalışanların 50 faizindən çoxunu təşkil edir.

Bu gün vergi xidmətinin rəhbərliyi, habelə yüksək vəzifələrdə çalışanların mütləq əksəriyyəti həmin gənc kadrlardan təşkil olunub. Bununla yanaşı, xüsusilə rəhbər vəzifəli şəxslərin potensialının sistemli şəkildə artırılması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlər görülür. Hər bir əməkdaş mütəmadi şəkildə müxtəlif təlim proqramlarına cəlb edilir, yeni işə təyin olunmuş əməkdaşlar üçün adaptasiya proqramları, vergi orqanı əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi üçün qiymətləndirmə mexanizmləri tətbiq edilir. Həmçinin işçiləri motivasiya edən, onların normal yaşayışını təmin edən əmək haqqı və mükafat sistemi vardır.

Bu gün vergi xidmətində vəzifə irəliləyişi yalnız peşəkar fəaliyyətin əsasında mümkündür. Hətta xidmətin struktur rəhbərləri belə vəzifəyə birbaşa təyinat almır, müəyyən müddət onlara bu vəzifələrin icrası müvəqqəti tapşırılır. Fəaliyyətin və iş göstəricilərinin uğurlu nəticələri, habelə heyətin idarə olunması sahəsində yüksək menecment göstərildikdən sonra rəhbər vəzifələrə təyinat aparılır.

İctimai iştirakçılıq ictimai nəzarətin forması kimi

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin və onların işinin effektiv qurulmasının metodlarından biri də həmin qurumların işinə vətəndaş cəmiyyətinin cəlb edilməsi, ictimai şuraların yaradılması və bu müzakirələrin verilən qərarlara təsiri hesab olunur. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu bü məsələləri tənzimləyir. İctimai iştirakçılığın müxtəlif formaları mövcuddur ki, onlardan biri də ictimai birliklərlə işin qurulması, vətəndaş cəmiyyəti institutlarının qurumun fəaliyyətinə yaxından cəlb edilməsidir.

Dövlət Vergi Xidməti bu baxımdan vətəndaş cəmiyyəti institutları və ekspert cəmiyyəti ilə yaxından işləyən strukturlardan biridir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesi artıq neçə illərdir ki, vətəndaş cəmiyyəti ilə ciddi müzakirələrdən sonra aparılır. Xüsusən, sahə üzrə ekspertlərin cəlb edilməsi ilə vergi qanunvericiliyi təhlil edilir, qanunvericilikdəki təkmilləşdirilməli zəruri məqamlar müəyyən edilir və onların təhlili aparılaraq müvafiq dəyişikliklər layihəsi hazırlanır.

Bu yaxınlarda Dövlət Vergi Xidmətinin strukturunda – Vergi siyasəti baş idarəsində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilik və inzibatçılığın yeni çağırışlara uyğun təkmilləşdirilməsindən ibarətdir. Bu struktur sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyəti təmin edəcək.

Dövlət Vergi Xidmətində aparılan bu institusional islahatlar ictimai iştirakçılığın təmin edilməsinə xidmət edir. Bu iştirakçılığın gələcəkdə dövlət və biznes üçün faydası olan nəticəli prosesə çevrilməsi istiqamətində daha da genişləndirilməsi nəzərdə tutulur.

Şəffaflıq mexanizmləri insan amilinə qarşı

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm həlqələrindən biri də korrupsiya ilə mübarizədir. Vergi orqanları sistemdə korrupsiya hallarının qarşısının alınması, aşkar olunan mexanizmlərin müəyyən edilərək onların yaranmasına yol açan halların dəqiqləşdirilməsi və ləğv edilməsi istiqamətində böyük işlər aparır. Burada məsələ təkcə korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi deyil, korrupsiya imkanı yarada biləcək həmin bu halların ləğv edilməsidir.

Bütövlükdə korrupsiya ilə aparılan mübarizənin indiki təcrübəsi göstərir ki, dövlət qurumlarında daxili nəzarət sistemi təkcə vergi əməkdaşlarının fərdi fəaliyyətini əhatə etməməlidir, həmçinin fəaliyyət prosesinin risk meyarları əsasında təhlilinə və risklərin önlənməsi tədbirlərinə söykənməlidir. İnsan amili ilə yanaşı, vətəndaşlarla, o cümlədən vergi ödəyiciləri ilə ünsiyyəti ləğv edən, bütün münasibətləri elektron formata keçirən mexanizmlərin tətbiqinə üstünlük verilir.

Elektron hökumətin mühüm həlqələrindən biri olan vergi xidməti geniş miqyasda elektron xidmətlər tətbiq edən ilk dövlət qurumlarından biridir. Bu gün vergi ödəyicisi vergi orqanına gəlmədən qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər. Vergi ödəyicisinin vergi orqanı ilə münasibətlərini tam şəkildə məsafədən təşkil etmək üçün Xidmətin 63 elektron xidməti mövcuddur. Sadə desək, sahibkar elektron xidmətlərə üstünlük verərsə, vergi əməkdaşlarının üzünü illərlə belə görməyə bilər.

Yox əgər, onu incidən hər hansı vergi işçisi ilə qarşılaşarsa, sahibkarlar üçün vergi əməkdaşlarının hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətləri üçün qaynar xətt olan Çağrı Mərkəzi, internet sayt üzərindən müraciət, daxili təhlükəsizlik strukturuna birbaşa müraciət və s. kimi çoxşaxəli imkanlar yaradılıb.

Korrupsiyanın önlənməsi daha vacibdir

Qeyd olunmalıdır ki, məhz bu məlumatlandırma sistemlərinin mövcudluğu, habelə daxili təhlükəsizlik strukturlarının effektiv fəaliyyəti nəticəsində bu gün vergi sistemində korrupsiya və vəzifədən sui-istifadə hallarını dərhal aşkar etmək və önləmək imkanları yaranmışdır. Məsələn, bu yaxınlarda Baş Prokurorluq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı Mahir Əbdürəhimovun vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər qanunsuz hərəkətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılması barədə məlumat yaydı. Bu hadisənin təfərrüatlarında göstərilirdi ki, həmin şəxs tutduğu mövqedən və sahibkarların etibarından sui-istifadə edərək onların dövlət büdcəsinə borclarını daha sürətli və ödəyicilər üçün rahat şəkildə ödəyəcəyini vəd etməklə sahibkarlardan şəxsən və əlaltıları vasitəsilə külli miqdarda pul vəsaitini alıb və mənimsəyib. Törətdiyi əməlləri isə ört-basdır etmək üçün işlədiyi dövlət qurumunun rəsmi informasiya resursuna yalan məlumatlar daxil edib və bunun üstünün açılmayacağına əmin olub.

Məsələnin vacib tərəfi isə budur ki, onun bu əməlləri elə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturu tərəfindən açılıb. Vergi xidmətində qurulan şaquli daxili nəzarət sistemləri və risklərin müəyyən edilməsi meyarları az sonra vergi ödəyicilərinin hesabatları və ödənilən vergilər arasındakı disbalansları aşkar etməyə imkan verib. Məsələyə qoşulan daxili tədqiqat qrupu artıq sabiq vergi əməkdaşının törətdiyi əməllərin sxemini və korrupsiya mexanizminə qoşulmuş şəxsləri müəyyən edib. M.Əbdürəhmanov dərhal işindən kənarlaşdırılıb, onun barəsində araşdırmalar, qurduğu korrupsiya sxemi detallı şəkildə aktlaşdırılıb və materiallar hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bu hadisə vergi xidmətinin daxili təhlükəsizlik strukturlarının son illərdə apardığı və aşkar edərək üzə çıxardığı yeganə fakt deyil. Son 3 ildə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturları tərəfindən korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Belə şəxslər arasında təkcə sıravi işçilər deyil, yüksək vəzifə tutan şəxslər də olub.

Beləliklə, şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi ödəyiciləri üçün qurulan müraciət imkanları və əks-əlaqə sistemləri, rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlar dövlət vergi orqanlarında korrupsiya ilə mübarizənin sistemli şəkildə aparılmasının göstəricisidir və bütövlükdə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə xidmət edir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda daha 28 nəfərin əmək müqaviləsi olmadan işlədildiyi aşkarlanıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında paytaxtın Xətai rayonunda fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı “Sema-Zen” MMC-yə məxsus eyni adlı restoranda 14 nəfər və Axundov Cəfər Musa oğluna məxsus ”İskəndərçi” restoranında 14 nəfər olmaqla, ümumilikdə 28 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş hər iki vergi ödəyicisi barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

“İşçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərin və gəlirlərin gizlədilməsinə yol açır. Əmək müqaviləsinin bağlanması işçilərin əmək və sosial hüquqlarının rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təmin edilməsinə imkan verir. Əmək müqavilələrinin bağlanması sahəsində nəzarət tədbirləri davam etdiriləcək”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib kimi yeni işə başlayanlara bir neçə məsləhət

posted in: Mühasib, Məqalə, Xəbər | 0

Aparıcı Mühasib, Böyük mühasib, mühasibat uçotu, baş mühasib köməkçisi, vakansiya,Mühasibat xidmətləri – öz spesifikliyi olan fəaliyyət sahəsidir. Hər kəs səhv edə bilər, xüsusi ilə də təcrübəsiz mühasiblər. Beləliklə, yerinə yetirilməsi zamanı təcrübəsiz mühasib qarşısında bir çox suallar yarana bilən ən geniş yayılmış prosedur, bəyannamənin doldurulması, hesabatların verilməsi ilə bağlı olur.

Bir qayda olaraq, həmin hesabatların düzgün doldurulması üçün o, daha təcrübəli olan əməkdaşa müraciət edir. Əgər, bütün mühasiblər yalnız bir işlə – hesabatların verilməsi ilə məşğul olduqları anda baş verirsə, təəssüf ki, az təcrübəli həmkarına onu maraqlandıran bütün məsələləri izah etmək üçün kifayət qədər vaxt ayıra biləcək təcrübəli olan sərbəst mühasibin axtarışı ciddi problemə çevrilir.

Nəticədə, bəyannamə bütün qaydalara uyğun olaraq doldurulur. Lakin vergi müfəttişliyinə tələb olunan müddətdən sonra göndərilir. Hesabatvermə müddətinə riayət edilməməsi səbəbindən təcrübəsiz mühasibin günahkar olduğu şirkət cərimə ödəməlidir. Lakin belə bir vəziyyətdə ən yaxşı şəkildə necə davranılacağını bilsəydiniz, bundan qaçmaq olardı. Təcrübəli mühasib, müəyyən halların mühasibat xidmətlərinin keyfiyyətcə yerinə yetirilməsinə mane olduğunu başa düşərək, ehtimal ki, bəyannaməni müvafiq qaydalara riayət olunmadan doldurmağa çalışacaq. Buna görə səhvlərə yol veriləcək. Yalnız bəyannaməni ilk dəfə düzgün doldura bilmədiyi bir məsələni həll etdikdə, o, dəqiqləşdirici bəyannamə verir ki, bu da əvvəlki bəyannaməni əvəz edəcək. Belə hallarda, bəyannamənin və ya ilkin olaraq verilmiş digər sənədin düzəldilməsi baş verdikdə, mühasibin özünə heç bir sanksiya tətbiq edilmir. Bu, həm cərimənin qarşısını almağa, həm də qüvvədə olan qaydalara uyğun olaraq doldurulmuş sənədi vergi orqanına təqdim etməyə imkan verir.

Təcrübəsiz mühasiblər asan yolları qoyub, daha mürəkkəb yollara baş vurduqda, onların işləri təəccüblənmək üçün bir çox əsaslar verir. Dəftərxana ləvazimatlarının alınması (kağızlar, printer üçün məsrəfedici materiallar və s.) ilə bağlı məsələni həll edərkən, təcrübəli mühasib əgər imkan varsa, “nağdsız” ödəniş yolu ilə bütün il üçün ehtiyat yaradır.

Hətta mühasibatlıqdan uzaq bir insana belə aydın olacaq: mühasibat uçotu əməliyyatlarının və müxabirləşmələrin sayını minimuma endirməklə, hesabat və balans hesabatı verərkən tapşırığınızı çox asanlaşdıra bilərsiniz.

Buna görə də təcrübəsiz mühasiblərə aşağıdakı tövsiyələri vermək istərdik:

– Mühasibat xidmətləri həyata keçirərkən, mümkün qədər müəyyən mühasibat xidmətlərinin göstərilməsində əməliyyatların sayını azaltmağa çalışın.

– Satınalma və xərclər edərkən, onların cari hesabda əks olunması tövsiyə olunur. Əvvəlcədən hesabatların hazırlanmasına yalnız son dərəcə zəruri hallarda müraciət edin. Belədə iş həcmini əhəmiyyətli dərəcədə azaltmağınıza zəmanət veririk. Bu həm də kağıza qənaət etmək deməkdir.

– Hesabların müxabirləşmələrindən istifadə etməklə, mühasibatlıq xidmətləri təqdim edərkən və iqtisadi əməliyyatları əks etdirərkən, hər bir əməliyyata “əsaslandırıcı” sənəd verilməsi məsləhət görülür. Məsələn, bir müdirin mobil rabitəsindən ötrü ödəniş etmək, vəsait ayırmaq və şirkətin işçiləri arasında əlaqəni təşkil etmək üçün müvafiq bir sifarişin mövcudluğuna diqqət yetirin. Xərc hesabatı altında bir işçiyə avans pul verərkən, bu işçiyə vəsaitin verilməsinə icazə verilən bir əmrin olduğunu və alınması üçün ona hansı maksimum miqdarda pul verilə biləcəyindən əmin olun.

Mühasibin iş effektivliyi nədən asılıdır?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 971 972 973 974 975 976 977 2. 693