Rusiyada dollardan imtinaya başlanılıb

posted in: Xəbər | 0

borc, dollar, dolların hökmranlığı, Amerikalı zənginlər, qazanc,ABŞ-ın sanksiya təzyiqinin güclənməsi fonunda Rusiya tədricən dollardan imtina etməyə başlayıb. Ötən ilin dördüncü rübündə Rusiyanın ixrac hesablamalarında dolların payı ilk dəfə 50 dollardan aşağı düşüb və 48,3 faiz təşkil edib, halbuki bir il əvvəl göstərici 61 faizdən çox olub, Bloomberg belə qeyd edib.

Yaranmış vəziyyət daha çox Rusiyanın Çinlə ticarətinin artması ilə bağlıdır: dördüncü rübün yekununa görə həmin ticarətin 80 faizindən çoxu avro ilə aparılıb. Son aylarda Rusiya hakimiyyəti anti-Rusiya sanksiyalarının artan təhlükəsi fonunda iqtisadiyyatı Amerikanın müdaxiləsindən təcrid etməyə çalışır, agenlik belə qeyd edib.

Aprel ayının 15-də Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu məhdudlaşdırmaların bir hissəsi Rusiyanın dövlət borclarına toxunur. İyunun 14-dən Amerika şirkətlərinə Mərkəzi bank, milli rifah Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış Rusiya borc öhdəliklərini birbaşa əldə etmək qadağan ediləcək. Lakin onlar hələ də Rusiyanın dövlət istiqrazlarını təkrar bazarda ala və sata biləcəklər. Amerikalı investorlar və ekspertlər bu sanksiyaları çox yumşaq adlandırıblar.

Çin isə öz növbəsində Moskvanı dəstəkləməyə hazırlaşıb. ÇXR XİN-in nümayəndəsi Van Venbin bildirib ki, “dövlət suverenliyinin qorunması məsələsində ÇXR və Rusiya bir-birinə dəstək verəcək”. Eyni zamanda, Pekin ümid edir ki, Vaşinqton və Moskva konstruktiv dialoqa başlaya, fikir ayrılıqlarını qarşılıqlı hörmət prinsipləri üzərində aradan qaldıra bilərlər, – Van bəyan edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tesla şirkətinin gəlirləri rekord səviyyədə – 27 dəfə yüksəlib

posted in: Xəbər | 0

Elon Musk-ın “Tesla” şirkəti 2021-ci ilin birinci rübünü rekord qazancla başa vurub. Qazanc ötən ilin analoji dövrü ilə müqayisədə (16 milyon dollar) 27 dəfə artaraq, yanvar-mart ayları ərzində (hər səhmə görə 0,39 dollar) 438 milyon dollar təşkil edib. Bu barədə şirkətin saytında xəbər verilib.

İstehsalçı artıq ardıcıl olaraq yeddinci rübdür ki, qazanc göstərcisi ilə işləyir. Əldə edilən qazanc 5,99 milyard dollardan 10,39 milyard dollara yüksəlib. Şirkət bazara 2020-ci il ərzində yarım milyon və bu ilin birinci rübündə 184,8 min ədəd avtomobil çıxarıb.

İlin əvvəlindən bəri “Tesla” şirkəti həmçinin bitkoinlərin satışından  da 101 milyon dollar qazanc əldə edib. Qeyd olunur ki, birinci rübdə elektromobillərin qiyməti əvvəlki illə müqayisədə 13 faiz çox olub. Hesabat dərc olunduqdan sonra istehsalçının səhmlərinin dəyəri 3,1 faiz azalmışdı, çünki şirkət bu il üçün avtomobil tədarükü üzrə konkret rəqəm göstərməmişdi.

Bundan əvvəl isə Mask, şirkətinin səhmlərinin qiymətinin aşağı düşməsi fonunda milyardlarla dollar itirmişdi. Bu, “Tesla” avtomobilinin qəzaya uğraması və iki nəfərin həlak olmasından sonra baş vermişdi. Belə ki, elektromobil yüksək sürətlə hərəkət edərkən, döngəni düz keçə bilməyərək, ağaca çırpılmışdı. Bundan sonra avtomobil alışaraq yanmışdı və o dörd saata yaxın müddətdə söndürülə bilmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda audit xidməti bahalaşıb

posted in: Audit, Xəbər | 0

audit, Xaricdə auditin xüsusiyyətləri,2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən 55 sərbəst auditor və 116 auditor təşkilatı təsərrüfat subyektləri ilə 5 056 müqavilə imzalayıb.

Bu müqavilələrin ümumi dəyəri 77 milyon manat olub.

2019-cu illə müqayisədə müqavilələrin sayı 21,6% azalıb, dəyəri isə 5,3% artıb. Başqa sözlə, ölkədə audit xidməti bahalaşıb.

Bağlanmış müqavilələrdən 53,8 milyon manatlıq hissəsi və 4 103-ü yerinə yetirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,6% az və 21,2% çoxdur.

4 103 müqavilədən 2 198-i və yaxud 53,6%-i məcburi auditin, 1 905-i və yaxud 46,4%-i isə könüllü auditin subyekti olub. İl ərzində ölkə üzrə 4 512 məcburi audit subyektindən 2 198-i (48,7%) auditdən keçib.

Mənbə: report.az


Mühasibat balansı haqqında bilmədiklərimiz

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat balansı

mühasibatMühasibat balansı – bu, müəyyən bir tarix üçün onların mənbələri olan iqtisadi vasitələrin qruplaşmasıdır. Balansın aktivlərinin və passivlərinin bərabərliyi balansın valyutası adlandırılır. Müəssisənin bütün resursları balansın aktivində qruplaşır, onların yaranma mənbələri isə balansın passivində.

Balansın aktivində olan bölmələr artan likvidlik qaydasında təşkil olunur.

Mühasibat balanslarının zaman üzrə tərtibi belə ola bilər:
  1. giriş və ya ilkin balans – o tərtib olunmazdan əvvəl müəssisələrdə inventarizasiya və bütün mülkiyyətin dəyərləndirilməsi həyata keçirilir.
  2. cari balans – müəssisələrin bütün fəaliyyəti zamanında dövri olaraq tərtib olunur;
  3. ləğvetmə balansı – hesabat dövründə fəaliyyətinin dayandırılması tarixinə müəssisələrin əmlakının vəziyyətini xarakterizə edir;
  4. ayırıcı balanslar – iri müəssisənin bir qədər kiçik struktur bölmələrinə ayrılması zamanı tərtib edilir;
  5. birləşdirici balans – bir neçə kiçik təşkilatın bir iri təşkilatda birləşməsi prosesi zamanı tərtib edilir.
Tərtib olunma mənbələrinə görə balanslar ayrılır:
  1. inventarlaşdırma balansları – müəssisənin vəsaitlərinin inventarlaşdırılmasına müvafiq olaraq tərtib edilir, bu cür balans qısaldılmış və ya sadələşdirilmiş formada ola bilər;
  2. kitab balansı – cari mühasibat uçotu məlumatları əsasında (cari sənədlər əsasında) tərtib olunur;
  3. ümumi balans – mühasibat uçotu qeydləri və aparılmış inventarizasiya məlumatları əsasında tərtib olunur.
İnformasiya miqyasına görə balanslar aşağıdakılara ayrılır:
  1. tək balanslar – yalnız bir təşkilatın fəaliyyəti ilə bağlı məlumatları əks etdirir;
  2. mürəkkəb balanslar – bir neçə təşkilatın fəaliyyəti ilə bağlı məlumatları əks etdirir.
Fəaliyyət xarakterinə görə balanslar:
  1. əsas fəaliyyət balansı – təşkilatın nizamnamə siyasətinə müvafiq  olur;
  2. qeyri-əsas fəaliyyətlə bağlı balans – təşkilatın digər fəaliyyət növlərini xarakterizə edir.
Tənzimləmə üsulu üzrə balanslar:
  1. balans-brutto – özündə tənzimləyici məqalələri birləşdirir, elmi tədqiqatlar zamanı, eləcə də informasiya funksiyalarının təkmilləşdirilməsi üçün işlədilir;
  2. balans-netto – tənzimləyici məqalələri istisna edir, indiki zamanda saldo balans-nettosu üçün istifadə olunur, belə ki, təşkilatın əmlakının real dəyərini əks etdirir.

Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 973 974 975 976 977 978 979 2. 693