Britaniyalılar dörd günlük iş həftəsinə keçməyə başlayıblar

posted in: Xəbər | 0
birbank biznes

dörd günlük iş həftəsi, Britaniyada qiymət artımı, inflyasiyaBritaniyada dörd günlük iş həftəsinə keçidlə bağlı dünyada ən böyük eksperimentin həyata keçirilməsinə başlanılıb.

İyunun 6-da Böyük Britaniyada əməkdaşların dörd günlük iş həftəsinə keçidi ilə bağlı dünyada ən böyük eksperimentin tətbiqinə başlanılıb. “4 Day Week UK” layihəsində 70 şirkətdən təxminən 3,3 min əməkdaşın iştirakı gözlənilir. Bu haqda “The Guardian” nəşri məlumat verib.

Oksford, Kembric universiteti və Boston Kollecinin (ABŞ) alimləri və Yeni Zelandiya sahibkarlarının birgə əməkdaşlığı ilə təşkil olunan proqram altı ay davam edəcək. Alimlər şirkətlərin məhsuldarlığı və işçilərin rifahı ilə bağlı göstəricilərdəki dəyişiklikləri izləyəcəklər. Layihə 100:80:100 modeli əsasında hazırlanıb – 100 faiz əməkhaqqı, 80 faiz iş vaxtı və 100 faiz məhsuldarlıq. 2023-cü ildə eksperimentin nəticələri dərc edildikdən sonra Böyük Britaniya hökuməti işçilərin 32 saatlıq iş həftəsinə keçirilməsi perspektivlərini qiymətləndirəcək.

Layihənin təsisçiləri hesab edirlər ki, koronavirus pandemiyasının qlobal zəifləməsi ilə şirkətlər nəticəyə birbaşa təsir edən işçinin həyat keyfiyyətinin vacibliyini dərk etməyə başlayıblar. Belə ki, qısaldılmış iş günü ilə işləmək imkanı verilməsi şirkətlərə öz rəqibləri qarşısında əhəmiyyətli dərəcədə üstünlük verə bilər.


Print Friendly, PDF & Email