Sual: Vergi ödəyicisi çınqıl qum istehsalı ilə məşğul olur. Vergi ödəyicisinin əlavə dəyər vergisi qeydiyyatına alınan tarixdən qabaq olan mal qalığı təqdim edilərkən, həmin mala əlavə dəyər vergisi tətbiq edilməlidirmi? Nəzərinizə çatdırıram ki, həmin mal istehsal edilən vaxt vergi ödəyicisi əlavə dəyər vergisi qeydiyyatında olmayıb və alınmış mal və xidmətlərin ƏDV-sinin əvəzləşdirilməsi hüququ olmayıb.
Cavab: Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi əlavə dəyər vergisi qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur.
Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin əlavə dəyər vergisi ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin əlavə dəyər vergisi ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi əlavə dəyər vergisi tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 159-cu, 175-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
-
Vergi Məcəlləsinin 137-ci maddəsində “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur?
-
İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər hansı halda gəlirdən çıxıla bilər?
-
Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
-
Fəaliyyəti dayandırılmış müəssisədə çalışan yoxdursa əmlak vergisi bəyannaməsi necə verilməlidir?
-
Yenidənqiymətləndirmə zamanı yaranan fərq əmlak vergisi bəyannaməsində necə əks etdirilməlidir?