Bu işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərində dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

işçilərin əməyiAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 256
Bakı şəhəri, 8 iyun 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişikliklər edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 826; 2002, № 10, maddə 637; 2003, № 9, maddə 523; 2005, № 8, maddə 780; 2006, № 6, maddə 563, №11, maddə 998; 2007, № 9, maddə 924; 2008, № 4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362; 2015, № 12, maddə 1578; 2016, № 4, maddə 828; 2017, № 5, maddə 970, № 8, maddə 1605; 2018, № 3, maddə 605) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli və “Qeydlər”i aşağıdakı redaksiyada verilsin:

“(manatla)

 

 

Təhsil alan kontingent

Pedaqoji işçilər
 

professor və ya elmlər doktoru

 

dosent və ya fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan

şəxslər

1 2 3 4
Bütün tipdən olan ümumtəhsil və peşə

məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin

ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

5,35

3,55

2,75

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin

tələbələri, kursantları və dinləyiciləri

6,35

4,60

3,10

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin

ixtisasartırma kurslarının dinləyiciləri

7,65

5,35

3,55

 

Qeydlər:

  1. Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
  2. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir
  3. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur.
  4. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.”.

Azərbaycan Respublikasının

Baş naziri             Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email