Dövriyyəsindən və ərazisindən asılı olmayaraq, bu obyektlərə mütləq POS-terminal quraşdırılmalıdır

posted in: Xəbər | 0
birbank biznes

POS-terminalRespublikada fəaliyyət göstərən mehmanxanalarda nəzarət-kassa aparatı (NKA) və POS-terminal quraşdırılmalıdırmı?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarını nəzarət kassa aparatı vasitəsilə həyata keçirmək vəzifəsi yalnız pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə aid edilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsində nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicisinin vəzifəsi kimi müəyyən edilib.

Həmçinin bax: POS-terminalla ödəmə zamanı NKA çekinin verilməsi dövriyyəni ikiqat artırır?

Mehmanxanaların fəaliyyəti nağd pul hesablaşmaları zamanı nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən fəaliyyət növlərinə aid edilmədiyindən, əhali ilə pul hesablaşmaları aparılarkən müştəridən qəbul edilən nağd pul vəsaitinə görə onlara ciddi hesabat blankı olan qəbz təqdim edilməlidir. Eyni zamanda, müştərilərlə nağdsız hesablaşmaların aparılması məqsədilə, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, mehmanxanalarda POS-terminal quraşdırılmalıdır.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email