Büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq

posted in: Audit, Xəbər | 0
birbank biznes

Bu gün Bakıda “Ali maliyyə nəzarəti orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda seminar keçirilir.

2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB ölkələri ali maliyyə nəzarəti orqanlarının rəhbərləri Şurasının XVII sessiyasında qəbul olunmuş İş Planına əsasən, Azərbaycan Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək seminarda Rusiya Hesablama Palatası, Belarus Dövlət Nəzarət Komitəsi, Qazaxıstanın büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər.

Eyni zamanda, 21 fevral 2018-ci il tarixində Azərbaycan Hesablama Palatası və Rusiya Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email