Çernobıl qəzasından zərər çəkmiş şəxslərə hansı vergi güzəşti edilir?

posted in: Xəbər | 0
birbank biznes

vergi güzəşti1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişəm. Hansı vergi güzəştindən faydalana bilərəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.8-ci maddəsinə əsasən Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.8-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Siz müvafiq təsdiqedici sənədi iş yerinə təqdim etməklə vergi güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının istehsalçısı vergi güzəştlərindən yararlanmaq üçün nə etməlidir?


Print Friendly, PDF & Email