Çin Xalq Respublikasının vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

vergi sistemiÇində müxtəlif vergi növləri tətbiq olunur.

Müəssisələrin gəlirindən tutulan vergi

Müəssisələrin gəlirindən (korporativ gəlir vergisi) vergi, müəssisələr və digər təşkilatlar tərəfindən (fərdi və şəxsi müəssisələr və cəmiyyətlər daxil deyil) ödənilir. ÇXR-in vergi rezidentləri hesab olunmayan rezidentlər Çin ərazisində əldə etdikləri bütün gəlirlərdən və ÇXR mənbələrindən qazandıqları passiv gəlirlərdən (dividendlər, faizlər, royalti) vergi ödəyirlər. Vergiyə müəssisənin xərcləri çıxıldıqdan sonra əldə olunan gəlir məbləği (realizə olunmuş və olunmamış) cəlb olunur.

Müəssisələrin gəlirlərindən tutulan standart vergi stavkası 25% təşkil edir. Az rentabelli kiçik müəssəsilər üçün 20%, qabaqcıl texniki xidmətlər (İT – autsosrsinq, biznes prseslərinin autsorsinqi, biliklərin idarə olunması autsorsinqi) üçün isə 15% vergi stavkası nəzərdə tutulub. ÇXR-dən olan mənbələrdən gəlir əldə edən qeyri-rezident müəssisələr üçün isə passiv gəlirlərdən vergi stavkası 10% təşkil edir. Çinin qərb və mərkəzi regionlarında yerləşən və müəyyən sahələr üzrə fəaliyyət göstərən müəssisələr üçün vergi stavkası 15%-ə kimi aşağı salınıb.

Həmçinin bax: Estoniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

İxtisaslı qeyri-kommersiya təşkilatları və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bəzi müəssisələr gəlir vergisindən azad olunub. ÇXR-də iri infrastruktur layihələri, ətraf mühitin qorunması, su mənbələrinin və elektrik enerjisinin qənaəti ilə bağlı layihələr sahəsində fəaliyyət göstərən müəssislər üçün realizə olunmuş gəlirlərdən ilk üç ildə gəlir vergisindən azad olunma və sonrakı üç ildə isə iki dəfə aşağı stavka (12,5%) ödənişi kimi güzəştlər nəzərdə tutulur. Müəssisələr gəlir vergisini fəaliyyət göstərdikləri ərazidə ödəyirlər. Qeyri-rezident müəssislər isə daimi nümayəndəliklərin yerləşdiyi ərazidə vergi ödəyirlər. Daimi nümayəndəliyin olmadığı yerlərdə vergi məbləği qeyri-rezident müəssisənin özündən tutulur. Müəssisələrin gəlirlərindən vergi avansı ödənişləri hər ay və ya hər rübdə bir dəfə həyata keçirilir. İllik gəlir deklarasiya isə növbəti il mayın 31-dək təqdim olunmalıdır.

Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

Fiziki şəxslərdən tutulan gəlir vergisi

ÇXR-də daimi yaşayan şəxslər xaricdə əldə etdiyi gəlirlərdən də vergi ödəyirlər. ÇXR-də daimi yaşamayan şəxslər isə Çin ərazisində əldə etdiyi gəlirlərdən vergi ödəyirlər. Gəlir qazanan fiziki şəxslər vergi obyekti hesab olunurlar. Gəlirlərin növlərindən asılı olaraq müxtəlif vergi stavkaları və vergi bazasını müəyyən edən müxtəlif üsullar tətbiq olunur. Muzdla işçi çalışdıran fiziki şəxslərin əldə etdiyi gəlirlər (əməkhaqqı, məvacib, mükafatlar, bonuslar, müəssisənin gəlirində iştirak, subsidiyalar, kompensasiyalr və s.) mütərəqqi stavka üzrə 3%-dən 45%-dək həcmində vergiyə cəlb olunur. Hər ayda 3500 yuan (buna renminbi deyilir) çıxıldıqdan sonra yerdə qalan məbləğ verginin baza hissəsi hesab olunur. Əcnəbi vətəndaşlar üçün isə 4800 yuan (renminbi) çıxıldıqdan sonra yerdə qalan gəlir baza hissəsi hesab olunur. Fərdi ticarət-sənaye təsərrüfatının və müqavilə əsasında fəaliyyət göstərən müəssisələrin gəlirləri mütərəqqi stavka üzrə 5%-dən 35%-dək həcmində vergiyə cəlb olunurlar. Müstəqil əmək fəaliyyəti ilə məşğul olanlar 20% stavka ilə vergiyə cəlb olunurlar. Birdəfəlik xidmət zamanı böyük məbləğdə gəlir əldə edənlər isə 30% stavka ilə vergi ödəyirlər. Daha iri həcmli gəlirlər zamanı isə stavka 40% təşkil edir. Bu zaman vergi bazası kimi azaldılmış 20% çıxıldıqdan sonra yerdə qalan məbləğ vergiyə cəlb olunur. Faizlər, dividendlər və royaltilər üzrə vergi bazası bütün əldə olunan gəlirləri ehtiva edir; mülkiyyətin icarəyə verilməsi zamanı əldə olunan gəlirdən azalan 20%-lik hədd çıxıldıqdan sonra yerdə qalan hissə baza hissəsi hesab olunur. Fiziki şəxslərin gəlirindən vergilər sahibkar tərəfindən tutulur. Qeyri-rezidentlərdən isə faizlər, dividendlər, royaltilərə görə vergi isə buna görə üzərinə öhdəlik qolyulmuş vergi agenti tərəfindən tutulur. Digər hallarda gəlir vergisi fiziki şəxslərin özləri tərəfindən sərbəst şəkildə ödənilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email