Məqalənin 1-ci hissəsində çirkin formatlı diaqramlardan bəhs edilmişdi. Bu yazıda başqa bir nümunə ilə düzgün və səliqəli diaqram yaratmaq haqqında ətraflı məlumat veriləcək.
Bu diaqramda, olmaması gərəkən hər şey var. Burdakı səhvlər üzərindən gedərək, diaqramı normal, oxunabilir hala gətirəcəyik.
Diaqramdakı əsas səhvlər
- Fondakı Şəkil
Diaqramda yalnız tək bir aspekti dəyişdirəcək olsaydıq, bu mütləq fondakı şəkil olacaqdı. Səbəbi isə odur ki, öndəki informasiyanı oxumağa çətinlik törədir, fikri əsas məqamdan yayındırır. İndiki dövrdə xarici valyutalı hər hansı bir şəkildən uzaq dursaq yaxşı olar. - Gridlines
Gridlines – diaqramın fonundakı ölkə adlarına paralel xəttlərdir. Onları ya tamamilə silməli, ya da rənglərini bozun ən açıq tonlarına gətirməliyik. Bunun da səbəbi eynidir – informasiyanı oxumağa çətinlik törədir. - 3D qrafiklər
İnformasiyanı çatdırarkən 3D effekt qədər lazımsız vasitə yoxdur. 3D effektlərdən hər zaman uzaq durmaq lazımdır. İstənilən məlumatı yalın, sadə halda təqdim etmək imkanı var ikən, onu bəzəməyə, mahiyyətindən uzaqlaşdırmağa lüzum yoxdur. - Legend
Diaqramın ən sağında yer alan və göy sütunların nə olduğunu izah edən “Müəllimlərin əmək haqqı” yazısı. Diaqramın başlığında olan bir şeyi əlavə lazımsız yer tutacaq şəkildə təkrar olaraq qeyd etmək doğru deyil. - Data Labels
Hər bir sütunun altında yer alan ölkə adı və müvafiq məbləğləri bu qədər ətraflı yazmağa ehtiyac yoxdur. Diaqramın oxunurluğunu ciddi dərəcədə çətinləşdirir. Hər zaman ən mümkün qədər az və sadə ifadələrdən istifadə etməyə çalışmalıyıq. - Diaqramın başlığı
Aşağı sıralarda yer almasına baxmayaraq, ən çox əhəmiyyət kəsb edən nyuanslardan biridir. Diaqramın müəllimlərin əmək haqqları haqda olduğunu bilirik, lakin, hansı dövrü əhatə etdiyi, ortalama aylıq və ya illik, net və ya gross olduğu haqda heç bir məlumat yoxdur. O səbəbdən də, heç bir məna ifadə etmir. - Dəyərlərin sıralanması
Diaqramdakı dəyərlər böyükdən kiçiyə (vəya əksinə) sıralanmaq əvəzinə, təsadüfi növbə ilə sıralanıb. Bu isə, müqayisə aparmağı çətinləşdirir.
Yuxarıda qısaca sadaladağımız bütün qüsurları aradan qaldırdıqdan sonra diaqramımız aşağıdakı rahat oxunabilir, məlumatlı və mənalı halını alacaqdır. Rəng seçimi hər kəsin zövqünə uyğun olacaqdır, amma neytral, açıq və yorucu olmayan rənglərdən istifadə etməyə çalışın.
Mənbə: Elçin Xəlilov
Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.