ABŞ bankı əməkdaşlarını istirahət etməyə məcbur edir

posted in: Xəbər | 0
birbank biznes

ABŞ-ın və dünyanın ən nəhəng investisiya banklarından biri olan Citigroup, koronovirus yoluxmalarından qorunmaq üçün öz əməkdaşlarını məcburi istirahətə göndərməyə başlayıb. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Belə bir təşəbbüs Citigroup bankının rəhbəri Jane Fraser-ə məxsusdur. Belə ki, rəhbərlik əməkdaşları əlavə məzuniyyətə göndərməklə iş yerində koronovirus pandemiyasına yoluxmaların qarşısını almağa kömək edəcəyinə inanır.

Freyzer həmçinin cümə günləri Zoom servisində daxili korporativ video-zəngləri də qadağan edib. Həmçinin “Siti bankın yenidən öz işini bərpa etdiyi gün” olaraq qəbul etdiyi 28 may alternativ adı ilə istirahət günü elan olunub.

Hal-hazırda Citigroup bankının əməkdaşlarının əksəriyyəti evdən çalışdıqları üçün top-menecer, qeyri-iş vaxtlarında onlara işgüzar görüşlər təyin etməməklə bağlı çağırış edib. Bu yolla onlar boş vaxtlarında əmək vəzifələrini və asudə vaxtlarını daha yaxşı bölüşdürə biləcəklər.

Gələcəkdə, koronavirus pandemiyası qurtardıqdan sonra Citigroup, əməkdaşların böyük hissəsini qarışıq iş rejiminə keçirməyi planlaşdırır. Belə bir rejimdə onlar həm ofisi ziyarət edəcəklər (bu, gənclərə hamilik göstərilməsi nöqteyi-nəzərindən çox mühümdür), həm də məsafədən çalışacaqlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email