Daşınmaz əmlakın icarə gəlirlərinə sosial sığorta hesablanırmı?

posted in: Xəbər | 0

Fiziki şəxsin özünə məxsus daşınmaz əmlakı icarəyə verməsindən əldə etdiyi gəlirindən məcburi dövlət sosial sığorta (MDSS) və icbari tibbi sığorta (İTS) haqları hesablanmalıdırmı? Əgər hesablanmalıdırsa, bunun hüquqi əsasları və hesablanma qaydası hansıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 99.3.-cü maddəsinə əsasən, fiziki şəxs tərəfindən özünə məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinə əsasən, Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri və mediatorlar), sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edirlər.

Mühasibat xidmətləri

Göründüyü kimi, icarə haqqından gəlir əldə edən şəxsin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Əsas:Vergi Məcəlləsinin 99.3-cü maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

Mənbə: vergiler.az

Vergi güzəştləri yerli startapların inkişafına necə dəstək olur?

error: Content is protected !!