22 Fevral 2022-ci il tarixində “DOCUMOOD” platformasının təqdimatı keçirildi

posted in: Xəbər | 0
birbank biznes

22 Fevral 2022-ci il tarixində Park Inn Hotel-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Startup Şəhadətnaməsi əldə etmiş “DOCUMOOD” platformasının təqdimatı keçirildi. Platforma müqavilə və digər əqdlərin imzalanması zamanı kağız daşıyıcılardan istifadənin azaldılması və bu sahədə elektron həllərin tətbiq edilməsi məqsədi ilə yaradılmışdır. Qısaca, “Documood.az” müqavilələrin onlayn imzalanması üçün nəzərdə tutulmuşdur. İstifadəçilər “Gücləndirilmiş elektron imza” ilə daxil olaraq müqavilələri heç yerə getmədən rahatlıqla imzalaya biləcəklər. Layihənin əsas öncəliyi isə şirkətlərin məxfiliyinin qorunmasıdır. Azərbaycana yenilik gətirən “Documood” platforması sayəsində sahibkarlar, mühasiblər, hüquqşünaslar və digər aidiyyatı şəxslər kifayət qədər üstünlüklər əldə edirlər. “Documood” önümüzdəki aylarda durmadan öz funksionallıqlarını artırmağı və öz istifadəçilərinə daha çox fayda verməyi planlayır.

Təqdimat günündə bir çox önəmli şəxslər, sahibkarlar və dövlət orqanlarının nümayəndələri iştirak etdilər. Layihənin təqdimatında “Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası”nın vitse prezidenti cənab Vüqar Zeynalov və “Documood” layihəsinin rəhbəri Səbuhi Kazımzadə çıxış etdilər. Çıxışlardan sonra iştirakçılar platforma barədə onları maraqlandıran suallara cavab aldılar. www.documood.az saytına daxil olaraq platformanın imkanlarından yararlana bilərsiniz. Yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkələrdə “documood.az“ı izləyə bilərsiniz.

Print Friendly, PDF & Email